Nizami Gəncəvi dühası Cənubi Azərbaycan ədiblərinin gözü ilə  

 

 

 

Cənubi Azərbaycanın qədirbilən, öz sələflərinə minnətdarlıq məhəbbət hissi ilə yanaşaraq böyük ilhamla yazıb-yaradan qələm sahiblərinin klassik ədəbiyyatın nümayəndələrinə dair əsərləri diqqətəlayiqdir.

Xalq yazıçısı, akademik Mirzə İbrahimov həm "Kitabi-Dədə Qorqud", "Koroğlu", həm klassik ədəbiyyatın böyük nümayəndələri - Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi barədə olduğu kimi, Nizami Gəncəvi haqqında da dəyərli mülahizələr söyləyib.

Cənubi Azərbaycan şairlərinin Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Cürzəddin Həbibi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Məhəmməd Hadi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi dünya şöhrətli söz ustadlarımızı öz əsərlərində tərənnüm edib o taylı oxuculara yaxından tanıtdırması klassiklərimizə, onların irsinə olan böyük məhəbbətin təzahürüdür.

Yaradıcılığı başdan-başa Vətən, xalq, azadlıq istiqlaliyyətin tərənnümündən ibarət olan Mir Mehdi Çavuşi "Azərbaycan" şeirində Azərbaycanın Xaqani, Nizami, Füzuli, Sabir kimi şairləri ilə iftixar edir onların yolundan ayrılmayacağına and içir.

O taylı-bu taylı Azərbaycan şairi Əli Tudə deyir ki, "Ölkə var, yalnız bir dahisi var onunla da fəxr edir. Azərbaycan isə dünya şöhrətli fəxr ediləsi neçə-neçə dahi yetişdirib:

 

Nizamini sənətə

Bağışladı cəlaltək.

Göy gölü yaxasına

Taxdı billur medaltək.

Azərbaycan torpağı.

 

Şair, "Məhsəti təbəssümlü, Natəvan ülfətli, Nəsimi iradəli, Füzuli şöhrətli Azərbaycan torpağı" yaxşı tanıdığı halda tanımadığını bildirən bir avropalıya isə belə tanıtdırır:

 

Mən o yerdənəm ki, Nizami hər an

Gövhərçin qələmlə dağları qazdı.

Sizin muzeylərin bəzəyi olan

Hikmətlər hikməti "Xəmsə"ni yazdı.

 

Azərbaycan ədəbiyyatı sahəsində böyük əzmlə əsərlər yaradan bir şəxsiyyət kimi tanınan Yəhya Şeyda yazır: "Nizami, Nəsimi, Füzuli, Vaqif, Seyid Əzim, Sabir Azərbaycan ədəbiyyatının parlaq kökünün ən dirəxşan ulduzlarındandır".

Uzun illər bəzi müəlliflər Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin fars dilində yazdığı üçün azərbaycanlı olması məsələsinə şübhə ilə yanaşmışlar.

Tehranda çıxan "Ayəndə" məcəlləsinin 9-10-cu sayı haqqında məcəllə redaktoru barədə yazılmış, "Dostum sənə deyirəm" ("Azərbaycan", Təbriz, 1945, ¹ 22) adlı məqalədən aşağıdakı parçanı nəzərdən keçirək:

"...Əvvəla Nizami haqqındakı məqaləni doktor üçün aydınlaşdırmaq istəyirik.

Ağayi-doktor Əfşar! Bəli, Nizami Gəncəvi azərbaycanlıdır azərbaycanlıların milli iftixarıdır. Siz soruşa bilərsiniz dəlil ilə? Heç vəchlə inkar edə bilməyəcəyiniz dəlillərimizdən birisi azərbaycanlı kimi tanımaq istəmədiyiniz Nizaminin "Leyli Məcnun" dastanını alın diqqətlə oxuyun.

Səkkiz yüz il bundan qabaq, yəni hələ monqolların ayaqları bu yerlərə çıxmayan zaman yazılmış bu beytlərin mənası bilirsinizmi nədir? Əgər onları sadə adi ana dilimizə, yəni azərbaycanlı dilinə çevirərsən mənası belə çıxır:

"Mən Nizami, əsərlərimi Azərbaycan dilində yazmaq istəyirdim, amma Şirvanşahlar qoymadılar, dedilər ki, biz türk, yəni Azərbaycan dilini bilmirik. O dil bizə yaraşmır, bizim üçün fars dili xoşdur. Ona görə sən əsərlərini fars dilində yazmalısan".

