Bir Azərbaycan sevdalısı -
Fırat Kızıltuğ Hoca
Fırat
Kızıltuğ Hoca!
Türk milli musiqisinin mükəmməl bilicisi,
violonçel, ud, fleyta kimi musiqi
alətlərinin mahir
ifacısı, Türk
musiqisinin mədəni-mənəvi
irsini bütün fəaliyyəti boyu klassik ənənələrə
sədaqətlə qoruyub
yaşadan bir ziyalı. Onun ifa etdiyi musiqilər,
bəstələri, eləcə
də yazdığı
bədii əsərlər
parlaq sənət nümunələri kimi Türk musiqisi və ədəbiyyatı camiəsində
özünəməxsus layiqli
yer tutur.
Fırat
Kızıltuğ 1935-ci il yanvarın 13-də
Bayburd şəhərində
anadan olub. Atası musiqi ifaçısı Ahmet Kızıltuğ, anası Hacıhanım xanımla zəngin xatirələrlə dolu uşaqlıq illəri keçirir. 1956-cı ildə
Trabzon Pedaqoji Məktəbindən
məzun olduqdan sonra Türkiyənin müxtəlif şəhərlərində
müəllimlik fəaliyyətinə
başlamış, Feyha
Talaydan violonçel dərsləri və
Türk Musiqisi Konservatoriyasında türk
musiqisi nəzəriyyəsi
dərslərini almışdır.
1965-ci ildə Münir
Nurəddin Səlcukun
rəhbərlik etdiyi musiqi kollektivinə əvvəlcə
qonaq, sonra əsas violonçel ifaçısı
kimi qəbul olunmuşdur. 1976-cı ildən Türkiyə
Cümhuriyyəti Mədəniyyət
Nazirliyinə bağlı
İstanbul Dövlət
Klassik Türk Musiqisi Xor kollektivində
çalışmaya başlayır.
TRT-də yayımlanan
İstanbul Dövlət
Xorunun proqramlarını
hazırlayır; "Qayıdış"
televiziya filminin musiqisini bəstələyir.
Fırat
Kızıltuğun müxtəlif
jurnallarda şeirləri
və musiqi ilə bağlı məqalələri dərc
olunmuşdur. Həmçinin, müəllifi
olduğu "Necdet Yaşar'la 60 Yıl",
"Hikayeler", "Kop Dağından
Birinci Orduya",
"II. Murat Han'ın Fatih
Sultan Mehmede Nasihatleri",
"Satrançname", "Şikesteler", "Dilbeste", "Dildeste",
"Çocuklara Müzik"
bədii əsərləri
Türkiyənin nüfuzlu
nəşriyyatlarından çap
olunmuşdur. Fırat
Kızıltuğ, Türk
Ədəbiyyatı Vəqfi
və İLESAM kimi Türkiyənin nüfuzlu
ədəbi cəmiyyətlərinin
fəal üzvüdür.
Fırat Hocanın qısa tərcümeyi halına sənət və ədəbiyyatla bağlı
daha çox bilgi, xarici qastrollar
və müxtəlif xatirələr sığdırmaq
mümkündür. Bu engin biliyə sahib ziyalını fərqləndirən
başqa bir xüsusiyyəti ata yurdu Azərbaycanla olan dərin bağlılığıdır. Fırat Hocanın elə
bir konfransı, elə bir musiqili
seminarı yoxdur ki, Azərbaycanı xatırlamasın, Azərbaycan
musiqisindən, ədəbiyyatından
nümunələr çəkməsin.
Ələlxüsus hər
səfərində ata
yurdu Azərbaycana ilk ziyarətindən bəhs edərkən Gəncə
istiqamətində yol
kənarında
çaydan su alıb içməsi və bu əsnada
keçirdiyi kövrək
duyğular babasının
"nəvəm Azərbaycanı
mütləq görəcək"
vəsiyyətinin gerçəkləşməsinin
də sevincinin bir nişanəsidir.
