Şekspir dünyası
(Əvvəli
ötən şənbə sayımızda)
Şekspirin
dövrü
Şekspir öz erasının məhsulu idi, həmin
dövrün aparıcı mənzərəsindən ilham
alırdı.
Baxmayaraq ki, o, heç vaxt xronika yazan
olmamışdı, lakin onun kral sarayının
uğurlarına təbil çalması, tarixi pyeslərində
Elizabetin özünün uğurlarına birbaşa işarə
edilməklə, əks olunurdu. Axı
sonralar da ingilislərin xeyli hissəsi, adətən,
kralın, ya da kraliçanın ölüm xəbərini məhz
Temza üzərindəki körpünün
dağılması kimi qəbul edirdilər.
Şekspirin faciələr güzgüsü I Ceyms
taxt-taca qalxdıqdan sonra ölkənin tutqun əhval-ruhiyyəsini
ifadə edirdi.
Onun müasir dövrə aid olan az
saydakı düşüncələrini pyeslərində
tapmaq mümkün idi.
Digər tərəfdən Şekspir, adətən, ancaq
öz dövrü üçün danışırdı. Krallar daim
öz xalqından etimad və kömək xahiş edir, allahdan
isə özünə müdriklik və qüvvə diləyirlər.
Şekspir isə güzgü əksi kimi bu
dövrdəki qarışıq coşqunluğu, yenilikləri,
şadlıqları və cəmiyyətin sürətlə dəyişməsinin
könülü qorxudan cəhətlərini göstərməli
idi. Şekspir barədə Ben Conson
yaxşı demişdi. "O, öz dövrü
üçün deyil, bütün zaman üçün
idi".
Şekspirin dramaturqluğu I Elizabet və I Ceymsin
hökmranlıqları ərzində və teatrın qeyri-adi
populyarlığı şəraitində doğulmuşdu. Baxmayaraq ki, o, nəslinin ən
yaxşı dramaturqu kimi etiraf edilmişdi, lakin şəxsən
özü cəsarətli olsa da, tənha bir adam
idi. Ona Kristofor Marlou təsir göstərmişdi.
Ben Conson isə onun ardıcılı idi.
O, həmçinin, elə müasirlərə malik idi ki,
onların da şöhrəti heç də keçmişdə
qalmamışdı. Şekspir illərində
Londonda ən azı 500 dramaturq işləyirdi. Onların əsərləri Londonun yenicə
qurulmuş daimi teatrlarının tələbatı ilə əhatə
olunmuşdu. Rəqabət atmosferində dramaturqlar, əvvəllər
heç vaxt İngiltərəyə tanış
olmayan statusa yiyələnmişdilər.
Elizabet teatrı öz köklərini Orta əsrlərdən
götürürdü. XI əsrdən başlayaraq kilsə
sevimli müqəddəslərinin həyatından bəhs edən
pyeslərin tamaşaya qoyulmasına həvəs göstərdi.
Sonra, XIV əsrdə müxtəlif
janrlardakı sehrli pyeslərin formaları meydana
çıxdı, onlar əsasən, Xaça çəkilmə
kimi Bibliya (İncil) mövzularına həsr olunurdu. Bir vaxtlar sehrli pyeslər yerli gildiyaların
sponsorluğu ilə bol küçə tamaşalarına tərəf
döndü. Ancaq daha çox katolik əsərləri
kimi qiymətləndirildiyindən, Protestant İslahatı
vaxtı, XVI əsrin ortalarında onlar qadağan edildi.
Həm də əxlaq pyesləri İngiltərədə
qəzəb doğururdu. Bu pyeslər xeyir və şər
arasındakı daimi vuruşu təsvir edirdi. Ləyaqət təbii olaraq Qüsur üzərində
zəfər çalırdı, lakin təbəələrin
geniş hissəsi alleqorik çıxarışlardan öz mənsubiyyətinə
görə istifadə edə bilərdi. İmmiqrant
aktyorlar çox vaxt qraflıqların kiçik
mehmanxanalarında səsli-küylü kütlə
qarşısında tamaşa göstərirdilər, bəzi
truppalar isə həmçinin, Londonun gildiya zallarında və
özəl evlərdəki səhnələrdə oynayırdılar.
