Nostradamusun görücülüyü
və bu günümüz
III yazı
NOSTRADAMUSUN
MÖCÜZƏLƏRİ VII ƏSRDİR DÜNYANI
HEYRƏTLƏNDİRİR
XX əsrin
sonuna yaxın bu bənzərsiz görücünün əsərlərinə
hədsiz maraq dünya Nostradamusşünaslıq məktəbinin
yaranmasına gətirib çıxarmışdır. Maraqlıdır ki, Nostradamusun dördlükləri,
"Açıqlama"sı və şagirdi Şavinye ilə söhbətləri İ.Nyuton,
B.Paskal, İ.Kepler, D.Mendeleyev, K.Siolkovski, N.Jukovski kimi dünya şöhrətli
alimlərin, İ.Höte,
V.Hüqo, Jul Vern, L.Tolstoy,
N.Ostrovski və digər yazıçı
və şairlərin
diqqətini cəlb etmişdir. Bundan belə nəticəyə
gəlmək olur ki, Nostradamusun əsərləri bədii
düşüncəyə təsiri baxımından da əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, fransız
yazıçısı Mişel
Zevako (1860-1918) "Nostradamusun
həyatı və sevgisi" adlı təkrar-təkrar çap
olunan, başqa dillərə tərcümə
edilən böyük
həcmli roman yazmışdır. Eləcə
də astroloq və yazıçı Lir Qrin "Əli çubuqlu xəyalpərəst", alman
yazıçısı Manfred Byörn isə
"Nostradamus: həyatı və görücülüyü"
adlı romanlar yazmışlar.
"Heç kəs
taleyini dəyişdirə
və taleyindən qaça bilməz" - deyən Höte məşhur "Faust" əsərini
Nostradamusa müraciətlə
başlayır və onun görücülüyünü
yüksək qiymətləndirir.
Qaç,
qaç təbiətin
azad qoynuna!
Mişel
Nostradamın yazdığı
əsər,
Qoy olsun bu yolda sənə
ilk rəhbər.
Bu yazımızda görücünün
şagirdi Jan Şavinye
ilə hakimiyyət barədə söhbətindən
və mövzu ilə bağlı 2 k 9, 1
k 15, 6 k 5, 10 k 72 və 12 k 55 katrenindən danışacağıq.
Görücü şagirdinə üz
tutaraq deyir: "Dostum, mən tez-tez hakimiyyət barədə düşünürəm.
Ona görə yox ki, hökmran olmaq istəyirəm.
Lakin hər şeyi bilmək istəyən bir adam olduğumdan
özüm-özümdən soruşuram ki, nəyə görə bəzi adamlar hakimiyyətə gəlmək
naminə cinayətə
belə əl atmağa hazır olurlar...
Doğrudanmı, hökmranlıq şövqü
o qədər güclüdür
ki, qalan hər şey bu ehtiras qarşısında
sönük görünür?!
Başqalarını özünə tabe etmək, onlardan daha ağıllı, daha xoşbəxt olmaq demək deyildir. Sadəcə olaraq onlara hökmranlıq etmək imkanı əldə etməkdir. Bu, nə qədər də əhəmiyyətsiz
bir şeydir. Lakin bunun həsrətində olan bir çoxları
son məqsdələrinə çatmaq üçün
heç nədən çəkinmir.
Hökmranlıq şövqü və ehtirası barədə Nostradamusun xeyli sayda katreni (dördlüyü) vardır. Onların arasında
6 k 54 katreni örnək
olmaq baxımından xüsusi əhəmiyyət
kəsb edir. Görücü bu katrendə
bəyan edir ki, Mərakeş kralı IX Məhəməd
qardaşı oğlu
IV Abdulla tərəfindən qətlə yetiriləcək.
Övladı olmadığına görə guya öz arzusu ilə vəsiyyət etmişdi ki, hakimiyyət qardaşı
oğlu IV Abdullaya keçsin.
Hakimiyyət hərisliyi IV Abdullanın
gözünü örtür
və taxt-tacın başqa qardaşlarının
əlinə keçməsindən
qorxaraq 12 qardaşının
hamısını öldürmək
qərarına gəlir. Qardaşlardan yalnız ikisi qaçıb canını
qurtara bilir.
Qan yerdə
qalmaz - deyirlər, axırda o, özü də məhv olur.
Oxucu təəccüblənə
bilər ki, bu nə böyük
hadisədir ki, Nostradamusun diqqətini çəksin.
Görücü belə sualların
meydana gələcəyini
görüb və yazıb: "Dostum, qardaş qırğınına
səbəb olan müharibələr, dövlətlərin
və partiyaların məhvi, xalqların tərki-vətən olması,
zalım hökmdarların
vəhşilikləri, dünyada
bir çox böyük və kiçik faciələrin
baş verməsi, məhz hakimiyyətə hərisliklə bağlı
olub. Bütün bunları ona
görə bəyan edirəm ki, hakimiyyətdə olanlar ibrət götürsünlər.
Nostradamus həqiqətən də möcüzə şəxsiyyət olub. Görücünün 2 k 9
katreni deyilənləri
təsdiq edir.
Arıq
hökmdarın hakimiyyəti
doqquz il əmin-amanlıqla keçəcək.
Sonra onda qan tökməyə şiddətli hərislik baş qaldıracaq.
Qanunsuzluq
və inamsızlıq
ucbatından böyük
xalq məhv olacaq.