Xalqımızın üzləşdiyi
20 Yanvar qırğınında
da Türkiyədə ilk reaksiya verən ziyalılar arasında yenə Fırat Kızıltuğ Hoca vardı. Onu "Ağlama qərənfilim"
şeri o günlərdə
Azərbaycan xalqının
üzləşdiyi acı
həqiqətləri Türk
xalqına şeir diliylə çatdıran
nadir nümunələrdən biridir. Bu şeir həmin ağrılı-acılı
günlərdə Azərbaycanda
Gənclik qəzetində
də yayımlanaraq
20 Yanvar faciəsi ilə bağlı Türkiyənin
qardaş harayını
xalqımıza duyurmuşdur.
Fırat
Hocanın Azərbaycanla
bağlı xatirə
xurcunun içində kimlər yoxdur ki... Daha
sovet illərində
maestro Niyazinin Türkiyədə
keçirdiyi illərdə
onunla bağlı xatirələri və ona həsr etdiyi
şeir, ədəbiyyat
dünyamızın korifeylərindən
olan Bəxtiyar Vahabzadə ilə dostluğu və onunla məktublaşmaları,
yazıçı Anar
və Məmməd İsmayılla yaxın dostluq münasibətləri
və xatirələri.
Mənimdə Fırat Hocamla bağlı xatirələrim zəngindir. Onunla 1990-cı illərdə İstanbuldakı tələbəlik həyatımın ilk illərində tanış olmuşdum. İlk qarşılaşmamızda türk musiqisi ilə bağlı zəngin bilgiləri, yanğılı sərzənişləri, Azərbaycanla bağlı xoş və duyğu dolu xatirələri daha bugünkü kimi hafizəmdədir. Daha sonra Fırat Hocanı Türk Ədəbiyyatı Vəqfində aylıq Türk musiqi seminarlarını, Akıl-Fikir nəşriyyyatında söhbətlərini dinləyərək müxtəlif tədbirlərdə onun bilgi və sənət dolu söhbətlərindən bəhrələnmə imkanım olmuşdur. Fırat Hocanın yubiliyinə həsr olunmuş məqalələr toplusuna verdiyim yazının başlığını da belə adlandırmışdım: "Bir Azerbaycan sevdalısı olan Fırat Kızıltuğ Hocam".
Öz təcrübəsini, sənətinin incəliklərini tələbələrə böyük həvəslə öyrədən Fırat Hocanın yetişdirdiyi tələbələr bu gün Türkiyənin və dünyanın müxtəlif musiqi kollektivlərində öz fəaliyyətlərini davam etdirirlər. Özünün də sözü ilə desək, "yetişdirdiyi tələbələri ilə bir orkestr qurmaq olar".
Türk ədəbi və incəsənət ictimaiyyəti onun yaradıcılığına xüsusi əhəmiyyət verir. Dövlət qurumları və ədəbi dərnəklər tərəfindən çoxlu sayda təltiflərə layiq görülən Fırat Hocanın yubiley mərasimləri geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük təntənə ilə qeyd olunur.
Fırat Hoca vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamı ilə mehriban və səmimi münasibətlər quran qayğıkeş bir insandır. Sakin təbiətli olsa da, vətəndaş mövqeyini qoruyan, sözünün çəkisini, yerini bilən bir söz sahibidir. Zahirən sakit, daxilən coşqun təbiətli olan Fırat Hoca güclü məntiqi, iti yaddaşı ilə bu gün də onu dinləyənləri özünə heyran etməyi bacarır.
Türk milli musiqisinin
inkişafında xüsusi xidmətləri
olan, qəlbi hər daim
Türk dünyası eşqi ilə
döyünən ömrünün müdriklik zirvəsinə çatan
bu dəyərli insana
bundan sonrakı ömür
yolunda da möhkəm
cansağlığı, xoşbəxtlik, uzun
ömür, bütün təşəbbüslərində
uğurlar və firavanlıq
arzulayıram.
Əbülfəz SÜLEYMANLI
Sosioloq
525-ci qəzet.- 2023.- 4 mart.- S.19.