Əsgərə bayram
məktubu
Hazırda hərbi xidmətdə
olan dostlarım Elşad Rəhimov,
Nadir Yalçın, Məlik Rza, El Roman və Rauf Ra üçün...
Üç min mertə yaxın yüksəklikdən postumuza
ən yaxın şəhərin işıqlarına
baxıb yaddaşımın
qırışları arasında
eşələnəndə zamanın nisbi olduğuna, ömrün isə elə dayandığım nöqtədə
bitdiyinə inanırdım. İşıqları
bir-biri ilə yarışan o şəhərdə
hamı tələsirdi,
bilirdim, hiss edirdim. Səsləri eşitməsəm də, duyurdum. Binalarda işıqlar bir-bir sönürdü, deməli,
adamlar səhəri qarşılamaq üçün
yuxu dəryasına baş vuracaq. Biz - mən və əsgər yoldaşım
isə növbətçiliyin
hələ yarısını
tamamlamamışdıq. Səhəri diri gözlərlə açacaqdıq. Orda, bizdən
üç min metr aşağıda saatlar bir-birini qovduqca, bizim balaca səngərimizdə
saniyələr bir-birinə
qovuşmaq üçün
əllərini uzadıb
dartınırdılar.
- Hacıyev, saat neçə oldu?
- On dəqiqə işləyib...
- Hələ beş saat var...
Hər gün eyni şeyləri xatırlayırdıq, hər
gün eyni söhbətlərə qulaq
asırdıq. Eyni mövzulardan danışdıqca
təzə şeylər
yadımıza düşürdü.
Hərdən çox dərin
bir travmamızı, hərdən də bazardan aldığımız
almanın kilosunu mövzu edirdik. Düz on saat. İki saat aşağıda
qarovul, iki saat yuxarıda post. Səhər saat səkkizi iplə dartıb çıxarırdıq gecənin
içindən. Bir də
görürdün, uzun
bir səssizlik ağuşunda gecənin hənirtisi duyulur. Gecə nə gecə. Qaranlığı, təhlükəsi,
ümidi, ümidsizliyi,
barmaqlarımızı bıçaq
kimi kəsən iti soyuğu, gözləməkləri, darıxmaqları,
düşmən müşahidəsindən
ovucumuzun içində
gizlətdiyimiz siqaretləri,
komandir yoxlanışlarının
həyəcanı, illərdi
dillərdə gəzən
əfsanələrin heybəti,
aclığı, bəzən
bədənin təbii
ehtiyacını ödəmək
əndişəsi, yatmaq,
yuxu görmək, dərin bir yuxu görmək həvəsi.
Səhərlər bundan beşbetər. Günəş
çıxıb, buludlar
uçur, paytaxtda həyat qaynayan su kimi poqquldayır,
kəndlərdə mal-qara,
qoyun-quzu təzə otun qoxusuna yüyürür,
camaat Novruza hazırlaşır, uşaqlar
məktəblərdə tətildi
deyə sevinir, evlərdən şirniyyatların,
bayram yeməklərinin
qoxusu hiss olunur. Bizə yaxın kəndlərdən
bayram payı gəlir, tabeçiliyində
olduğumuz hərbi hissənin bayram payı daşıyan
"Ural"ları palçıqlı
yoxuşu ağır-ağır
qalxıb postun içinə girir. Müşahidə gücləndirilir, eyni zamanda da
aşığıda olanlar
əsgər üsulu tonqal qalayır. Bahar gəlibsə, deməli, yarımız dörd aydan, yarımız da on aydan sonra
tərxis olacağıq.
Xəbərlərə baxırıq, Bakıda olanları izləyirik, həm də hiss edirik ki, nə
yaşamışıqsa, buralara
gələnə qədər
yaşamışıq. Belə fikirləşməsək,
ürəyimiz partlayar.
Həmin
ürəyin lap uzaqlarında
isə hələ arzular var. Tərxisdən sonra planladığımız
həyatın qayğıları
düşündürür bizi.
Bilirəm, siz də eyni
hisslərin təbəəliyinə
keçmisiniz. Siz də ömrün
bir baharını sıxıntıların və
bayram həyəcanının
qarmaqarışıq karnavalında
qarşılayırsınız. Yazıb bildirmək istəyirəm
ki, hər şey necə idisə, eləcə də qalıb. Dəyişən və dəyişmək
istəyən heç
nə yoxdur. Mənim üçün bayram ölkəmdən aldığım
səmimi mesajlarla, sizlər üçün
isə bayram payları ilə müşayiət olunacaq.
