Naxçıvanda səhnə sənəti: 140 illik şanlı tarixə bir söhbətlik baxış

 (Əvvəli ötən sayımızda)

 

- Bir az da teatr tənqidçiliyi barədə danışaq. Mən Eynəli bəy Sultanovu tədqiq edərkən onun öz dövründəki teatr tamaşaları haqqında yığcam tənqidi məqalələrini çox oxumuşam. 140 illik zaman zərfində hansı tənqidçilərin baxışları Naxçıvan Teatrını daha da inkişaf etdirməyə səbəb olub?

- Əsasən 1960-80-ci illərdə Azərbaycanın görkəmli teatrşünasları qədim Naxçıvan Teatrı, onun tamaşaları tanınmış sənətkarları haqqında müxtəlif həcmlərdə kitab, resenziya məqalələrlə mərkəzi mətbuatda, araşdırma təhlil xarakterli çıxışları ilə teleradio verilişlərində öz dəyərli fikirlərini bildirmişlər. Bu qəbildən sənətşünaslıq doktoru, professor, ictimai xadim Cəfər Cəfərovun, AMEA-nın müxbir üzvü İnqilab Kərimovun, sənətşünaslıq namizədi Adilə İsmayılovanın, Cabir Səfərovun Adil Babayevin adlarını mütləq qeyd etmək lazımdır. Uzun illər "Şərq qapısı" qəzetində çalışan Cəlil Vəzirovun teatrla, aktyorlarla, tamaşalarla bağlı qələmə aldığı tənqidi yazılarını, kitab monoqrafiyalarını da unutmaq olmaz.

- Ələkbər müəllim, siz həm teatr təşkilatçısı kimi tanınırsız. Sovetlərin son illərində Naxçıvanda Dövlət Kukla Teatrının yaradılmasının təşəbbüskarı təşkilatçısı, eləcə ilk direktoru, az sonra isə bədii rəhbəri direktoru olmusunuz. Bunu niyə xatırlatdım? Naxçıvanda teatr deyəndə sadəcə Dövlət Milli Dram Teatrı başa düşülməməlidir. Həmin teatr digər bu kimi sənət ocaqlarının yaranmasında şübhəsiz ki, təkanverici qüvvə oldu. Hazırda Naxçıvanda daha iki dövlət teatrı - kukla uşaq teatrları, beş şəhər rayon xalq teatrları, tələbə teatr studiyaları fəaliyyət göstərir. Bir az məsələyə bu kontekstdən baxaq. Həmin teatrların fəaliyyəti bu gün hansı səviyyədədir?

- Digər dövlət teatrlarımıza gəlincə, deyərdim ki, kukla teatrı 90-cı illərdəki fəaliyyətini şöhrətini yavaş-yavaş qaytarmaqdadır. Fəaliyyət başladığı ilk onillikdə məktəblilərin sevimli məkanına çevrilmiş uşaq teatrı da əvvəlki məhəbbəti bərpa etmək əzmilə çalışır.

Şəhər rayon xalq teatrlarında da canlanma hiss olunmaqdadır. Bu mənada Şərur Babək Rayon Xalq teatrlarının adını çəkə bilərəm. Gələn il 60 illiyi tamam olacaq Ordubad Rayon Xalq Teatrı bu gün həvəskar aktyor baxımından çətinlik yaşayır. Şahbuz Rayon Xalq Teatrı ildə bir dəfə olsa özünü göstərməyə nail olur. Bağışlanmaz haldır ki, veteran xalq teatrlarımızdan biri sayılan Naxçıvan Şəhər "Gənclik" Xalq Teatrı məkansızlıq ucbatından "qocalıq" dövrünü yaşamaqdadır. Uzun illərdir ki, vaxtilə bir-birindən gözəl tamaşaları ilə respublika miqyaslı festival baxış-müsabiqələrdə qalib kimi ad-san qazanmış bu teatrın 30 ildən artıqdır ki, səhnəsi tamaşa zalı yoxdur. Buna səbəb xalq teatrının yerləşdiyi Naxçıvan Şəhər 1 ¹-li Mədəniyyət Evinin özünün bu gün mövcud olmamasıdır.

Ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları ümidvericidir. Burada səhnə sənətinə həvəsi olan gənclər püxtələşir ki, onların da əksəriyyəti dövlət teatrlarımız üçün gələcək kadrlar deməkdir. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində on ildən artıqdır ki, açılmış "aktyor sənəti" ixtisası da bu mənada böyük əhəmiyyət kəsb edir.

- Ələkbər müəllim, rejissor kimi fəaliyyətiniz olub. Bəs bu gün Naxçıvan Teatrının repertuarında olmuş hansı tamaşanı yenidən öz quruluşunuzda tamaşaçılara təqdim etmək istərdiniz? Sualımın ikinci hissəsisə belədir: Rol bölgüsü zamanı 140 illik yol keçən Naxçıvan Teatrında vaxtilə çalışmış hansı aktyorları həmin tamaşaya cəlb edərdiniz?

- Mənim ilk quruluşum 1981-ci ildə diplom tamaşam olub. Sonralar, Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri direktoru kimi işlədiyim illərdə 3 tamaşaya, 1998-ci ildə isə dəvətlə Naxçıvan DMD Teatrında 1 tamaşaya quruluş vermişəm. 2017-2018-ci il mövsümündə öz təşəbbüsüm teatr rəhbərliyinin razılığı ilə, tamamilə təmənnasız olaraq Naxçıvan Dövlət Uşaq Teatrında da 1 tamaşa hazırlamışam.

İkinci sualınızı isə belə cavablandırardım: Cəlil Məmmədquluzadənin günümüz üçün ən aktual olan "Anamın kitabı" əsərinə böyük məmnuniyyətlə quruluş verər rollara teatrın unudulmaz aktyorlarından olan Firuzə Əlixanova, İbrahim Həmzəyev, Roza Cəfərxanova, Aydın Şahsuvarov İskəndər Abdullayev kimi sənətkarları cəlb edərdim.

- Naxçıvan Teatrında hazırda aparıcı yerdə gənc aktyorlar dayanır. Bunun özü, bir mənada yaxşı haldır. Demək teatra maraq var, yeni aktyor, rejissor nəsli yetişir. Digər tərəfdən isə bəzən gənc aktyorları yaşlı rolunda, yaşlı aktyorları isə şəhərdə təqaüdçü kimi gəzişən görürük. Ümumiyyətlə, sənətdə təqaüdəçıxma anlayışını niyəsə qəbul edə bilmirəm. Bu məsələyə münasibətiniz öyrənmək istəyərdim.

- Dünya teatrlarında belə bir yazılmayan qanun mövcuddur: Aktyor səhnədə ölməlidir! Bu gün yolverilməz hal kimi qəbul edilən 65-70 yaşlı sənətkarları teatrdan uzaqlaşdırmağa əvəzində gənclərin sifətində əcaib qrim əməliyyatı aparmağa heç bir lüzum yoxdur. Yaşlı nəslin səsinə, davranışına, təbii hərəkətlərinə bu gün səhnəmizdə daha çox ehtiyac vardır. Bu qüsurun tezliklə aradan qaldırılacağı ümidindəyəm.

