Akademik Zərifə Əliyevanın
100 illiyinə həsr olunmuş tədbir keçirilib
Martın 27-də görkəmli oftalmoloq alim akademik Zərifə
Əliyevanın 100 illiyi
ilə əlaqədar,
onun adını daşıyan liseydə yubiley tədbiri təşkil edilib. Lisey rəhbərliyi və Azərbaycan Tibb Universitetinin (ATU) göz xəstəlikləri kafedrasının
təşkilatçılığı ilə keçirilən tədbirdə öncə
görkəmli oftalmoloq,
professor Paşa Qəlbinurla görüş
baş tutub.
Görüşdə liseyin tibb sahəsi
üzrə hazırlaşan
şagirdləri, müəllim
kollektivi və sözügedən kafedranın
əməkdaşları iştirak
ediblər.
Tədbiri giriş sözü
ilə açan liseyin direktoru Fərqanə İsayeva bildirib ki, akademik
Zərifə xanım
Əliyevanın 100 illik
yubileyi ərəfəsində
vaxtilə onun tələbəsi olmuş
professor Paşa Qəlbinurun
gələcək həkimlərlə
görüşü çox
nəcib addım və önəmli hadisədir. Direktor şagirdləri bu
görüşdən faydalanmağa
və tədbirin gedişində yaranacaq suallarını professora yönləndirərək bilmədiklərini
öyrənməyə çağırıb.
Daha sonra
professor Paşa Qəlbinur
mərhum müəllimi,
Azərbaycan oftalmologiyasının
inkişafında önəmli
rola sahib böyük alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən
bəhs edib, onu şagirdlərə daha yaxından tanıtmaq üçün
xatirələrini bölüşüb.
Akademik Zərifə xanım Əliyevanı təkcə
həkim və alim kimi deyil,
həmçinin, gözəl
qəlbə və nəcib xarakterə malik insan, məğrur
Azərbaycan xanımı
kimi xarakterizə edən Paşa Qəlbinur özünün
bir insan və bir həkim
kimi yetişməsində
akademikin əvəzolunmaz
rolunu vurğulayıb.
Görüşün davamında şagirdlər
onları maraqlandıran
sualları professora ünvanlayıblar və tədbir diskussiya şəklində davam edib.
Sonda Paşa
Qəlbinur müəllifi
olduğu kitabları şagirdlər üçün
imzalayıb.
Tədbir
bitdikdən sonra
professor Paşa Qəlbinur
başda olmaqla, ATU-nun
göz xəstəlikləri
kafedrasının əməkdaşları
akademik Zərifə Əliyeva adına
liseyin görmə ilə bağlı şikayəti olan müəllim və şagirdlərini müayinə
edib, lazımi tövsiyələr veriblər.
ŞAHANƏ
525-ci qəzet.- 2023.- 29 mart.- S.9.