Bakıda
Avropa Kulinariya Festivalı
Avropa
İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi
təşkilata üzv dövlətlərin səfirlikləri
ilə birgə Avropa Oyunlar Parkında “Avropa təamları”
adlı kulinariya festivalının açılışı
olub.
AZƏRTAC
xəbər verir ki, açıq havada reallaşan bu tədbirin
məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə
tanıtmaqdır.
Avropa
İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko
festivalın açılışında
çıxış edərək Azərbaycan və Avropa
ölkələrinin çox sıx münasibətləri
olduğunu və bu tərəfdaşlığın daha da
inkişaf etdiyini qeyd edib.
Səfir
azərbaycanlıları Avropa ölkələrinin dadlı mətbəxi
ilə tanış etmək üçün "Avropa təamları”
adlı kitab hazırladıqlarını bildirib.
Qeyd
edək ki, kitab Azərbaycan dilinə tərcümə
edilmiş ənənəvi reseptlər toplusudur. Kitabı
Aİ nümayəndəliyinin internet saytında elektron
formatda da əldə etmək olar.
Tədbirdə
qonaqlara Avropa mətbəxi haqqında ətraflı məlumat
verilib, kulinariya ilə bağlı ustad dərsləri və
kulinariya müsabiqələri keçirilib. Bolqarıstan,
Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa
və Rumıniya səfirlikləri festivalın
iştirakçılarını öz ölkələrinin mətbəxi
ilə tanış ediblər.
525-ci qəzet.- 2023.- 26 iyun. S. 8.