İRƏLİ
50 yaşa ithaf
Düzlər-düzənlər dolaşdın,
dərədən keçdin,
təpədən aşdın.
Nəfəsin təngiyəndə
neçə çeşmələrdən
əyilib su içdin.
Gəlib
çıxdın əlli
yaşın
yan-yörəsinə,
sıxıla-sıxıla,
yıxıla-yıxıla...
Gözünün ucu ilə
dörd bir yanına
baxa-baxa,
boynu bükük,
tək-tənha dolaşırsan.
Anamın yetim balası.
Hələ arxaya boylanıb,
Gözlərin çox dolacaq
Qəlbin,
ruhun öz odunda
alovlanıb yanacaq.
Çünki
əlli yaşda yetimsən.
Eh! Bu nə yerişdi,
hərdən irəliləyirsən,
hərdən yolu çaşırsan.
İrəli get bir azdan
Səssiz-səmirsiz
əlli yaşı aşırsan.
Bir azdan,
arxaya boylanıb,
Yanlışlara baxıb,
özünü qınayarsan
Uduzduğun ömrün,
Ağır havasını udarsan.
Çiyinlərin əyilər
Ciyərlərin sıxılar,
Ürəyin çırpınar,
sıradan qalma geri
addımla irəli.
BÖYÜDÜR
Anam Nəzakətin əziz xatirəsinə
İndiyədək sən böyütdün,
İndən belə dərd böyüdür.
Sən bir oğul böyütmüsən.
O, bir igid, mərd
böyüdür.
Ağır gün-güzara dözüb,
Azara-bezara dözüb.
Sərt
şaxtaya, qara dözüb,
Döha möhkəm, sərt böyüdür.
Gündə yandı üzüm,
anam,
Eynək
taxır gözüm,
anam,
Dərd
içində sözüm,
anam,
Qəlbimdə möhnət böyüdür.
MƏLƏK ÇIXIB
Tüfəng axtarırdı, yazıq
hərifin
Başının altından min kələk
çıxıb.
Şeytanın oyunu qatıb başını,
İblis bildikləri bir mələk çıxıb.
Ürəklə sevmədim, mən ürək qoydum.
Qurağa tuş gəldi, günəş qovurdu.
Külümlə oynadım, odumda yandım.
İstisi, hənirini külək sovurdu.
Bəlkə göylərdən daş
düşməliydi,
Agac budağından
bir yarpaq düşür.
Bədənin üstündən baş düşməliydi.
Başlar əyildikcə ta papaq düşür.
BAĞIŞLA
Unutmaq,
sən deyən qədər,
asan deyilmiş.
Özündən uzağa
daş atmaq kimi.
Ya da,
qəflətən yuxudan
adam oyatmaq kimi.
Səbrin
tükənməyi,
Dilin qısalmağı,
Qəlbin
sınmağı,
Umidin ölməyi,
Hələ, adamın,
qəflət yuxusundan
oyanmağı var.
Eşqın önündə mərd-mərdanə
dayanmağı var.
Bağışla, sənə
yad kimi baxmaq olmur.
Gecələr yerinə girib
heç nəyi
düşünmədən
rahat-rahat yatmaq olmur.
Üz-üzə gələndə,
üzünü yana çevirsən də,
arxanca boylanıb
baxmamaq olmur.
Beləcə özümlə,
vuruşa-vuruşa, dalaşa-dalaşa,
ömru sürükləyib
gətirdim
bu saata, bu günə,
bu qarlı qışa...
Bağışla,
səni unutmağa
vaxtım olmadı.
GEDƏCƏM
Arxayın ol məndən!.. Gedəcəm daha!
Bilirəm, nə olsun yolum uzaqdı?!.
Buralarda
yenə ilişib qalsam,
Taleh üz döndərib uzadacaqdı...
Ya atlanım gedim, ya piyada mən,
Bircə yola çıxıb, getməyim gərək.
Yanında qaldıqca üzürəm
səni,
Uzaqlaşıb gözdən itməyim
gərək...
Sən də fikir çəkmə,
ömrünü sür
get.
Yığıb aparası bir şeyim yoxdu.
Nəyim
qalsa sənə, halalın olsun,
Günahım üstündə haqqımdan
çoxdu.
Nə olsun xəstəyəm, əlacım yoxdu,
Ümidsiz ölməyə haqqım
çatmır ki.
Onsuzda mənimtək xəstələr
çoxdu,
Mən öləsi olsam, dünya batmır ki!
Nə vaxtsa səninlə görüşə bilsək,
Üzə üz tutmağa üzümüz ki var.
Birgə baxammadıq dünyaya, neynək?!
Özümüzə baxaq, gözümüz ki var...
Qalib
ŞƏFAHƏT
525-ci qəzet.- 2023.-16 mart.- S.15.