Anar məktublar

 

Sizin təklifinizi məmnuniyyətlə qarşıladıq salamlayırıq, bu təklif dostluq ənənələrimizin təsdiqidir, yalnız indi deyil, gələcəkdə xalqlarımızın ədəbiyyatlarımızın ən ümdə maraqlarına cavab verir.

Lazımi anlaşmaları (protokolları) razılaşdırıb istənilən vaxt imzalamağa hazırıq. Ortaq plan haqqında konkret təkliflərimiz hazırlanıb təqdim olunacaqdır.

Təklifləri qabaqcadan Sizə münasib olan hər hansı vaxtda müzakirə edə bilərdik.

Ən xoş arzularla.

Ancaq indi bildim ki, sənin yubileyindir. Ürəkdən təbrik edirəm. Ümid edirəm ki, səninlə birlikdə Dağıstanda qeyd edəcəyik.

Dərin hörmətlə,

Rəsul Həmzətov,

Dağıstan Yazıçılar Birliyinin sədri,

29 aprel 1998

lll

 

Əziz Anar, mənim çox yaxın qələm qardaşım! Uzun illər boyu davam edən əlaqələrimiz qarşılıqlı rəğbətimiz mənə imkan verir ki, sənə bir xahişlə müraciət edim. Məsələnin mahiyyəti belədir. Sən öz həmyerlin, istedadlı rəssam Əşrəf Heybətovu yaxşı tanıyırsan. Deyirdi ki, siz Bakıda, Moskvada lap bu yaxınlarda Parisdə Dünya dilləri institutunda görüşmüsünüz.

Mən Əşrəf Heybətovun yaradıcılığını çoxdan izləyirəm, ruhu etibarilə mənə çox yaxındır. 1994-cü ildə BENİLÜKS ölkələrində səfir olduğum zaman Lüksemburqda onun fərdi sərgisini açmışam.

Onun yaradıcılıq ictimai fəaliyyəti Azərbaycanın mədəni imicini möhkəmləndirir. Azərbaycanın Almaniyadakı səfirinin Rusiyanın, Türkiyənin Baş konsullarının dəstəyini qazanıb.

Onun yaratlığı möhtəşəm "11 sentyabr Nyu York" pannosu Amerika xalqına hədiyyə edildi. Bu yaxınlarda Nyu-Yorkun meri ona təşəkkür məktubu da göndərib.

Mən səndən dostum, həmkarım kimi Azərbaycan Parlamanının Mədəniyyət Komitəsinin sədri kimi xahiş eləyirəm ki, Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun "Şöhrət" ordeni almasına yardım edəsən. O, 50 yaşı yaradıcılıq fəaliyyətinin 30 illiyi münasibətilə bu ordenə Azərbaycanın Almaniyadakı səfiri cənab H.Sadıqov tərəfindən təqdim olunmuşdu. Amma məsələ indiyə qədər həll olunmayıb.

Əminəm ki, sənin respublikada layiqli nüfuzun bu məsələdə dostumuz, YUNESKO-nun beynəlxalq rəssamlar federasiyasının üzvü Əşrəf Heybətova dəstək olacaq.

Hörmətlə,

Çingiz Aytmatov,

Qırğızıstan Respublikasının BENİLÜKS ölkələrində Fransada səfiri,

Brüssel, 25 fevral 2005

Əziz Anar, bildiyimə görə, martın 14-də sənin ad günün qeyd olunacaq. Cəmisi 67 yaşın tamam olur. Mənim yaşım səninkindən on il artıqdır doğum günüm ilin axırındadır. Gəl bu yaş tənasübünü saxlamaqla mümkün qədər irəliləyək.

Anarın şərhi: Əlbəttə, mən dərhal bu məsələylə əlaqədar instansiyalara müraciət etdim bu barədə Çingiz Aytmatova da yazdım.

lll

Sayın alim ustad yazıçı Anar bəy!

Füzulinin anadan olmasının 500-cü ildönümü yubileyi gözəl Bakıyı oradakı     sevdiyim saydığım şəxsiyyətləri yenidən ziyarət etməyə vəsilə olduğu səbəbilə mənim üçün iki dəfə mübarəkdir. Buna imkan yaradanlara qədər təşəkkür etsəm, azdır. Şölənin dalğalarına qapılarak sizinlə doyunca görüşəmmədim. Lakin hər zaman kölgənizi başımın üstündə hiss edirdim hüzurunuzun verdiyi günəş işıntılarından hissəmi alırdım. Heyif! Son gündə Elçin bəyin sözünü etdiyi görüş "Təfəkkür" universitetinin iclasının uzandığından mümkün olmadı. Etdiyiniz lütflər üçün təşəkkürlər. Gələcək görüşlərin hər şeyə rəğmən mümkün olacağına inanır sizin üçün ən yaxşı diləklərlə sözümə son verirəm.

Həmid Nitqi

Nottinhem, İngiltərə. 19.11.1996

(Məktub Azərbaycan dilində yazıldığı şəkildə verilir  - red.)

525-ci qəzet.- 2023.- 11 mart.- S.17.