Sertifikasiya imtahanları: müəllimin fəaliyyətinin qiymətləndirildiyi mühüm prosedur

 

Ötən ildən etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji idarəetmə fəaliyyəti ilə məşğul olan, ali orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri ona verilən tələblər, kurikulumun mahiyyəti məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılır.

Təhsil naziri Emin Əmrullayev deyir ki,  yaşından asılı olmayaraq məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir: "2023-cü ilə 35 min müəllim sertifikasiyaya cəlb olunacaq.  Ötən il 11133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqına 35 faiz, 3426 müəllimin əməkhaqqına isə 10 faiz əlavələr edilib. Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq. Eyni zamanda, ölkə üzrə Azərbaycan dili ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır. Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm onların maaş artımı deməkdir. Sertifikasiyaya cəlb olunan 35 min müəllimin böyük əksəriyyətinin əmək haqqısı ya 10 faiz, ya da 35 fazi artacaq". E.Əmrullayevin sözlərinə görə, sertifikatlaşdırma prosesi 2025-2026-cı ildə tam başa çatacaq: "2025-ci ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə 2026-cı ildə növbəti dəfə imtahan vermələri üçün şans yaradılacaq".

Azərbaycan Respuplikasının Təhsil İnstitutu Metodik Dəstək Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib ki, MİQ imtahanı ilə sertifikasiya imtahanının məzmunu eynidir: "Nəzərə alsaq ki, müəllimlərin işə qəbulu daha rəqabətlidir çətindir. Buna görə onların 2 il sonra yenidən imtahana girməsinə ehtiyac yoxdur. Onların əsas gücləndirməli olduqları məsələ nəzəri bacarıqlarının praktikada keyfiyyətli şəkildə tətbiq etməsidir. Praktik bacarıqlara yiyələnməyə ehtiyac var. Biliklərini praktika ilə möhkəmləndirməlidirlər".

Onun sözlərinə görə, builki sertifikasiyada Azərbaycan dilindən 30, ədəbiyyat fənnindən isə 20 sual salınacaq: "Ədəbiyyat fənni ilə bağlı müəllimlərdə müəyyən qədər gərginlik var. Onlar oxunmalı əsərlərin sayının çox olduğunu düşünürlər. Amma çərçivə sənədində qeyd olunub. Əsər sayı çox deyil".

Nəzakət Mehdiyeva deyib ki, müəllimlərin işə qəbulu imtahanında olduğu kimi, sertifikasiya imtahanında da Azərbaycan dili ədəbiyyat fənni üzrə əsas 4 məzmun sahəsində təhsilverənlərin biliyi yoxlanılacaq. Bura oxu, yazı, dil qaydaları, ədəbiyyat həyat həqiqətləri məzmun sahəsi aiddir: "Bu məzmun sahələri müəllimlərə tanışdır, çünki məktəblərdə onsuz da şagirdlərə məhz bunları öyrədirlər. Sertifikasiya imtahanlarının 50 (Azərbaycan dili 30, ədəbiyyat 20) sualı da məhz bu məzmun sahələri arasında bölüşdürüləcək".

Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin dediyinə görə, keçənilki bölgələr istisna olmaqla, digər yerlərdə təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur: "Keçən il Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı vermişdi. Bu il isə sözügedən bölgələr istisna olmaqla digər şəhər rayonlarımızda ibtidai sinif müəllimləri sertifikasiya prosesindən keçəcəklər".

Onun dediyinə görə, builki təhsilverənlərin sertifikatlaşdırılma imtahanlarının keçirilmə qaydalarında hər hansı dəyişiklik yoxdur. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənir: "Qaydalara dəyişiklik təkliflərini isə Elm Təhsil Nazirliyi edir. Əgər nəsə dəyişiklik olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat verilər. Bu gün isə qaydalarda hər hansı dəyişiklik yoxdur. Bu da o deməkdir ki, bu il həmin qaydalarla sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulur. Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir. Qeyd edim ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Belə ki, sertifikatlaşdırılma zamanı uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər".

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, təhsilverənlərin dövrün tələblərinə cavab verməsi üçün onların sertifikasiyasının keçirilməsi olduqca vacib məsələlərdən biridir. Təhsilverənlərin sertifikasiyasının keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Bu da müəllimlər üçün olduqca vacibdir: "Təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiq. Çünki dünyanın bütün ölkələrində sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur. Azərbaycanda bu prosesə ötən ildən başlanılıb. Cəmi bir dəfə - 1994-cü ildə müəllimlərin attestasiyası keçirilib bu, formal xarakter daşıyıb. 2014-2017-ci illərdə isə diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmə peşəkarlıq səviyyəsinin müəyyən edilməsi deyil, müəllimlərin bilik bacarıqlarının diaqnostik qiymətləndirməsi ilə bağlı olub. Zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib. Təhsilverənlər dövrün tələblərinə cavab verməlidir".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, müəllim əməyinin qiymətləndirilməsi, onların maddi mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji idarəetmə fəaliyyəti ilə məşğul olan, ali orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar: "Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur. Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Odur ki, müəyyən müddətdən bir müəllimlər biliyini nümayiş etdirməlidirlər. Yəni bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji idarəetmə fəaliyyəti ilə məşğul olan, ali orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq təlim ehtiyaclarını öyrənməkdir. Hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 10 mart.- S.14.