"Heydər Əliyev Azərbaycan ədəbi-ictimai fikri"

 

ƏDƏBİYYAT İNSTİTUTUNDA EYNİADLI ELMİ SESSİYA KEÇİRİLİB

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Heydər Əliyev Azərbaycan ədəbi-ictimai fikri" adlı elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə dünyada Ulu öndərə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini, bu istiqamətdə Akademiyanın Tədbirlər planının da uğurla icra olunduğunu söyləyib. Qeyd edib ki, AMEA-nın tədbirləri respublika Akademiya miqyasında həyata keçirilir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycanın yarıməsrlik inkişafının əsası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Akademik diqqətə çatdırıb ki, Ulu öndərin ölkəmizə rəhbərlik etməyə başladığı illərdə Azərbaycan inkişafına görə ittifaq respublikaları içərisində son sıralarda qərarlaşsa da, dahi lider qısa müddətdə həyata keçirdiyi geniş islahatlarla Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl ölkələrindən birinə çevirib. 1990-cı illərdə isə Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini aradan qaldırıb, dövlət orqanlarını yenidən formalaşdırmaqla əbədi müstəqilliyimizin təməllərini atıb.

Akademiyanın Tədbirlər planından bir qismini diqqətə çatdıran akademik İsa Həbibbəyli aprel ayında "Heydər Əliyev İli"nə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının keçiriləcəyini, Azərbaycan Türkiyə alimlərinin iştirakı ilə "Bir millət - iki dövlət" mövzusunda elmi konfransın təşkil olunacağını, "Ümummilli Lider Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyası" sənədli filminin hazırlanacağını deyib. Həmçinin, AMEA-nın "Heydər Əliyev İli"nə ən böyük töhfəsi olan 2023-2024-cü illərdə nəşrə hazırlanan "Heydər Əliyev Ensiklopediyası"nın sözlüyünün layihəsinin hazırlandığı barədə məlumat verib.

Ədəbiyyat İnstitutu tərəfindən isə "Heydər Əliyevin bədii obrazı: tarixilik müasirlik" adlı monoqrafiyanın Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı fərman sərəncamlarından ibarət kitabın nəşrə hazırlandığını bildirib. Bundan əlavə, institutun "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalının bir buraxılışının Ulu öndərə həsr olunacağını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin "Azərbaycan reallığında Heydər Əliyev epoxası", AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Müstəqillik dövrü nəsrində Heydər Əliyev", filologiya elmləri doktoru Elnarə Akimovanın "Ədəbiyyatda azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu", filologiya elmləri doktoru Əlizadə Əsgərlinin "Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət" filologiya elmləri doktoru, professor Vüqar Əhmədin "Heydər Əliyev Azərbaycan mətbuatı" mövzusunda məruzələri dinlənilib.

 

525-ci qəzet.- 2023.- 1 mart. S. 9.