Təbrizin gözü
yoldadır...
Sanırdım, yazmışam qəlbimdə
nə var...
Ömür budağından qopan
nağıllar,
Sehirli mizrablar sim üstə
coşar,
Nəğməyə çevrilər kövrək
misralar.
Hüdudları keçər, sərhədlər
aşar.
Köçübdür kağıza ən təmiz hisslər,
Vətən bülbülünün şux təranəsi,
Əlvan çiçəklərin tər
rayihəsi.
Sanırdım, yazmışam dünyada
nə var,
Susub atışmalar... susub silahlar...
Sən demə, toxtamır qan axıdanlar,
Sən demə,
qurumur tökülən
qanlar.
Alovlar içində yanan Ukrayna...
Bir gözü ağlayan, bir gözü gülən
dünyada bitməyən
çilələr varmış.
Hələ yazmadığım gör
nələr varmış...
Güneydə çırpınır Arazın bağrı,
Yoldadır Təbrizin gözü,
yoldadır
Güney
həsrətilə Azərbaycanın
O taylı-bu taylı qübarı varmış.
Başı ağ çalmalı, dağ Savalanın
Gör neçə
çilləsi, baharı
varmış.
Yenə
alovlansa, yenə alışsa,
Qəzəbi, qəhəri püskürüb
coşsa...
Aman, Savalanın dərdi yamanmış,
Bu dərdlə qovrulan Azərbaycanmış...
Sanırdım, yazmışam ruhumda
nə var,
Dünənim payız-qış, bu gün yay-bahar.
Yenə
də açılar aydın sabahlar,
Qırıb buxovları, boyunduruğu,
Birləşər Türk gücü,
Quzey yumruğu,
Yazılar salnamə, dastan
yenidən,
Zəfər bizimlədir, inanıram
mən!
Lətifə TALİB
525-ci qəzet.- 2023.- 10 mart.- S.15.