1560-cı ildən başlayaraq varlı
kübarlar və hətta monarx tərəfindən truppalar
formalaşdırılırdı. Onlar
aktyorları himayəyə götürürdülər.
Əyalətlərə gedəndə onlar
lovğalana bilərdilər ki, Kraliçanın Adamları və
ya Derbi qrafının Adamları olan aktyorlardır.
Bəzi aktyorlar əllərini pyes yazmaqda
sınayırdılar və pyeslər əxlaq mövzusunda
olanların dar fokuslarından kənara çıxmağa
başlayırdı. Oksfordun və Kembricin "universitet zəkaları"
adlanan məzun qrupları Londonun qeyri-formal teatr dövrəsi
üçün pyeslər yazmağa
başlamışdılar.
1576-cı ildə Elizabet dövrünün dram əsərləri
tamamilə yeni eraya qədəm basdı. Aktrisalar
ölkənin saray salonlarında oynamaları ilə
ilhamlanırdılar. Bir il ərzində
Londonda ilk yeni teatr küçəsi yarandı. London Sitisinin şimalında digər teatrlar
açıldı.
Lakin şəhərin puritan olan yaşlı adamları
teatrları qüsurun beşiyi kimi qiymətləndirirdi,
aktyorları isə səhnə üçün məşq
etmələrinə görə aşağı həyatın
nümayəndələri hesab edirdilər. Heç bir
yeni pyes yaradılmış xüsusi senzuranın icazəsi
olmadan oynanıla bilməzdi. Puritanlardan fərqli
olaraq, onlar pyeslərdə "şirnikləndirici mahiyyət"
axtarmırdılar. Qaydalar aydın idi: həssas siyasi və
dini məsələlər limitdən kənara
çıxmamalı idi və heç bir sağ olan ictimai
xadim səhnədə göstərilə bilməzdi. Öz qələmini əhilləşdirə bilməyən
bir sıra yazıçılar bu vaxt öz sonluğunu
dustaqxanada keçirməli olmuşdular.
Yeni açılan teatrların tamaşaçı yeri
14 və ya hətta "Qlobus"da olduğu kimi 20 cərgədən
ibarət idi, bundan əlavə üç mərtəbəli
qalereya mövcud idi, orada olan yerlərə biletlər çox
ucuz satılırdı. Teatra gələn kasıblar və ya "torpaq səthində
olanlar" tamaşanı açıq havada seyr etməyə
görə bir pens pul ödəyirdilər. Səhnənin
öz qalereyası isə musiqiçilər tərəfindən
istifadə olunurdu. Bəzi teatrlarda 3 minə
qədər tamaşaçı olurdu. Soyuq
qış aylarında tamaşa gündüz vaxtı göstərilirdi.
Teatrlar arasında intensiv rəqabət gedirdi. Şekspir ilk dəfə
Londona gələndə bir neçə il
"Qızıl gül" teatrında işlədi. Həmin teatrda Şekspirin ilk pyesi tamaşaya qoyuldu.
1592-ci və 1593-cü illərdə taun
epidemiyası vaxtı teatrlar sarsıntıya məruz
qaldılar və teatr sahibləri yeni hamilər
axtarırdılar. Şekspir teatrdakı
yenicə formalaşmış Lord Çemberlen Adamlarına
qoşuldu.
Teatrlar birinci növbədə biznes tədbirləri ilə
məşğul olurdu və Şekspir də zəruri qaydada
varlanan adama çevrilmişdi. O, Londona gəldikdə İngilis
Renessans ədəbiyyatı özünə məxsus yolla irəliləyirdi,
yunan və roman klassiklərinə və bir az
əvvəlki italyan və fransız ədəbiyyatına
marağın bərpası ilə qidalanırdı. Bu yolun adı, poeziya idi. Bir
poemada Elizabeti təmsil edən Qloriana, İngiltərə və
İrlandiyanın Faerie adlanan mifik kraliçası kimi təsvir
edilirdi. Dramaturq Tomas Kid özünün
"İspan faciəsi" pyesində ingilis teatrında
xalqın intiqam almasını göstərirdi. Lakin təəssüf
ki, onun öz həyatı çox az
xoşbəxt sayıla bilərdi. O, 1593-cü ildə xəyanətə
görə həbs edildi və işgəncələrə məruz
qalmalı oldu, 36 yaşında olan bu adam
sonrakı ili öldü.
