Qələmsiz yazılanlar
status-esselər
Vətən sevgisiylə çırpınan
ürək
Cənab
Prezidentin iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və
təməlqoyma mərasimlərini,
30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü,
söylədiyi fikirləri,
verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.
Kadrlarda
gözə dəyən
tozlu, palçıqlı
maşınlar da Kəlbəcər
yolunun özünəməxsusluğunu,
relyefin çətinliyini
xatırlatmaqla səfərin
yükü və ağırlığından xəbər
verir. İki gündə 20-dən artıq
tədbir! Vətən
sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq
mümkünsüzdür. Cənab
Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət
edir, ətrafı, insanları da bürüyür
və fəxarət, qürur hissi doğurur.
Mayın
10-da Ümummilli liderin
doğum günündə
Şuşadan etdiyi müraciətində "...Bu Zəfər,
eyni zamanda, hər birimizin üzərinə əlavə
məsuliyyət qoyur.
Biz bu Zəfərə
layiq olmalıyıq"
- deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı
olduğunu hər gün, hər an hiss elətdirir.
Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında
çıxış edərkən
demişdim:
"Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə,
Sizin Ali Baş Komandanlığınızla Azərbaycan
torpaqları işğaldan
azad olunacaq, Azərbaycan bayrağı
Şuşada dalğalanacaq...
Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız
qüdrətli Azərbaycandır,
gördüyünüz böyük
işlərdir, reallaşdırdığınız
arzulardır, gerçəkləşdirdiyiniz
xəyallardır.
...Gördüyünüz böyük
işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə
görə Sizə dərin təşəkkürümü
bildirirəm. Allah Vətənimizi
qorusun, Allah Sizi qorusun!"
Bütün bu möcüzəvi
fəaliyyətin özəyində
Vətən sevgisiylə
çırpınan ürəyin
durduğuna isə hər gün bir daha əmin
oluruq - elə bu iki gündə
əmin olduğumuz kimi.
Durmadan,
dayanmadan Qarabağın,
Şərqi Zəngəzurun
dirçəldilməsinə, abadlığına çalışan
Prezidentin fəaliyyətini,
Kəlbəcər və
Laçındakı heyrətamiz
quruculuq işlərini,
30 ildən sonra yurduna dönən laçınlıların alqış
və dualarını
həyəcansız izləmək
mümkün deyil.
Var olun, Cənab Prezident!
Sizinlə qürur duyuruq!
Tanrı
Vətənimizi, Xalqımızı,
Sizi qorusun!..
lll
Qürurverici, kövrək anlar:
Laçına ilk köç
gedir...
lll
Neft Daşlarında yarım gün...
lll
Su bulanan kimi balıq
tutanlar çoxalır...
lll
Əməkdar artist Vəfa Zeynalovanın
yaratdığı "Obraz"
kafesi mədəniyyətimizin
- teatrımızın, kinomuzun
təbliği baxımından
orijinal məkandır.
Görkəmli sənətkarlarımızın
divardakı rəsmlərindən,
tamaşa və filmlərimizin maraqlı məqamlarını əks
etdirən fotolardan tutmuş səslənən
musiqilərəcən hər
şey sənətə
sevgi oyadır. Həzin musiqilərimizin sədaları altında ekranda köhnə və təzə Bakının fotolarına
baxmaq fərqli duyğular yaradır. Hər bazar ertəsi axşam 8-də köhnə
Azərbaycan filmləri
nümayiş olunur. Mədəniyyətimizə ehtiram,
sənətimizə sevgi
yaradan bu kafe Gənc Tamaşaçılar Teatrının
beş addımlığında,
Nizami küçəsi
112-də yerləşir. Baş
çəkməyi unutmayın.
Zövq
alacaqsınız.
lll
Alim Qasımovu və dostlarını dinləyəcəyik:
İSTEDADIN HÜDUDSUZ AZADLIĞI...
lll
TƏBİB-in
təşkilatçılığıyla
"Heydər Əliyev
İli" çərçivəsində,
Tibb işçilərinin
peşə bayramı
günündə Dünyadakı
Azərbaycanlı Təbiblərin
Simpoziumunun keçirilməsi
mənalı və yaddaqalan hadisədir. Diasporumuzun ayrı-ayrı
nümayəndələrinin toplantılarına tez-tez şahid oluruq. Amma dünyanın müxtəlif
ölkələrində çalışan
və uğur qazanan həkimlərimiz
ilk dəfədir Vətəndə
toplaşırlar. Onları
birlikdə görmək,
fəaliyyətləriylə yaxından tanış olmaq, fikirlərini dinləmək nikbin düşüncələr oyadır,
xoş ovqat yaradır. Simpoziumda 14 ölkədən 121 nəfər
həkim iştirak edir. Almaniyadan Vüqar Yaqublu, Türkiyədən Tural Xaspoladla həmsöhbət
olmaq, təəssüratlarını
dinləmək xoş
oldu. Həkimlərimiz
bir həftə Bakıda və rayonlarımızda tədbirlərdə
olacaq, Şuşaya səfər edəcəklər.
