Milli Kitabxana Vilayət Quliyev haqqında biblioqrafiya nəşr edib

 

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib.

Təqdim edilən biblioqrafiyada 1969-2022-ci illəri əhatə edən zəngin material toplanıb. VəsaitdəVilayət Quliyevin həyat yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqındabölmələri, siyasətçinin elmi ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, həmçinin həyat yaradıcılığı haqqında materiallar öz əksini tapıb.

Biblioqrafiyada Vilayət Quliyevin dünyanın ən zəngin milli, dövlət universitet kitabxanalarında mühafizə olunan nəşrləri əhatə olunub. Materiallar Azərbaycan, rus başqa dillər üzrə bölmələrə ayrılıb.

 

525-ci qəzet.- 2023.- 10 mart.- S.9.