Elmlə poeziyanın vəhdət düsturu

 

Alim şair Hamlet İsaxanlının 75 yaşına

 

Hamlet İsaxanlı! Bu ad Azərbaycanda hər kəsə yaxşı tanışdır. O, beynəlxalq aləmdə kifayət qədər tanınır - görkəmli riyaziyyatçı alim Azərbaycanda özəl təhsilin qurucusu kimi!

Bəli, Hamlet İsaxanlı riyaziyyatçı professordur, bununla belə, o, həm ədəbiyyat tarix bilicisi, filosof, təhsil qurucusu təşkilatçısı, şair, yazıçı, publisist, tərcüməçi əsl pedaqoqdur. Sadalanan elm sənət sahələrinin yalnız biri ilə məşğul olmuş olsaydı belə, o, yenə eyni şöhrəti qazanardı. Görkəmli ədəbiyyatşünas da ola bilərdi, tarixçi alim , filosof da... mən mübaliğəsiz deyə bilərəm ki, ədəbiyyat, tarix fəlsəfə sahəsindəki dərin biliyi araşdırmaları ilə bəzi sadəcə "professor" diplomu olanları geridə qoyur. Ölkəmizdə ilk ali təhsil ocaqlarından olan "Xəzər Universiteti" kimi sorağı Azərbaycanın hüdudlarını çoxdan aşmış bir universitetin yaradılması ilk gündən burada tədrisin Avropa standartlarına uyğun olaraq aparılması onun adıyla bağlıdır.

Hamlet İsaxanlı həm şairdir. Hələ uşaqlıq gənclik illərindən şeir yazsa da, onları çap etdirməkdə maraqlı olmayıb. Universitetdə təhsilini başa vurduqdan sonra ömrünü elm yoluna həsr etsə , poeziyadan da ayrı düşməyib. Müxtəlif janrlarda şeirlər yazmaqla yanaşı, rus, ingilis fransız şairlərinin əsərlərini orijinaldan Azərbaycan türkcəsinə çevirib. Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Çin İranda (Təbrizdə) şeir kitabları nəşr olunub. Lirik şeir poemaları əsasında gözəl mahnılar yazılıb musiqili tamaşalar hazırlanıb.

Hamlet İsaxanlının şair kimi yaradıcılığının əsas qayəsi səciyyəsi nədir sualına ən yaxşı cavabı məncə, fəlsəfə elmləri doktoru, professor, ən əsası, bu gün özü Haqq dünyasında olsa da, nurlu xeyirxah bir insan kimi əziz xatirəsi hər zaman bizimlə olan Camal Mustafayev verib: "Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış, dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir. Hamlet İsaxanlının yaradıcılıq sirrini necə açmaq olar? O, az sözdə vəznli fikir ifadə etmək ustalığına malikdir.

Hamlet İsaxanlı poeziyası, sadəcə, zövqü oxşamaqla məhdudlaşmır. Onda estetiklik canlı fikirlə vəhdətdə poetik əksini tapır".

Bütün şairlər kimi, Hamlet İsaxanlının yaradıcılığında da poeziyanın əzəli əbədi mövzusu olan sevgi, məhəbbət, saf məhəbbətin vüsalı bəzən vüsala yetə bilməyən sevgilər mühüm yer tutur. Ancaq mövzu köhnə - qədim olsa da, Hamlet İsaxanlının yanaşması yenidir, təkrarçılıqdan uzaqdır. Bu mövzuda yazdığı hər şeir fikrin orijinallığı ilə seçilir - alim-şair şair-alim bədii-fəlsəfi təfəkkürünün süzgəcindən keçən misralar oxucunu öz sehrinə bələyir. Şairin bu qənaəti ilə istər-istəməz razılaşmalı olursan ki, "vurğun könül hər gün bir hava çalmaz", "ağılla könülün əlbir" olduğu sevgilər daha uzunömürlü olur.

Onun şair qənaəti bundan ibarətdir ki, sevgi ürəyə bağlı bir işdir, ürəyə isə hökm etmək olmaz eşq odunda qovrulmayan kəs sevmək səadətinin olduğunu bilə bilməz. Deyir ki, "sevgidə möcüzəyə bel bağlama", "hər sevən yetməz ki, kama..." Çünki

 

Tanrıdan gəlir sevgilər,

Zəhmətin bəhrəsi deyil...