Müəllif burada Nizami Gəncəvinin farsdilli Azərbaycan şairi olduğunu bir daha bəyan edir.

Xalq şairi, akademik Səməd Vurğun "Azərbaycan sovet ədəbiyyatı Nizami", "Nizami irsi müasir dövrümüz" başlıqlı məruzələrində, "Böyük Azərbaycan şairi", "Dahi Azərbaycan şairi" sərlövhəli məqalələrində Nizami Gəncəvinin onun müasirlərinin, o zaman azərbaycanlılar üzərində ağalıq edən İran əsarətçilərinin, İran irticaçılarının dilində yazmağa məcbur edilmələrindən, canı, qanı ilə, bütün ömrü ilə doğma xalqına bağlı olan Nizaminin buna qarşı böyük etiraz səsi ucaltmasından, bu etirazda Azərbaycan xalqının dilini, mədəniyyət ədəbiyyatını sıxışdıranlara, onu öz hakim dili ilə əvəz edənlərə qarşı sönməz bir kinin olmasından söz açır. O, 1946-cı ildə İran mürtəcelərinin Azərbaycan dilində yazılmış kitab risalələri yandırmaqla "Böyük sələflərimizin, Nizami, Xaqani, Fələki, Məhsəti bir çox başqalarının çəkdiyi mili faciə bəşəri iztirablarını bir daha hafizəmizdə işıqlandırırlar" fikrini irəli sürür.

Cənubi Azərbaycanda inqilabi hərəkatın görkəmli nümayəndəsi, publisist Seyid Cəfər Pişəvəri "Qızıl səhifələr" məqaləsində yazır: "Farslar bəzi Azərbaycan şairlərinin farsca şeir yazdıqlarını bizim fars olduğumuza dəlil göstərirlər. Bu, gülünc gudəkanə bir işdir. Əgər bu iddianı qəbul etmiş olsaq, bütün iranlıların ərəb olduğunu qəbul etməliyik.

Nizami fars deyil, xalis azərbaycanlı imiş, O, Gəncədə doğulub orada vəfat etmişdir. "Xəmsə"nin təsvir etdiyi dağlar, dərələr, çəmənlər Nizaminin şeirini təzyin edən güllər, çiçəklər hamısı gözəl Azərbaycan mühitinin məhsuludur. Mütəssifanə, o vaxt saraylarda fars ədəbiyyatına qiymət verildiyi üçün Azərbaycan şairi öz şeirlərini o dildə yazmaq məcburiyyətində qalmışdır". 

Nizami Gəncəvinin dünya şöhrətli azərbaycanlı sənətkar olması hər yerdə sevilməsi faktı Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaranması, təşəkkülü inkişafı sahəsində misilsiz xidmətləri ilə diqqəti cəlb edən Balaş Azəroğlunun da "Nizami Gəncəvi" adlı poemasında Nizaminin öz dili ilə təqdim edilir. Müəllif bu poemada Nizami Gəncəvinin uşaqlıq illərindən ömrünün sonuna kimi olan bir dövrü qələmə alıb. O, vətənsevər şairin həm özünün, həm əsərlərinin bütün dünyada böyük şöhrət qazanmasından qürur duyur:

 

Böyüyüb şöhrətli şair olunca,

İlk dəfə onunla fəxr etdi Gəncə.

Adı neçə-neçə sərhədi aşdı,

Şöhrəti dillərdə el-el dolaşdı.

O, özü Gəncədə beş çinar əkdi,

Dibinə sözlərdən incilər tökdü.

Becərib, böyütdü özü beşin ,

Zamanın, həyatın keşməkeşində.

 

Nizami Gəncəviyə olan bəşəri məhəbbət Balaş Azəroğlunun 1945-ci ildə Bakıdan qayıtdıqdan sonra Təbrizdə qələmə aldığı "Bakı səfəri" adlı məşhur poemasında da vurğulanır. O, bu əsərdə cənublu qardaşlarının dili ilə deyir:

 

Hələ Gəncəyə getmisən bir gün,

Böyük Nizamini ziyarət üçün.

 

Burada şairin Nizami Gəncəviyə yalnız öz məhəbbətindən deyil, heç vaxt azalmayan bəşəri məhəbbətdən böyük iftixarla söz açılır.

