Çağdaşlığın simvolu

 

Anarın 85 illiyinə

Xalq yazıçısı Anarın adının simvola çevrilməsi, təkcə mənim deyil, bütün ictimaiyyətin fikridir. bu fikri söyləyənlər adətən Anar adının arxasında bütöv bir mədəniyyət epoxasının, 1960-lar ədəbiyyatı sənətinin simvollaşdığını görürlər. Mən bu hüdudları daha da genişləndirərdim. Hazırda Anar adı konkret zaman sərhədlərini aşıb, bütövlükdə ədəbiyyatımızın, milli mədəniyyətimizin çağdaşlığını, yaşarılığını, bugünlüyünü ehtiva edir, xəbər verir. İkinci bir ad tapmaq çətindir ki, Anar qədər bu statusa iddia edə, yaraşa, onu ifadə edə bilə.

Anar - çağdaş ədəbiyyatımızın klassikidir! "Klassika" sözünün bütün anlamlarında: sənət örnəyi, şedevr yaradıcılığı, çağdaşlığın rəmzi, tarixi, mündəricəsi mənalarında. Yalnız 60-cılar ədəbiyyatının sırasını yaradan "Keçən ilin son gecəsi", "Asqılıqda işləyən qadın", " liman", "Molla Nəsrəddin-66", "Dantenin yubileyi", "Gürcü familiyası", "Mən, sən, o telefon", "Yaxşı padşahın nağılı", "Macal", "Şəhərin yay günləri", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə" s. kimi hekayə, povest, roman, pyesləri ilə deyil, habelə müstəqillik dövrü ədəbiyyatının: "Otel otağı", " qoç, qara qoç", "Unudulmaz görüşlər", "Kərəm kimi", "Göz muncuğu", "Şəhərin qış gecələri" s. rəngarəng örnəkləri ilə!

Anar - çağdaş Azərbaycan mədəniyyətinin, incəsənətinin tarixi siması, sifəti, simvoludur. Yalnız müasir sənət mədəniyyət quruculuğunda göstərdiyi tarixi xidmətlərlə: 1969-cu ildə yaradıb iki on il rəhbərlik etdiyi, bu gün yaşatdığı "Qobustan" incəsənət toplusu ilə, "Dədə Qorqud" kino-dastanı, "Uzun ömrün akkordları", "Dantenin yubileyi", "Qəm pəncərəsi" kimi mədəniyyət sənət tariximizi əbədiləşdirən kinofilmləri ilə deyil, həmçinin, müstəqillik illərində dövlət mədəniyyət xadimi kimi ardıcıl usanmaz fəaliyyəti ilə, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin bu sıradan onlarla tədbirin təşkilində həlledici iştirakı ilə, "Otel otağı", "Təhminə" kimi aktual, "Cavid ömrü", "Sübhün səfiri" kimi klassiklər silsiləsini davam etdirən kinofilmlərin çəkilişi ilə, "Min ilin yüz şairi", iki kitabda  "Min beş yüz ilin Oğuz şeiri" antologiyalarının tərtibi nəşri s. fəaliyyəti ilə .

Anar - son yarım əsr tarixi-mədəni şüurumuzun, milli-mənəvi intellekt potensialımız yükümüzün, aktual ideya sanballı fikir karvanımızın sarvanı, yönləndiricisi, ifadəçisidir. Sovet dönəmində: "Anlamaq dərdi", "Şairin kədəri", "Dünya bir pəncərədir", "Dədə Qorqud dünyası", "Sizsiz"..; müstəqillik illərində: "Mübarizə bu gün var", "Həyatım ağrıyır", "Gecə düşüncələri", "Əsrin əsiri", "LİK Azerbaydjana" s. yazıları, əsərləri, kitabları ilə...

Anar - əməlpərvər ziyalı, dönməz əqidə sahibi, son dövr Azərbaycanının yetirdiyi ən parlaq tarixi şəxsiyyətlərdən biridir. Yazıçı missiyasına daim sədaqəti öz yerində, bioqrafiyasına baxsaq: fəaliyyətinin "Qobustan" dövrü, Azərbaycan Yazıçılar Birliyinə otuz illik rəhbərliyi, Qarabağ mücadiləsində mübariz ziyalı mövqeyi, millət vəkili və Milli Məclisin Mədəniyyət Komissiyasının sədri kimi səmərəli işləri, ÜmumtürkTuran dünyasının aparıcı simalarından biri olaraq çoxsaylı tədbirləri... Bütün bunlar hələ Anarın ictimai arenada gördüyü və hamıya görünən işləridir. Anara şəxsiyyət bütövlüyü xasdır, cəmiyyət içində görünən işlərilə yanaşı, nə qədər də təmənnasız ömür sərf etdiyi, insani borc bildiyi, "sağ əlin elədiyini sol əlin bilmədiyi" əməllərin yiyəsidir. Bu qayğını mən 70 illik yubileyim günlərində bir daha yaxından gördüm, duydum. Buna mən Anarın "Söz dünyası"nın son cildlərini vərəqlərkən bir daha heyrət etdim. Nə qədər ədəbiyyat adamları Anar haqqında xoş sözlər, fərqli fikirlər söyləyir, hamıdan xəbərsiz yaxşılıqlarının, insani əməllərinin şahidliyini edir. Eyni zamanda, təəssüf ki, Anar nə qədər də nadan hücumlarına məruz qalır, gerizəkalıların ona vurduğu ağrıları yaşamalı olur. O, "qocaman bir dağdır ki, dəryada durur"...

Ömür yaşandıqca gözəl olur. Son illərdə Anar nə qədər belə gözəlliklər yaradıb! Bir neçə il öncə ədəbi mühitdə böyük coşqu ilə qarşılanan irihəcmli "Yaşamaq haqqı" traktatını yazdı. Burda millətimizin, türk dünyasının tarix boyu mövcud olması, tarix yaratması, mədəni irs ortaya qoyması və bu gün də, sabah da yaşamaq haqqından bəhs olunur. Son illərdə Anar Azərbaycan ədəbiyyatı və sənət dünyasının tarixindən və bu günündən söz açan beş cildlik "Söz dünyası" traktatını da oxucularına təqdim edib. Cildləri tamamlamamış, mətbuatda yeni bir "Altmışıncılar" əsərini də bitirdiyini oxuduq. Belə bir məhsuldarlıq məhz Anara yaraşır, 85 yaşın gözəlliyi də elə budur!

Yazıçıların sonuncu qurultayında Anarın üzünü gənclərə tutub, həyata keçirmək istədiyi layihələr, işlər üçün zamandan daha beş il möhlət istədiyi riqqətlə hamımızın yadındadır. Bu yubiley yaşında üzümüzü Xalq yazıçısı Anara tutub deyirik: Yaşa, yarat, yeni-yeni ideyalar irəli sür və onları gerçəkləşdir, Anarımız! Bu, təkcə Anarın xoşbəxtliyi üçün deyil, öncə bizə lazımdır, ədəbiyyata, millətə, xalqa lazımdır.

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi

525-ci qəzet.- 2023.- 11 mart.- S.16.