Mingəçevir Dövlət Universiteti: inkişafa aparan addımlar
Şərq və Qərbin qovşağında yerləşən
Azərbaycan öz tarixi inkişafı boyunca hər zaman qabaqcıl elm və təhsil ölkələrindən biri
kimi tanınıb. Hələ orta
çağdan istər
humanitar, istərsə
də dəqiq elmlər sahəsində ciddi uğurlara imza atan ölkəmiz
Şərqdə müasir
təhsilin də təməlini qoyan ilk dövlətlər sırasında
olub. Təməli
Azərbaycan Dövlət
Universiteti (hazırda Bakı Dövlət Universiteti) kimi qoyulan ali
təhsil ocağı
Sovetlər İttifaqı
dövründə də,
SSRİ çərçivəsində ən qabaqcıl ali təhsil müəssisələri sırasında
idi. Sovet dövründə 1969-cu ildən 1982-ci ilədək
Azərbaycana rəhbərlik
etmiş Ümummilli lider Heydər Əliyev respublikamızda təhsilin inkişafı naminə çox mühüm qərarlar qəbul edib və vacib tədbirlər
həyata keçirib.
Müstəqil Azərbaycanın
Prezidenti olaraq fəaliyyət
göstərdiyi müddətdə
də Ümummilli liderimiz dövlətin müxtəlif sahələrində
olduğu kimi, təhsil sisteminin də inkişafına xüsusi qayğı ilə yanaşmış,
Azərbaycan təhsilinin
müasir dünya standartları səviyyəsində
inkişafına nail olmuşdu.
Xüsusən ali təhsil ocaqlarının dünya təhsil sisteminə inteqrasiyası səbəbi
ilə Azərbaycandan
bir çox gəncləri Amerika, Avropa, Türkiyə və digər bir çox inkişaf etmiş ölkələrə təhsil
almaq üçün
istiqamətləndirmiş, bununla da Azərbaycanda
müxtəlif sahələrində
müasir kadrların yetişməsi üçün
şərait yaratmışdı.
Bu ənənənin uğurlu
davamçısı olaraq
Prezident İlham Əliyev də bu gün Azərbaycanda
müasir dünya standartları üzrə təhsil alan
gənc kadrların yetişməsi üçün
böyük əhəmiyyətə
malik addımlar atır.
2022-ci ildə Beynəlxalq
Universitetlər Assosiasiyasının
(IAU) İdarə Heyətinin
üzvü seçilmiş
Şahin Bayramovun başçılıq etdiyi
Mingəçevir Dövlət
Universiteti (MDU) ölkəmizdə
təhsilin inkişafına
dəyərli töhfələr
verir. Qabaqcıl universitetlərin təcrübəsindən və
potensialından faydalanmaq
məqsədi ilə hazırda Mingəçevir
Dövlət Universiteti
BDU, UNEC, ADNSU, ADPU və digərləri
ilə əməkdaşlıq
əlaqələri qurub.
Habelə Türkiyənin
Gazi, Yıldız Teknik, Hacı Bayram Vəli və digər universitetləri, eləcə
də Almaniyanın
Siegen, Litvanın Mikolas
Romeris, Ukraynanın Kiyev Milli İqtisadiyyat
və Kiyev Milli Texnologiya və Dizayn, Abay adına Qazax Milli Pedaqoji
Universiteti və digər təhsil qurumları ilə səmərəli münasibətlər
yaradıb. Bu universitetlərlə
tələbə və
müəllim mübadiləsi,
"Erasmus+" və "Horizon 2020"
proqramlarında iştirak,
birgə elmi tədqiqatlar aparılması,
ortaq elmi konfranslar və yay məktəbləri keçirilməsi istiqamətində
çalışmaq başlıca
məqsədlərdəndir.
Mingəçevir Dövlət Universitetinin
digər təhsil ocaqları ilə əməkdaşlıq üsullarından
biri də sözügedən ali təhsil ocağında keçirilən
elmi tədbirlər, o
cümlədən, seminar, konfrans
və simpoziumların
təşkili ilə bağlıdır. Bu il fevral ayının 28-də Mingəçevir
Dövlət Universitetinin
akt zalında Yeni Azərbaycan Partiyası Mingəçevir
şəhər təşkilatı
ilə birgə təşkil edilmiş,"Heydər
Əliyev İli" çərçivəsində həyata keçirilən
"Ümummilli lider:
tarix yaradan Heydər Əliyev nümunəsi" mövzusunda
I Elmi-praktik Konfrans da bu qəbildəndir.
Universitetdə beynəlxalq tədbir və konfransların keçirilməsinə də xüsusi diqqət göstərilir. Bu baxımdan "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər", "Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar" mövzulu beynəlxalq konfranslar xüsusi qeyd edilməyə layiqdir. Bu il fevralın sonlarında təşkil edilmiş Hoca Əhməd Yəsəvi VII Beynəlxalq Elmi tədqiqatlar Konfransı da uğurla keçirilib.
Universitetin başlıca strateji hədəfi qloballaşan dünyada Mingəçevir Dövlət Universitetinin digər inkişaf etmiş dünya universitetləri ilə birgə addımlaya bilmək potensialına nail olmaqdır.
Bu gün 300-dən çox əməkdaşı olan MDU-da 195 nəfərlik professor-müəllim heyəti çalışır. Bundan əlavə, hazırda MDU-da Türkiyənin Qazi Universitetindən 1 dosent fəaliyyət göstərir.
Mingəçevir Dövlət Universitetinin daha da inkişaf
etdirilməsi və müasir tələblərə
cavab verən dünya
universitetləri ilə yanaşı addımlaması məqsədi
ilə artıq bu təhsil
ocağının yeni standartlara
cavab verən kampusunun
tikintisinə start verilib.
İnanırıq ki, atılan addımlar
MDU-nun daha da inkişaf etməsinə,
ölkə və dünya təhsil
mühitində özünəməxsus mövqeyini
bir qədər də möhkəmləndirməsinə
aparıb çıxaracaq.
Fərəh CABBARQIZI-CƏLİL
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2023.- 16 mart.- S.7.