Bu katren Nostradamusun
görücülüyü ilə bağlı böyük bir həqiqəti bir daha təsdiq edir. Biz "Nostradamusun möcüzəli aləmi"
əsərinin girişində
göstərmişik ki,
Nostradamus katrenləri elə
müəmmalı yazmışdır
ki, hadisə baş verənə qədər nədən bəhs olunduğunu bilmək olmur. Qərb tədqiqatçılarından bəziləri bu katreni Hitlerlə bağlayırlar. Faktlar bunu
təsdiq etmir.
Bunu Nostradamusun
3 k 58 katreni inkar edir. Katrenin 4-cü sətrində
görücü bəyan
edir: "Onun başına nə iş gələcəyini
heç kim
bilməyəcək". Tarix görücünün
fikrini təsdiqlədi.
Bizə qalırsa, bu katren bizim zəmanəmizdən
bəhs edir. Katreni eynilə
Rusiyanın prezidenti V.Putinə və eləcə də ABŞ-ın prezidenti C.Buşa aid etmək olar. Onların hər ikisi
arıqdır. Hər ikisi
də qüdrətli dövlətin, böyük
xalqın başçısıdır.
Buna baxmayaraq, bu katrenin 1-ci misrası Corc Buşu inkar edir: "Arıq hökmdarın hakimiyyəti doqquz il əmin-amanlıqla keçəcək" - diqqəti
çəkir.
Məlumdur ki, ABŞ-də bir nəfər iki müddətdən artıq prezident seçilə bilməz. Bu isə
səkkiz il
edir. Fikrimcə, katreni V.Putinə
aid etmək doğru olardı. Bu baxımdan XV əsr rus görücüsü Nemçinin fikirləri maraq doğurur. Nemçin göstərir ki, Rusiyada iğtişaş dövrü olacaq. Bu vaxt ölkəyə
Titan (nəhəng) və
ya Ayı rəhbərlik edəcəkdir.
Huşsuzluq, unutqanlıq, yaddaşsızlıq
onun yol yoldaşı olacaq. Elə hey səhvlər buraxacaq.
Titandan sonra hakimiyyətə bəstəboylu,
cılız və
"qara üzlü"
adam gələcəkdir.
"Nəhəng" və ya "Ayı" deyəndə
Boris Yeltsin göz önünə
gəlir. B.Yeltsin prezidentlik dövrünün
sonuna yetməsinə
6 ay qalmış müəmmalı
şəkildə hakimiyyətdən
gedir. Nostradamus müəmmalı
məsələsinə də
aydınlıq gətirir:
"Ayılar ölkəsi"ndə
hakimiyyətdəki boşluq,
heysiyyətlərinin sonu
görünməyənlərin başını gicəlləndirəcəkdir.
Onlardan biri sağ-salamat qalmaq naminə hakimiyyətdən əl çəkərək onu
başqasına verəcək".
B.Yeltsin hakimiyyətdən gedəndən
sonra onu əvəz edən və prezident seçilən V.Putindir. Putinin bəstəboylu,
arıq olması göz qabağındadır.
O ki qaldı "qara üzlü" məsələsinə, bu,
keçmişdə kəşfiyyatçı
və casusların
"qara üzlü adam" adlandırılmaları
ilə bağlıdır.
Məlumdur ki, V.Putin xeyli müddət Almaniyada Sovet səfirliyinin işçisi
adı altında kəşfiyyatçı kimi
fəaliyyət göstərmişdir.
O da maraqlıdır ki, tədqiqatçılar Nostradamusun görücülüyünə arxalanaraq (10 k 72) qeyd edirlər ki, 1933-cü ildə Hitler demokratik seçki yolu ilə hakimiyyətə gəldiyi kimi, 1999-cu ildə yeni bir qüdrətli hökmdar Antixrist hakimiyyətə gələcək (bax: Dmitriy i Nadejda Zima. Rasşifrovannıy Nostradamus. M., 1998, str.185).
Con Houq yazır: "Qorbaçovun ucbatından soyuq müharibə hərc-mərclik və faciə ilə əvəz olundu. Ola bilsin ki, gələcəkdə Rusiyada qatı monarxist, bəlkə də ondan da pis diktator peyda oldu. Birinci Dünya müharibəsindən sonra Hitler meydana gəldiyi kimi, Rusiyada da siyasi meydana müharibə qızışdıran diktator çıxa bilər (12 k 55).
Bizə qalırsa, 1999-cu ildə hakimiyyətə gələn və haqqında söhbət açdığımız adam Vladimir Putindir. Təbii ki, bu, bizim azad və şəxsi qənaətimizdir. Bəlkə də yanılırıq. Hər şeyi zaman öz yerinə qoyacaq. Bunları 2007-ci ildə "Nostradamusun möcüzəli aləmi" kitabımda yazmışdım.
Təəssüflə bəyan edirəm ki, hələ 2007-ci ildə yazdıqlarım dəqiqliyi ilə yerini alıb.
Nostradamus bununla əlaqədar vahimə doğuran bir məsələdən də söz açır. Görücü bəyan edir ki, 70 dövlət müharibəyə eyni vaxtda girişəndə Dünya müharibəsi başlaya bilər.
Mars Qoç və Şir bürcündə olanda (iyun-iyul 2006, 2020-2030, avqust 2034-oktyabr 2036) Dünya müharibəsinin başlanma ehtimalı çoxalacaqdır (1 k 15).
Siyasi şərhçi Xaqani Cəfərli göstərir ki, hazırda "Ukraynanın müdafiəsi üzrə təmas qrupu"nda iştirakçı dövlətlərin sayı 54-ə çatıb (bax: "525-ci qəzet", 25.02.23).
Deyəsən, Nostradamusun bu görücülüyü
də həqiqətdən xəbər verir.
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2023.- 11 mart.- S.15.