"3 may 1808"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Humay
İslamovadır. Onunla dünyaca məşhur rəssam Fransisko Qoyyanın "3 may 1808" əsərindən danışmışıq.
Dünya
incəsənətini öz
yaradıcılığı ilə bəzəyən, yeni dövr incəsənətinin təşəkkülünün
formalaşmasında mühüm
rol oynayan, realizmin banisi, məşhur ispan rəssamı Fransisko Qoyya... Onun yaradıcılığı dünya mədəniyyətinin
rəngkarlığına, qrafika sənətinə, eləcə də dramaturgiyaya və ədəbiyyata böyük
təsir göstərib.
Qoyyanın yaradıcılığı özünəməxsus
xüsusiyyətləri ilə
fərqlənirdi. Onun yaradıcılığını təzahür edən xüsusiyyətlər - sənətinin
parlaq fərdiliyi, çılpaq həqiqətə
can atması, kortəbii
başlanğıcın axtarışı
və insan qəlbinin qaranlıq dərinliyinə baxmaq istəyindəki qorxmazlığıdır.
Rəssam 1773-cü ildən sonra çəkdiyi rəsmləri ilə daha çox uğur əldə edib. Fransisko Qoyya yaradıcılığını
bəzəyən əsərlər
olduqca maraqlıdır.
Qoyya yaradıcılığı
insanlar tərəfindən
o qədər maraqla qarşılanırdi ki, rəssamın sümükləri
1919-cu ildə qazılaraq
ölkədə kiçik
bir kilsəyə verilmişdi. Buna səbəb
isə rəssamın
yaradıcılığında əsas mövzunun çarmıxa çəkilən
insan görüntülərinin
öz əksini tapması idi. Qoyyanın yaradıcılığının
ən məşhur əsərləri siyahısına
"3 may 1808", "IV Karlin ailəsi" "Çılpaq
Maxa"və s. daxildir.
- Humay xanım, "3 may
1808" əsərinin inqilabi
mövzuda çəkildiyi
bəllidir. Ancaq rəsmin yaranması
əsərdə sözügedən
inqilabın tarixinə
yaxındır, yoxsa illər sonraya aiddir? Ümumiyyətlə, bu tabloda gördüklərimiz kimlərdir?
- Fransisko Qoyya
"3may 1808" rəsm əsərini
1814-cü ildə tamamlayıb.
Əsərin ilham mənbəyi
1808-ci ildə Fransanın
İspaniyanı işğal
etməsindən sonra fransızlara qarşı müqavimət hərəkatını
başladan ispanlardır.
Xristianlıq incəsənəti və ənənəvi müharibə motivlərindən
uzaqlaşması əsəri
bənzərsiz etmiş
və növünün
ilk nümunələrindən birinə çevrilmişdi.
Əsərin əsas qayəsi,
təqdimatı və
emosional gücü onu müharibənin qorxuncluğunu əks etdirən simvol halına gətirir. Belə bir iddia var
ki, əsas mənbə rəssamın
bağban dostunun danışdıqlarıdır. Hətta deyilənə görə, iki dost birlikdə gecə saat 4-də "Prinsipo
Pi" təpəsinə gediblər.
Əsər də ordan bağbanın danışıqları
nəticəsində təsvir
olunub.
- Tablonun taleyi də bəlalı olub deyirlər.
- Bəli. Əsər yük maşınında aparılarkən ziyan görmüş, lakin sonra defektlər aradan qaldırılmışdı. 1937-ci ildə İspaniya vətəndaş müharibəsi zamanı rəsm əsərini qorumaq üçün Valensiyaya aparırdılar. Bu zaman əsər pis vəziyyətə düşüb, 2008-ci ildə restavrasiyaya edilən rəsm əsəri bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılır. "3 May 1808" əsəri bir çox əsərin yaradılmasına ilham mənbəyi olub. Bu əsərlə eyni mövzunu əks etdirən "2 May 1808" rəsm əsəridir. "3 May "əsərinin baş verdiyi hadisələr Madriddə canlandırılıb.
- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- "3 may 1808" əsəri rəssamın yaradıcılığında inqilabi mövzuda çəkilmiş kompozisiyadır. Əsərdə inqilabçıların yaratdığı vəhşiliklər, xalqın üsyanların qurbanı olması və s. detallar öz əksini tapır. Rəssamı daha sonralar əsərin içərisinə daxil etmək istəsələr də alınmayıb. Çünki hələ bilinmir ki, Qoyya üsyandakı hadisələrin şahidi olub, ya yox. Rəsm əsərinin restovrasiya zamanı rəng kompozisiyası dəyişilib. Əsərin üslubu tarixi rəssamlığa bağlıdır. Ölçüsü 268 sm2 347 sm-dır. Texnikası yağlı boyadır. Bu kompozisiyaya diqqət yetirsək, qan gölü yarandığını və gölün ortasında parçalanmış bədən üzvlərini görərik. Bəziləri üzü üstə, bəziləri kürəyi üstədir. Bir neçəsi sanki yerdə mərhəmət diləyirmiş kimi uzanıb. "3 may 1808" əsərinin kompozisiyası başqa rəssamların da yaradıcılığına öz təsirini göstərmişdir.
- Əsərin rəng kompozisiyası necədir?
- Qoyyanın yaradıcılığında yüksək rəng parlaqlığı, kəskinlik özünü göstərir. Ümumiyyətlə, əsər yüksək rəng parlaqlığı ilə işlənib. Burada kəskin rəngdən istifadənin şahidi oluruq. Tünd rənglə açıq rəngin kontrastı var. Ağ və sarı rəngdən kəskin şəkildə istifadə olunub.
- Yer üzünün qara rəngə çalması gözdən yayınmır.
- Bu, həmin günün necə fəlakət olmasına işarə edir. Əsgərlərin geyimini qəhvəyi rəngdədir. Az da olsa rəssam qırmızı rəngdən də istifadə edib.
- Tablo harada saxlanılır?
- "3 May 1808" Prado muzeyində saxlanılır. Hər il sərgi keçirilir və nümayiş olunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Qoyya yaradıcılığını əsərlərindən öyrənmək daha gözəl və maraqlıdır. "3 may 1808" əsəri realist rəssamının dərin hiss və duyğularını əks etdirir. Əsər ispan vətəndaşlarının müharibəyə məruz qalmasını, əzab-əziyyətini əks etdirir, XIX əsrin necə fəlakətli olmasını bizə göstərir.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 29 mart.- S.12.