London səhnəsinin ulduzu 1580-ci illərin sonu,
1590-cı illərin başlanğıcında Marlounun
"Torba" pyesi idi. O, Şekspirin həmyaşıdı idi. Ondan
iki ay əvvəl anadan olmuşdu. Şekspir
isə həmin vaxt hələ şagird hesab olunurdu, Marlou isə
artıq məşhur dramaturq idi. Onun 23
yaşı olanda iki hissədən ibarət "Böyük
Tamerlan" (ingilislər Teymurləngi belə adlandırırdılar)
pyesini yazmışdı. Əsərdə
XIV əsrin Mərkəzi Asiyası təsvir olunurdu. Pyes ilk dəfə tamaşaya qoyuldu və
böyük uğur qazandı. O, həmçinin,
"Faust", "Maltalı yəhudi" və digər
pyesləri yazmışdı. Marlou təhlükələrlə
dolu olan bir həyat yaşayırdı, vaxtının
çoxunu tavernalarda, royalist casusların arasında
keçirirdi. 1593-cü ildə 29
yaşında o, qətlə yetirildi.
1603-cü ildən kral olan I Ceyms Lord Çemberlen
Adamlarına hami olmaq təklifini etdi. İldə onlar sarayda
20 tamaşa göstərirdilər. Sonra
onlar adlarını dəyişdilər. Yeni
monarxın hakimiyyəti altında teatr dəyişikliyə məruz
qaldı. Elizabet və Ceykobian dramaları
arasındakı fərq kampaniyanın adlarına görə
deyil, ancaq populyar olan pyeslərə görə idi. Populyar Elizabet teatrı nikbinliyi ilə fərqlənirdi,
pyeslər daha yaxşı gələcəyin
olacağını güman edirdilər. Şekspirin
Elizabet dövrü komediyaları, adətən, şən və
qayğısız idi. Əksinə,
Ceykobian teatrı isə daha tutqun mənəviyyatlanmış
və özünü analiz kimi olan mövzulara müraciət
edirdi. Şekspirin sonrakı komediyaları
bu əhval-ruhiyyəyə təsir göstərirdi. Uaytholl sarayındakı şam
işığında göstərilən tamaşalar
populyarlığın artmasına kömək edirdi.
Şekspir özünün böyük faciələrini
Ceymsin hakimiyyətinin erkən dövründə
yazmışdı, müasirlərinin işində olan
zorakılığı, şəri, şəhvəti və
könülü çuğlayan məhəbbəti, dəliliyi,
gözəlliyi və ümidi təsvir edirdi. Ben Conson onun cana
titrətmə salan komediyalarını xüsusilə qeyd
edirdi. Homerin "İliada" və
"Odisseya"sını tərcümə etməklə
ingilis ədəbiyyatında özünə yer tutan Corc
Çapman, həmçinin, bir neçə faciə
yazmışdı. Digər
yazıçılar, həmçinin, komanda şəklində
işləyirdilər ki, əsərlərini teatrlara
ötürə bilsinlər.
Kral Ceyms 1625-ci ildə öldükdən sonra onun bədbəxt taleli olan oğlu I Karl teatrdan çox rəssamlıqla maraqlanırdı. Sonra 1642-ci ildə Puritanların təsiri ilə Parlament bütün teatrları bağlamaq göstərişini verdi.Vətəndaş müharibəsi dövründə və kral hakimiyyətinin ləğv edildiyi dövrdə (Interregnum-da) teatrların əksəriyyəti məhv edildi. Bərpanın meydana gəlməsi (söhbət Monarxiyanın bərpasından gedir) ilə ictimai əyləncələr 1660-cı ildən yenidən həyata qayıtdı. Həm də Londonun teatra olan sevgisi yenidən dirildi. Yeni pyeslər yazılmaqla yanaşı, köhnələr də həyata qaytarıldı. Şekspir də, həmçinin, yenidən səhnəyə qayıda bildi.