 

Böyük saz-söz ustadı Aşıq Ələsgər deyirdi: "Canım gözəllərin yol qurbanıdı". Hamlet İsaxanlı isə şeirinin qəhrəmanı olan gözələ "ayağının altında yolunam", "tapdala, döy məni, söy bir ağız", amma "yoldan kənar addım atma", - deyir.

 

Ölənədək sevgisinə sadiq qalacağını, sevgilisinin qulu olacağını bəyan edən şairinin ondan yalnız bircə təvəqqəsi var:

 

Sağlığımda məni buraxma yalqız,

Ölsəm, qaşını da çatma, sən Allah!

 

Alim olmaq çətin deyil, yetər ki, zəhmətə qatlaşa biləsən. Şair olmaq da çətin deyil - əgər Tanrının verdiyi istedad bu istedadı reallaşdırmaq üçün güc, inadkarlıq səbir varsa. Şair Hamlet İsaxanlı da haqlı olaraq deyir ki:

 

Təbiətə aşiq ol,

Oxu, yaz, yarat bol-bol.

Gələcəyə gedən yol

Düşüncədi, ağıldı..

 

Bəs, alim şair, yazıçı, publisist Hamlet İsaxanlı bunca uğurları əldə etmək üçün həyatın hansı yollarından keçib? Riyaziyyatın dərin məntiqinə poeziyanın hikmətinə söykənən bu ucalıq öz qüdrətini, gücünü haradan alır? Bu sualın cavabını onun şeirlərində tapırıq:

 

Uşaqlıqdan düşünmək olub peşəm,

Kitablardan toz yemişəm

xəyallara dalmışam -

Yolum haraya düşəcək,

Kim kiminlə görüşəcək -

Onu mən özüm demişəm.

Nyutonla söhbət edib,

Nizamidən dərs almışam.

Dostum olub neçə ədib -

Şekspirdən Tolstoya.

Mövlananı bir kəz duyan

"Məsnəvi"dən çətin doya.

 

Amma bunca mütailə, bunca zəhmət Hamlet İsaxanlını adlarını çəkdiyi dahilərin heç birinin yolunu təkrarlamağa sövq etməyib, daha doğrusu, o, başqalarının açdığı yolla getməyib: böyük dühalardan dərs alaraq həyatda öz yolunu tapıb. Özünün dediyi kimi, " Tolstoyçu olmayıb, Marksist". bu şeirdən çıxan bir məntiqi nəticə odur ki, klasiklərin dediyi kimi, istedad zəhmətdən güc almayanda sönüb gedə bilər.

Mən bu yazıda alim-şair şair-alim Hamlet İsaxanlının yalnız məhəbbət mövzusundakı bir neçə şeirindən nümunə gətirdim. Ona görə yox ki, başqa mövzularda şeirləri yoxdur. Əksinə, onun Vətən, vətənpərvərlik, təbiət zaman, həyat-ölüm fəlsəfəsi bütün zamanlarda şairlərin müraciət etdiyi digər mövzularda alim təfəkkürü ilə şair təxəyyülünün sintezindən yaranan özünəməxsus fəlsəfi-poetik baxışını əks etdirən şeirləri çoxdur. Sadəcə, burada məqsəd bütövlükdə onun poetik yaradıcılığından söhbət açmaq deyil. Bir , bir şairin əsl söz adamı kimi ürək çırpıntılarını duymaq, qəlbinin səsini eşitmək istəyirsənsə, məncə, əvvəlcə onun sevgi mövzusundakı şeirlərini oxumaq lazımdır - Vətənə sevgi, millətə sevgi, yurda, el-obaya, ata-anaya sevgi bir gözələ sevgi!

Onun sevgi şeirlərindən həm ona görə söz saldıq ki, anadan olmasının 75 illik yubileyi münasibəti ilə biz ona öz sevgi sayğımızı bildirək.

Ömrünün müdriklik yaradıcılığının məhsuldar dövrünü yaşayan dəyərli ziyalımızı ürəkdən təbrik edir, ona sağlam uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Musa NƏBİOĞLU

525-ci qəzet.- 2023.- 1 mart. S. 11.