Gəncədə olarkən böyük Nizaminin məzarı qarşısında dediyi "Gəlmişəm" şeirində "Gəncə kimi Laləzara" gəlməsinə sevinməklə bərabər Nizami ilə bir dövrdə yaşamamasına heyifsilənən Məhəmməd Biriya da ona olan böyük sevgisindən söz açır:

 

Ey mənim sevdiyim, böyük ustadım,

Şagirdlər səhfinə qoy düşsün adım,

Sənin aşarına könül bağladım,

Odur ki, vüsəti-yara gəlmişəm.

 

Nizami Gəncəvi kimi öz elmi, dühası ilə insanların həyatına Günəş kimi şüa saçan şəxsiyyətlərdən "Bahar bayramı" poemasında söz salan, vətənpərvərliyi, xalqsevərliyi, ana dilinə sonsuz məhəbbəti, milli qüruru ilə diqqəti cəlb edən Həsən Məcidzadə Savalan onun azərbaycanlı olması ilə qürur duyur və bunu bütün dünyanı təsdiq etməsinə də çox sevinir.

Oxucusuna özünü peşəsi cərrahlıq, eşqi isə ədəbiyyat olan bir müəllif kimi təqdim edən Cavad Heyət yazırdı ki, "Nizami Firdovsidən sonra ən böyük dastan və nəsnəvi yazandır, lakin yazdığı dastanlara verdiyi lirik zəng və işlətdiyi üslubla onu da keçmişdir. Nizami təsəvvüfə meyilli ruhu, romantik üslubu birləşdirib, sehrli sənətilə ölməz, əbədi əsərlər yaratmışdır".

Nizami Gəncəvi təfəkkürünün işığı Cənubi Azərbaycan şairlərinin yaradıcılığına da sirayət etmişdir.

Dahi Nizaminin ədəbi irsi böyük bir xəzinədir. Dünya miqyasında onun bənzərsiz dühaçına müraciət etmək hər bir yaradıcı insan üçün ən şərəfli bir işdir.

Bu, Təbrizli Əhməd Azərlunun "Xəmsə Çikaqoda" adlı məqaləsində də vurğulanır. Müəllif məqalədə 1975-ci ildə Çikaqoda olarkən çoxdandır ki, bir azərbaycanlı tapıb onunla söhbət etmək istəyən Azərbaycan, türkfars dillərinin tədqiqatçısı şərqşünas alim Tomasla rastlaşmasından söhbət açır. Deyir ki, "Tumas onu evinə dəvət etdi. Alim şəxsi kitabxanasında olan dəmir daxılı açıb qoz ağacından düzəldilmiş, üzəri oyma naxışlı qutunu çıxartdı. Qutunun üzərində oyma şəklində belə yazılmışdı: "Nizami". Bunu gördükdə qutunun içində nə olduğunu başa düşdüm. O, qutunu açıb içindən qara dəri cildi olan bir kitab çıxardı. Kitabın cildi üzərində qabarmış şəkildə naxışlar və ərəb əlifbası ilə "Nizami" və "Xəmsə" sözü yazılmışdı. Kitabın bir neçə miniatürü və haşiyəsi zəfəran rəngilə naxışlanmışdı. Bu kitab Səfəvilər dövründə şah Təhmasib zamanında İranın Qəzvin şəhərində yazılmışdı. Tomas dedi: "Çox-çox əvvəl bir ingilis bu kitabı İrandan alıb Londona gətirmişdir. Kitab əldən-ələ keçib, nəhayət, mən bunu böyük bir qiymətə almışam. Bu gün bu, mənim kitabxanamın bəzəyi və çox sevdiyim kitabdır". O, Nizami haqqında ətraflı danışdı".

Bu məqaləni şərqşünas alim Tomasın aşağıdakı sözləri ilə tamamlamaq yerinə düşər.

"Qoy bütün dünya xalqları bu böyük əsərlə ("Xəmsə" ilə) Nizaminin kim olduğunu bilib tanısınlar; bugünkü ikiyə bölünmüş Azərbaycan xalqını və onun zəngin dilini və ədəbiyyatını tanıyıb bu xalqa "Əhsən!" desinlər ki, belə bir Nizami bu xalqın içindən çıxıb və bu xalqa məxsusdur!"

 

Lətifə MİRZƏYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi

525-ci qəzet.- 2023.- 14 mart.- S.14.