İndi siz ölkənin ən qutsal vətəndaşlarısınız. Keçirdiyiniz hər hiss
- sevinc, kədər, tərəddüd, sonra gələn həyatın qayğılarından
qorxu, ümidin bütün rəngləri
qutsaldır sizin içinizdə.
Saata baxmayın. O sizin ruhunuzun və düşüncələrinizin ən böyük düşmənidir. Sizlərin
ruhu ilə əsgər yoldaşlarınızın
ruhu arasında incə bir fərq
var. Sizi havada uçan şar,
yoldaşınızın əlində
özbaşına yanıb
küllənən siqaret
ağlada bilər. Bərk dayanın. O şarı
havaya buraxan barmaqların, o siqareti unutduran hisslərin haqq-hesabını sonra fikirləşərsiniz. İndi zamanın
içində ərimək,
onun isti qalay kimi içinizi
deşik-deşik eləməyindən
qorxmamaq vaxtıdır.
Zaman əvvəl-axır sizə
uduzacaq. Siz indi ona məğlub olsanız da. İndi onun vəhşəti sizi parça-parça eləsə də. Ümidləriniz ruhunuzda yamaq
kimi görünsə
də.
Siz beş fərqli
yerdə, beş fərqli əsgərsiniz.
Beşinizin də arzuları
bambaşqadır. Mən beşinizi
də yaxşı tanıyıram. Elşadı
lap yaxşı tanıyıram.
Onunla on illik dostluğum var.
On il. Həyatımızın
az qala
yarısı bir yerdə keçib. Məni məndən yaxşı tanıyan bircə odur. Nadirlə dostluğumun tarixi
isə qədimdir.
Nadirdən sonrakı ədəbi
mühitin axşam məclislərini heç
mən də görmədim. Amma
hiss edirəm ki, onsuz gülmək, onsuz darıxmaq hamımız üçün
çətindi.
Bircə Məliki yola sala bildim. Yazdıqları kimi sakit, duru
idi. İçində bir şeylər
qırılmışdı. Elə bilirəm, indi Məlik o qırıntıları
bir-birinə yapışdırmaqla
məşğuldur. Nə mən
onlara zəng edə bilirəm, nə də onlar mənə. Mütləq
şablon bir mesaj atıb bayramlarını təbrik
edəcəm. Əminəm ki, onlar bu
mesajı gözləyirlər.
Umurlar.
Bir dəfə
buraxılışa çıxanda
şair dostum Ulucaya zəng elədim. Danışdıq, dərdləşdik. Sonra dedi ki,
Nadir Rzalı (Yalçın)
səninlə danışmaq
istəyir. Qayıtdım ki, o kimdir?
Ulucay Nadiri mənə tanıtmağa
ərindi, telefonu birbaşa ona verdi. O söhbətimiz
hələ də yadımdadır. Nadir mənimlə elə danışmışdı ki,
mən öz yaddaşımdan şübhə
etmişdim. Axı niyə
xatırlamırdım onu.
Tərxisdən sonra məlum
oldu ki, onu hərbi xidmətdən qabaq heç vaxt görməmişəm. Ancaq mənimlə
o qədər səmimi
danışmışdı ki, elə bilirdim,
yüz ildi tanıyırdım, araya yüz ilin tənhalığı
giribmiş, unutmuşam.
Nadir ərköyün qardaşımdı. Ona bayram
mesajı yazmasam, yenə məndən inciyəcək.
Əzizlərim, bu il
mən də səməni görmədim,
yaşadığım küçədə
tonqal qalanmadı, heç kim küçədə məni
bayram münasibətilə
təbrik etmədi, yaşadığım şəhərin
əhalisinin otuz faizi Ramazan bayramına
hazırlaşır, qalan
yetmiş faiz isə seçkiləri gözləyir. Sizin qədər mən
də yadam builki bayrama. Sizin qədər mənim də içimdə həsrətin göyərən
toxumları var. Budaqlanıb
yekə bir ağac olmamış onu tərbiyə etməliyəm. Sizin ən
gec gedəninizin də doqquz ayı qalıb. Doqquz aya bir
can yaranır. İçinizdə bir ruh yaradın,
geri qayıdın.
Bərk,
sərt, balta kimi, eyni zamanda
da özünüzdən
qopmayan bir ruh.
Bayramın mübarək, əsgər!
Rəvan
CAVİD
525-ci qəzet.- 2023.- 18 mart.- S.13.