Şekspir irsi
Əgər bu məlumat 1623-cü ildə dərc olunsaydı, bəlkə də, Şekspir heç vaxt ingilis dilli ədəbiyyatda ən böyük yazıçı yerini tuta bilməzdi. Onun ölümü vaxtı 36 pyes yazdığı deyilirdi. Onlardan 18-i çap olunsa da, digərləri çap olunmamışdı. Şekspirin xoş taleyi, onun loyal dostlara və pərəstişkarlara malik olmasına əsaslanırdı. Onlar dramaturqun reputasiyasını qoruyub saxlaya bilmişdilər. İki kolleqası onun "Komediyaları, tarixi pyesləri və faciələri" daxil olan 36 əsərini öz redaksiyalarında çap etdirmişdilər. İlk folioya görə "Şekspir" sözü konsepsiya və ifadə bildirən bir brend kimi doğulmuşdu.
Şekspir öz pyeslərinin çap olunmasından heç nə qazanmırdı, çünki onlara teatr kampaniyaları sahiblik edirdi. Hətta kampaniyanın payçısı olanda da, bir nəşrə görə o, pul itkisinə məruz qalmışdı. Onun pyesləri rəqib kampaniyalar tərəfindən səhnəyə qoyulurdu.
Şekspirin reputasiyası, onun pyesləri uyğunlaşdırılmaya məruz qalmaqla "yaxşılaşdırılanda" da ziyan çəkirdi. Bir sıra faciələri auditoriyaya "xoşbəxt sonluq" əlavə olunmaqla təqdim olunurdu. Dörd əsr sonra "xoşbəxt sonluq" amerikan filmlərini populyarlığını artırdığı halda, Şekspirin nüfuzuna yalnız xələl gətirirdi. Yaxşı ki, XVIII əsrdə Samyuel Conson və Eduard Keppel bu haqsızlığı düzəldə bildilər.
Bəziləri isə yazırdı ki, poeziya ustası olmaqla onun sənəti yeni dəb yaratmışdı. Digər cəhətdən, dramaturq həm də sənətkar olmaqla, dünyanı öz ağlının köməyi ilə müşahidə etdiyi kimi, ifadə şəklində istifadə eməyə üstünlük verirdi. O, minlərlə xətt üzrə yaza bilərdi. Bəziləri də qeyd edirdi ki, tarixi adlandırılan bir sıra əsərləri və hətta müəyyən komediyaları real olaraq faciə idi, onların arasında komediya qarışığı da olurdu. Şekspir sadə bir prosesin içində janrları bir-birinə qarışdırırdı. Ona görə də onun bir sıra pyesləri romance - romantika adlanırdı.
Şekspirin sevdikləri əsərləri, bir şair kimi oxucularına və pyes kimi ona qulaq asılacağına ünvanlanmalarına görə bölünürdü. Onun teatr "ifrata varmaları" bəzi tənqidçiləri narahat edirdi. Hətta Şekspirin böyüklüyünün geniş şəkildə qəbul olunmasına baxmayaraq, bəzi görkəmli yazıçılar bu xora qoşulmaqdan imtina edirdilər.
XVIII əsrin böyük fransız mütəfəkkiri Volter demişdi ki, Şekspir "təbii və dəyişkəndir, lakin yaxşı zövqün sadə qığılcı olmaqla, o qədər də çox deyildir və ya bilirdi ki, dramanı təkcə o, özü idarə edir". Lakin ingilis dahisini sərt qaydada qiymətləndirənlər də var idi. Bir əsr sonra böyük rus yazıçısı L.N.Tolstoy isə ilk dəfə Şekspiri oxuyanda narazı qalmışdı: "Mən nəinki heç bir sevinc hiss etmədim, həm də müqavimət göstərə bilmədiyim acığım gəlməklə, onu darıxdırıcı gördüm". O, Şekspirin pyeslərini, xüsusən "Hamlet"i pis əsər sayırdı, bir dəfə digər böyük rus yazıçısı A.P.Çexova demişdi ki, onun əsərlərində heç nə yoxdur, pyesləri pisdir, səninkilərsə onlarla müqayisədə daha pisdir.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2023.- 11 mart.- S.22.