Beynəlxalq Teatr
Günü qeyd edildi
Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
Yaranmasının 150-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə
cərəyan edən
ictimai-siyasi hadisələr
maarifçilik hərəkatının
inkişafına güclü
təkan vermişdi.
Həmin
dövr Azərbaycan teatrı üçün
də əlamətdar
olmuşdu. Belə ki,
böyük mütəfəkkir
Mirzə Fətəli
Axundzadə tərəfindən
ədəbiyyatımıza dram janrının gətirilməsi
xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində
həlledici rol oynamışdı. Görkəmli
maarifçi Həsən
bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü
ilə 1873-cü ildə
Bakıda M.F.Axundzadənin
“Lənkəran xanının
vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya
qoyulması ilə Azərbaycanda, eləcə
də bütün müsəlman Şərqində
dünyəvi, peşəkar
teatrın təməli
qoyulmuşdur.
Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək
yeni inkişaf mərhələsinə qədəm
qoyub. Bu gün
ölkəmizdə 30-a yaxın
dövlət teatrı
fəaliyyət göstərir.
Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün
sahələrdə olduğu
kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının
əsaslı təmiri,
incəsənət ustalarının
sosial-rifah halının
yaxşılaşdırılması istiqamətində atılan
addımlar bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin 2009-cu il
18 may tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı
uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar,
Azərbaycan Dövlət
Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa,
İrəvan, Ağdam
və Füzuli Dövlət Dram teatrlarının
binalarında yüksək
səviyyədə təmir-bərpa
və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində
teatrlarımız dünyanın
20-dən artıq ölkəsində,
o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan,
Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan,
İsveçrə, Moldova və
Serbiyada keçirilən
beynəlxalq tədbirlərdə
Azərbaycanı layiqincə
təmsil ediblər. Eyni zamanda, xarici
ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda
qastrol səfərində olub,
30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa
hazırlamaq üçün ölkəmizə
dəvət edilib.
525-ci qəzet.- 2023.- 28 mart.- S.9.