Şairlər yarımçıq ömür
yaşayır
Əcəllə ölməyi bacarmır, nədi?
Şairlər yarımçıq ömür
yaşayır.
Çoxu heç bilmir ki, qocalmaq nədi?
Şairlər yarımçıq ömür
yaşayır.
Otuzu çox
bilir, qırxa bəs deyir.
Şahların önündə sözü
tərs deyir.
Sözünü qaytarmır - doğra,
kəs, deyir...
Şairlər yarımçıq ömür
yaşayır.
Dərisi
soyulan, özü diri var,
Çoxunun alnında güllə yeri var.
Şair doğulan da ölümdən qorxar?
Şairlər yarımçıq ömür
yaşayır.
Lap uşaq ömrü də yaşaya bilər,
Ömrünü təzədən başlaya
bilər.
Ölənnən sonra da danışar, gülər
Şairlər yarımçıq ömür
yaşayır.
Yüz əsər yaradıb, dastan qoşsa da,
Yaşı lap doxsanı, yüzü
aşsa da...
Nə qədər, nə qədər çox yaşasa da,
Şairlər yarımçıq ömür
yaşayır.
Bir ovuc torpağam
Mən bir ovuc torpağam
ki,
buz bağlamışam,
Həmin
buzun arasında od saxlamışam.
Yandığım o atəşləri od sanmamışam,
Tütə-tütə, yana-yana yaşamışam mən,
Buz üstündə
yanan oda oxşamışam mən.
Dəmir
əyib daş qırmışam dizimin üstdə,
Düz olana yer vermişəm
gözümün üstdə...
Sən qəlbimə dəymə,
naşı, canımı
istə,
Dost yolunda can verməyi
öyrənmişəm mən.
Dost zərbəsi görə-görə
göynəmişəm mən.
Bərk
ayaqda daha artıq bərkiməyim var,
Dözümümdən, iradəmdən
özgə nəyim
var?
Bir quru can! Əcəl gəlsə, peşkəş
aparar...
Belə
ömür yaşamışam,
bəsimdi mənim,
İnsafına tapşırıram hesab
çəkənin!..
Bulağın göz yaşları
(Əsirlikdə olan bir bulağa)
Sinəsi
dağ görüb, dağlar görübdü,
Dağı, dərələri ağlar
görübdü.
Ağlaya-ağlaya neyə dönübdü,
Bu bulağın göz
yaşları qurumaz.
Qara bulud qara çəkər
üstünə,
Gedər, bilməz yerin altı, üstü nə?
Bu çən-duman, bu
qapqara tüstü nə?
Bu bulağın göz
yaşları qurumaz.
Axdığı yer yanıq güllər bitirər,
Dərən olmaz, gül özünü itirər.
Quru ləçəkləri külək
götürər,
Bu bulağın göz
yaşları qurumaz.
Ocaq yeri onu odsuz
yandırar,
Yad baxışdan
göz qaçırdar,
yan durar.
Qanlı
görsə, damarında
qan donar,
Bu bulağın göz
yaşları qurumaz.
Bir gözəldi, öpərdilər
üzündən,
Tuti dilli - doymazdılar sözündən...
Bu gün onun xəbəri
yox özündən,
Bu bulağın göz
yaşları qurumaz.
Zülfü dağılıbdı sinəsi üstə,
Təbibsiz, dərmansız neyləsin
xəstə?
Dərmanı bayatı, ya da şikəstə,
Bu bulağın göz
yaşları qurumaz.
Güvəndiyi dağdı, daşdı,
qayadı,
Ümidi Allaha, ilə-ayadır.
Ağlayır ki, çinar qurumayaydı,
Bu bulağın göz
yaşları qurumaz.
Bir el onu əzizlərdi, öyərdi,
Qəfil köçdü, acı hicran göyərdi.
Gedən
gəlib bu halını görəydi,
Bu bulağın göz yaşları qurumaz...
Füzulini oxuyanda
Füzulini oxuyanda
Sözlər bir-bir çiçək açır.
Ulduz kimi parıldayıb,
Şimşək təki işıq saçır.
Füzulini oxuyanda
Hər sözün
öz rəngi olur.
Sözün sözlə cəngi olur,
Sözün sözlə rəqsi olur.
Füzulini oxuyanda
Söz toxunur, ilmələnir,
Cilalanır, kəlmələnir -
Bir ilahi ahəng olur.
Füzulini oxuyanda
Füzuli çox nəhəng olur.
Füzulini oxuyanda
Çox şairlər yazıq olur.
Bir qəzəli beş
şairdən,
On kitabdan ağır olur.
Füzulini oxuyanda
Adam yaman
fağır olur.
Zeynalabdin
NOVRUZOĞLU
525-ci qəzet.- 2023.- 10 mart.- S.15.