- Siz başdan-ayağacan teatral adamsınız. Atanız Məmməd Qasımov ilk gənclik çağlarından taleyini Naxçıvan Teatrı ilə bağlayaraq ömrünün sonunadək bu sənət ocağının tam 35 il baş rəssamı, ananız Kəmalə xanım isə ilk ədəbi hissə müdiri olub. Həm şair-dramaturq kimi Kəmalə xanım Azərbaycanda mənzum dram yazan ilk qadın müəllifdir. Özünüz teatr kollektivi rəhbəri ixtisasında ali təhsil almısınız. Uzun illər muxtar respublikanın Mədəniyyət Nazirliyində müxtəlif məsul vəzifələrdə teatr-konsert müəssisələrinin kuratoru kimi çalışmışınız. Hazırda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun elmi katibi vəzifəsində olsanız da, 10 ildən artıq burada Musiqi teatr şöbəsinin əməkdaşı olmusunuz, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində "aktyor sənəti" ixtisası açılandan teatr mədəniyyətşünaslıq kafedrasının səhnə danışığı müəllimi kimi pedaqoji fəaliyyət göstərirsiniz, Azərbaycan Teatr Xadimləri İttifaqının, həmçinin Naxçıvan Dövlət Milli Dram Teatrı Bədii Şurasının üzvüsünüz. Nəinki Naxçıvanda, Azərbaycanda teatrla bağlı bütün səhnə əsərləri, eləcə klassik müasir rejissorlar, aktyorlar, teatr rəssamları barədə əhatəli məlumatlı birisiniz. Bu sənətlə bağlı bir neçə monoqrafiya kitabın, 100-ə yaxın resenziya məqalənin müəllifisiniz. Müxtəlif illərdə, dəyişik səhnələrdə 6 tamaşanın quruluşçu rejissoru olmuşunuz. Azərbaycanın digər teatrları ilə müqayisədə Naxçıvan Teatrının sabahını necə görürsünüz?

- Teatrı əsl məktəb, əsl sənət məbədi kimi tanıdan, inkişaf etdirən ilk növbədə repertuardır. Düzgün, aktual mövzulu, yaradıcı heyətin potensial gücünə cavab verən əsərlərin səhnəyə gətirilməsi, həm teatrın tərəqqisi, həm yaradıcı heyətin dünyagörüşünün formalaşması ən ümdəsi sənətinin püxtələşməsi baxımından çox zəruridir.

Dünyaca məşhur rejissor aktyor Korşun rəhbərlik etdiyi teatrın lap yaxınlığında yerləşən kilsənin baş keşişi bir gün ondan soruşur:

- Hansı səbəbdən sənin tamaşaçılarının sayı kilsəyə gələnlərdən iki-üç dəfə çox olur?

-  Repertuarı dəyişmək lazımdır, müqəddəs ata, repertuarı! - deyə Korş cavab verir.

Zəngin, məzmunlu, maraqlı, sanballı repertuarbunun nəticəsində yaranan baxımlı tamaşa mütləq böyük marağa səbəb olur. Baş rejissorsuz teatrı həmişə kapitansız gəmiyə bənzədirlər. Mən doğma, 140 yaşlı sənət məbədimizin sabahını zəngin repertuar yüklü və bacarıqlı, qətiyyətli, istedadlı kapitana malik, eyni zamanda uzaq səfərlərə çıxmaq qüdrətində olan əzəmətli bir gəmi kimi görürəm!

İncəsənət, xüsusən də teatr sahəsində bu qədər çoxşaxəli fəaliyyətinin qarşılığında heç bir dövlət təltifi, fəxri adı olmayan Ələkbər müəllimlə sağollaşandan sonra öz-özümə düşünürəm ki, Naxçıvan tetarının 100 illiyi münasibətilə onun tədqiqatçısı və təbliğatçısı, uzun illər jurnalist kimi fəaliyyət göstərmiş və eyni zamanda Azərbaycan Teatr Xadimləri İttifaqı  Naxçıvan Təşkilatının sədri olmuş Cəlil Vəzirova da fəxri ad verilmişdi. Kim bilir, bəlkə bu ənənə 140 illikdə də özünü göstərdi...

Azərbaycan teatrının yaranmasının 150 illiyi, həmçinin Naxçıvanda teatrın fəaliyyətə başlamasının 140 illiyi münasibəti ilə bu mədəni prosesdə xidməti olan bütün sənətkarları hörmətlə xatırlayır, ölənlərə Allahdan rəhmət, fəaliyyətlərini davam etdirənlərə cansağlığı, bütün teatrların kollektivlərinə yeni-yeni uğurlar, teatrsevərlərə isə yeni-yeni gözəl tamaşalar azulayıram!

 

Elxan YURDOĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

525-ci qəzet.- 2023.-16 mart.- S.11.