Gənc yazıçılar üçün nəzəriyyə dərsi: Naturalizm cərəyanı  

 

 

Naturalizm ədəbi cərəyan kimi XIX əsrin ikinci yarısında Fransada yaranıb proqramlı şəkildə formalaşıb. "Naturalizm" termini latın dilindən gəlir, mənası  "təbii" deməkdir.  Bu cərəyanın qarşısına qoyulan başlıca məqsəd psixoloji sosial gerçəkliyi bədii əsərlərdə təbiət elmlərində istifadə olunan metodlar vasitəsilə təsvir etmək idi. Naturalizm cərəyanının təmsilçiləri gerçəkliyin insan xarakterinin obyektiv, dəqiq qərəzsiz təsvirinə can atdıqlarını iddia edirdilər.

Bu cərəyanın nəzəriyyəsinə əsasən, roman gerçəkliyi necə var, o cür təsvir etməli, həyatı ideallaşdırmaqdan, ona bəzək-düzək vurmaqdan çəkinməlidir. Təbiəti tədqiq edən romanın qarşısına sədlər çəkərək onu məhdudlaşdırmaq olmaz: roman tarix, fiziologiya, psixologiya, siyasət, sosial iqtisadiyyat, din məsələlərinə müdaxilə etməlidir.

Naturalizm anlayışının ədəbiyyatşünaslığa gətirilməsi isə  fransız yazıçısı Emil Zolyanın adı ilə bağlıdır. Onun "Eksperimental roman" məqaləsi həkim Klod Bernardın "Eksperimental təbabətin öyrənilməsinə giriş" əsərinə əsaslanır. E.Zolya K.Bernardın  müşahidə eksperiment haqqında fikir mülahizələrini ədəbiyyata tətbiq edərək  bədii yaradıcılığı təbiət elmlərinin XIX əsrin ikinci yarısında əldə etdiyi nailiyyətlərlə bir araya gətirməyə çalışmışdı. E.Zolyanın fikrincə, naturalizm təbiətə münasibətdə dəqiq elmlərin son nailiyyətləri ilə eyni səviyyəyə yüksəlməli, Viktor Hüqonun idealist-romantik "fantasmaqoriyasını" aradan qaldırmalı idi.

K.Bernardın "müşahidə göstərir, eksperiment isə öyrədir" mülahizəsinə istinad edən E.Zolya romançının həm müşahidəçi, həm eksperimentator olduğu fikrində idi. O vurğulayırdı ki,  roman yazan yazıçı "müşahidəçi olaraq faktları müşahidə etdiyi kimi təsvir edir, başlanğıc nöqtəsini müəyyənləşdirir, personajlarının fəaliyyət göstərəcəyi hadisələrin cərəyan edəcəyi möhkəm zəmini hazırlayır. Sonra o, eksperimentatora çevrilir eksperiment aparır - yəni konkret əsər çərçivəsində personajları hərəkətə gətirir, əsərdə baş verən hadisələrin ardıcıllığının tədqiq olunan hadisələrin məntiqinin tələb etdiyi kimi tam eyni olacağını göstərir".

Fransız ədəbiyyatında E.Zolyadan sonra yazıb-yaradan yazıçılar bu cərəyana yeni rənglər əlavə elədilər. Gi de Mopassan romanlarında öz tərcümeyi-hal faktlarından daha çox istifadə etdi, Alfons Dode naturalizmə satira yumoru gətirdi.

Keçən əsrin əvvəllərində dünya ədəbiyyatında naturalizm yenidən canlandı. Almaniyada Q.Hauptmanın, İsveçdə C.Strindberqin, Rusiyada M.Qorkinin, A.Kuprinin, İ.Buninin, ABŞ-da T.Drayzerin, C.Londonun C.Steynbekin yaradıcılığına naturalizmin təsirlərini görmək mümkündür.

Ədəbiyyatşünaslıqda belə bir yanaşma da mövcuddur ki, naturalizm realist metodun zirvəsi idi ədəbiyyat bu zirvəni fəth edəndən sonra realist metod tərəddüd keçirməyə düçar oldu.  Xüsusilə Birinci Dünya müharibəsi kimi qlobal fəlakət gerçəkliyin realist romantik ölçülərə sığmayan qatma-qarışıq mahiyyətini üzə çıxartdı, hər hansı bir nəzəriyyə ilə izah etməyin mümkün olmadığını ortaya gətirdi. Beləliklə, ədəbiyyatda digər cərəyanların, gerçəkliyə fərqli pəncərələrdən baxmağın yolu açılmış oldu.

Emil Zolyanın naturalizm cərəyanının nəzəri əsasını təşkil edən "Eksperimental roman" məqaləsindən iki hissəni öz tərcüməmdə diqqətinizə təqdim edirəm.

 

Məti OSMANOĞLU

525-ci qəzet.- 2023.- 29 mart.- S.13.