Xalq yazıçısı Anara Mətbuat Şurasının diplomu təqdim edildi
Martın 14-də Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın 85 yaşı
tamam olur. Bu münasibətlə
bir sıra media qurumlarının rəhbərləri
– Azərbaycan Mətbuat
Şurasının sədri
Rəşad Məcid,
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, bayraqdar.info xəbər
portalının baş
redaktoru, MŞ-nin İdarə Heyətinin üzvü Azər Həsrət, aznews.az xəbər
portalının baş
redaktou Taleh Şahşuvarlı ədiblə
görüşdülər.
Tədbiri giriş sözü
ilə açan Mətbuat Şurasının
sədri Rəşad Məcid yazıçı
Anarın təkcə
qələm nümayəndələrinin
deyil, bütövlükdə
cəmiyyətimizin dünyagörüşünün
formalaşmasında mühüm
rolu olduğundan bəhs edərək bildirdi ki, ədəbiyyata,
jurnalistikaya müsbət
münasibətin yaranmasında
onun böyük rolu olub. R.Məcid yazıçı
Anarın yaradıcılığından
bəhs edərək,
xüsusilə son illərdə
qələmə aldığı
“Yaşamaq haqqı” traktatının bədii dəyərini yüksək
qiymətləndirdi.
Sonra “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist, Əflatun Amaşov yazıçı Anarın
ziyalı etalonu olmasını, cəmiyyətimizin
çatışmayan nöqtələrini
öz əsərlərində,
yazılarında hər
zaman diqqətdə saxladığını, milli
şüurumuzun inkişafında
onun xüsusi xidmətlərinin olduğunu,
yazıçı Anarla
hər bir azərbaycanlının fəxr
etməli olduğunu vurğuladı.
Əməkdar jurnalist Azər Həsrət bildirdi ki, yazıçı Anar ədəbiyyatımızın
zirvəsində qərar
tutan simalardandır. O, qeyd etdi ki, Anarın təkcə “Dədə Qorqud” kinossenarisi ilə milli kimliyi ayaqda tutması, milli-ideoloji cəhətdən cəmiyyətimizə
öz tarixini, ədəbiyyatımızı sevdirməsini
heç kim unutmamalıdır.
Daha sonra Xalq yazıçısı
Çingiz Abdullayev, jurnalist Taleh Şahsuvarlı fikirlərini
bildirərək yazıçı
Anarın fəaliyyətindən,
yaradıcılıq uğurlarından
və müasir dövrün ədəbi-ictimai
proseslərindən söhbət
açdılar.
Görüş əsnasında media qurumlarının
rəhbərlərinə təşəkkürünü
bildirən Xalq yazıçısı Anar
qeyd etdi ki, o həm də jurnalistdir,19 il “Qobustan” jurnalının
redaktoru olmuşdur. Bundan əlavə, onun ilk daxil olduğu yaradıcı təşkilatın
da məhz Jurnalistlər İttifaqı
olduğunu vurğuladı.
Sonda yazıçıya Azərbaycan
jurnalistikasında milli
məfkurənin möhkəmləndirilməsinə
və inkişafına
böyük təkan verən zəngin, çoxşaxəli yaradıcılığına,
sanballı bədii-publisistik
əsərlərinə görə
və anadan olmasının 85 illiyi münasibəti ilə Mətbuat Şurasının
diplomu təqdim edildi.
Anar TURAN
525-ci qəzet.- 2023.- 14 mart.- S.11.