Bayramımız mübarək!..
lll
Telejurnalist Ceyhun Rzayevin təngə gəlməsinin
səbəbi açıqlananda
qınanılacaq ilk hədəf
valideynləri və yaxınları olacaq.
Bu cür qadağan metodlarla ailədaxili problemin həllinə çalışmaq yolverilməz
və təəssüfedicidir.
Çevik reaksiyasına görə
Polisə təşəkkürümüzü
bildirir, Ceyhuna təmkin və səbr arzulayırıq.
lll
Aynaz Rəhimzadə və Araş Təbrizdən, Elçin Lənkərandandır.
TÜRKSOY-un ofisində Xalq
yazıçısı Anarın
85 illik tədbirində
Aynaz xanım Azərbaycan mahnıları
oxudu. Olduqca xoş və mənalı idi.
lll
Telefonların cadusundan qısa
müddətə də
olsa, uzaqlaşmaq istəyirsinizsə... yolunuzu
mütləq İçərişəhərdən
salın. Qədim Qala divarlarının arasında Milli Kitab Sərgisinin
sehrinə düşün.
"Qanun" nəşrlər
evinin bukletini vərəqləyən ən
etinasız adam da orada diqqət çəkəcək nəsə
tapacaq.
Sınayın!..
lll
Bir neçə gün öncə Azərbaycan Prezidentinin Naxçıvan
Muxtar Respublikasındakı
səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli Naxçıvan
Kitab sərgisində iştirak
edən qonaqların bir qrupu ilə
görüşdü, bir
saata yaxın səmimi və açıq söhbət
etdi. Axşam isə bizim dəvətimizlə ailə
üzvləriylə birgə
teatra gəldi, tamaşa izlədi.
lll
Nehrəmdə, Mirzə Cəlilin xatirə muzeyində olduq...
lll
Arzumuz güclü
Türkiyədir!..
lll
Mina təhlükəsi
ilə mübarizə
proqramı çərçivəsində
dünyanın aparıcı
qurumlarından olan
"Sülhün kökləri"
təşkilatının rəhbəri
Heidi Kuhn Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir.
Heidi Kuhn
1987-ci ildən indiyədək
hər il beynəlxalq səviyyədə
təqdim olunan "Ümumdünya Ərzaq Mükafatı 2023" (The World Food Prize) üzrə nominantlardan biri idi. Mükafat
üzrə qalibin adının açıqlanması
mərasimi bu gün ABŞ Dövlət
Departamentinin Milli Elmlər Akademiyasında keçirildi. ANAMA rəhbərliyinin,
milllət vəkillərinin,
beynəlxalq təşkilatların
nümayəndələrinin və tanınmış şəxslərin iştirakı
ilə mərasimi Nobel Ev-muzeyi klubunda xanım Heidi Kuhn ilə
birlikdə canlı izlədik. Xanım Heidi Kuhnun mükafatı
qazanması və
ABŞ rəsmiləri tərəfindən
onun hazırda Azərbaycanda olmasının
xüsusi vurğulanması
məmnunluq doğurdu.
Xanım Heidi
Kuhnu və onu ölkəmizə dəvət edən dostumuz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevi ürəkdən təbrik
edirəm...
lll
Üzü Şuşaya...
lll
Türkiyədəki seçkilər indi təkcə Türkiyənin
daxili işi sayıla bilməz.
Əgər bu
seçkinin nəticələri
bölgənin, böyük
bir regionun gələcəyinə təsir
etmək gücündədirsə,
necə təkcə Türkiyənin daxili işi ola bilər?
İndi dünyanın
müxtəlif ölkələri,
onların xalqları öz maraq və
mənafelərini güdərək
bu seçkinin nəticələrini həyəcanla
gözləyirlər. İranın,
Ermənistanın, Rusiyanın,
Ukraynanın, Fransanın
və digərlərinin
öz marağı, öz arzuları var. Azərbaycanın da birinci növbədə.
Bu seçki həm də Türkiyə xalqının
Azərbaycana münasibətinin
barometri olacaq.
İnanırıq ki, Türkiyə seçiciləri mayın 14-də seçki eyforiyasının yaratdığı emosionallığı kənara qoyub soyuqqanlı qərar verməyi bacaracaqlar!..
Rəşad MƏCİD
"525-ci qəzet"in baş
redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet.- 2023.- 24 iyun.- S.13.