Mücahid məfkurəsinə layiq monoqrafiya
İstedadı və zəhməti
sayəsində Azərbaycan
ədəbiyyatşünaslığına
dair bir sıra sanballı əsərlərə imza
atmış AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlu
(Musayev) son illər mühacirət irsi ilə bağlı da dəyərli araşdırmalar aparıb,
mühacirətşünaslığa öz töfhəsini verib. Bu günlərdə
işıq üzü
görmüş "Azərbaycan
mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq" monoqrafiyası (Bakı,
"Elm və Təhsil",
2023, 332 səh.) alimin
son bir neçə ildə apardığı
araşdırmaların nəticəsi
kimi ərsəyə gəlib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Elmi Şurasının
8 fevral 2023-cü il tarixli 1 saylı iclasının qərarı
( protokol №1) ilə çapa tövsiyə olunmuş monoqrafiya Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə hazırlanıb. Monoqrafiyanın elmi redaktoru
filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri
filologiya elmləri doktoru Abid Tahirli
və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
Bəri
başdan tam əminliklə
söyləmək olar
ki, "Giriş"dən,
"Azərbaycan mühacirət
nəsri: təşəkkülü,
inkişaf istiqamətləri",
"Azərbaycan mühacirət
ədəbiyyatşünaslığı"
adlı 8 paraqrafı birləşdirən 2 fəsildən,
"Nəticə" və
"Ədəbiyyat"dan ibarət monoqrafiya ədəbi-elmi ictimaiyyət,
ali məktəblərin
tələbələri və
magistrlər, habelə
mövzuya maraq göstərən oxucu auditoriyası tərəfindən
maraqla qarşılanacaq.
Səriştəli tədqiqatçının mühacirət ədəbi
irsinə, onun mövzu, ideya, dil, üslub, sənətkarlıq məsələlərinə
münasibəti, yanaşması,
həm elmi-nəzəri
baxımdan, həm də bu xəzinənin
aktuallığının dəyərləndirilməsi
nöqteyi-nəzərindən təqdirəlayiqdir.
Şahbaz
Şamıoğlu mühacirət
irsinin ideya, mövzu, mündəricə,
dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən,
mücahidlərin çətin,
lakin mənalı və şərəfli həyat yolunun, çoxşaxəli və
fədakar fəaliyyətinin,
eləcə də sovet rejimi və
kommunist ideologiyasının
xalqımızın taleyində
və ölkəmizin
tarixində buraxdığı
fəlakətli izləri
əhatəli öyrənmək
və obyektiv dəyərləndirmək baxımından
aktual və əhəmiyyətli olduğunu
ciddi arqumentlərlə
əsaslandırır. O yazır
ki, Azərbaycan mühacirət nəsrinin,
demək olar ki, bütün nümunələri mövzu
və ideya baxımından bir-biri ilə səsləşir.
Bu əsərlərin leytmotivini bolşeviklərə
qarşı Azərbaycanda
milli müqavimət hərəkatının formalaşması,
qəsbkarlarla silahlı
toqquşmalar, yenilməz
oğul və qızlarımızın istiqlal
yolunda canlarından keçmələri təşkil
edir. Əsərlərdə totalitar sovet
rejimi ifşa edilir, onun içüzü,
mahiyyəti zəngin bədii lövhələrlə
canlandırılır. Oxucu bütün əsərlərdə
Azərbaycanın dövlət
müstəqilliyinin yenidən
bərpasına dərin
inam hissinin şahidi olur. Şübhəsiz ki, bədii
nəsrin bütün
nümunələrində Vətən
həsrəti, Vətən
nisgili xüsusi xətt kimi keçir və istər-istəməz oxucuda
belə təsəvvür
formalaşır ki, hər bir konkret
əsərdə onun müəllifinə məxsus
ştrixləri də
vardır. Mühacirət ədəbiyyatı və
ədəbiyyatşünaslığının
hər bir nümunəsi Azərbaycan
ədəbi-bədii, elmi-nəzəri
fikrinin ayrılmaz tərkib hissəsi kimi qiymətlidir, tədqiq və təbliği vacibdir, müstəqil Azərbaycan
gəncliyinə örnək
kimi təqdim olunmağa tamamilə layiqdir.
Monoqrafiyanın birinci fəslində Azərbaycan mühacirət nəsri üç paraqrafda araşdırılıb. Birinci paraqrafda Azərbaycan mühacir yazıçıların hekayə yaradıcılığı tədqiq olunur. Burada M.Ə.Rəsulzadə, kayələri təhlil edilir, müvafiq elmi-nəzəri nəticələr hasil olunur. İkinci paraqraf Ə.Ağaoğlunun bədii-fəlsəfi əsərlərini əhatə edir. Mühacir yazıçıların memuar yaradıcılığından bəhs edən üçüncü paraqrafda Ə.Ağaoğlu, N.Şeyxzamanlı, M.Altunbay və M.Ə.Rəsulzadənin memuarları təhlil süzgəcindən keçirilir. Təbii ki, mühacir yazıçıların memuarları sadalanan müəlliflərlə məhdudlaşmır. Ş.Musayev kitabın həcmini nəzərə alaraq yalnız göstərilən nümunələr üzərində araşdırmalar aparmışdır. İnamla söyləyə bilərik ki, Ş.Şamıoğlu qarşısına qoyduğu məqsədlərə çatıb, Azərbaycan mühacirət nəsrinin formalaşması, inkişaf istiqamətləri və meyilləri barədə düzgün elmi mülahizələr yürütməyi, təhlillərə cəlb etdiyi nəsr əsərlərini obyektiv qiymətləndirməyi bacarıb. Bir məsələni də qeyd etmək vacibdir. Ş.Şamıoğlu istər mühacirət, istərsə də ölkə ədəbiyyatşünaslığında haqqında bəhs olunan problemlə bağlı mövcud materiallara dərindən və diqqətli nəzər salır, onlara obyektiv münasibət bəsləyir, düzgün qiymətləndirir.
Monoqrafiyanın ikinci fəsli mühacirət ədəbiyyatşünaslığı problemlərinə həsr olunub. Ş.Musayev mühacir tədqiqatçıların İntibah dövrü və orta əsrlər, Erkən yeni dövr, Yeni dövr və XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatına dair araşdırmaları üzərində iş aparıb. Xaqani və Nizamidən Ə.Cavad və H.Cavidə qədər milli ədəbiyyatın nəhəng ədəbi simaları ilə bağlı əksər ədəbiyyatşünaslıq materialları monoqrafiyada ardıcıllıqla beş paraqrafda təhlilə cəlb edilib. Hesab edirik ki, Ş.Şamıoğlu bu fəsildə də problemin elmi həllinə nail olub. Monoqrafiyada maraqlı və diqqətçəkici məqamlardan biri də odur ki, Ş.Şamıoğlu əsərdə mühacirət irsi ilə bağlı qarşıda duran vəzifələri də qeyd edir.
Müasir ədəbiyyatşünaslığın
tələbləri səviyyəsində hazırlanmış
monoqrafiyanı mühacirətşünaslığa yeni bir töhfə kimi qiymətləndirmək olar.
Abid
TAHİRLİ
525-ci qəzet.- 2023.- 28 mart.- S.14.