Şəhərə sığışmır dağ şairləri...  

İNQİLAB İSAQIN 70 YAŞINA

 

Ömrünün yetmişinci baharını yaşayan İnqilab İsaq 10 kitab müəllifidir. Əsasən poeziya yolunu tutan İnqilab İsaqın poetik iddiaları da dağ adamının təmiz duyğularıdır özünəməxsusdur. "Ədəbiyyat İnqilab İsaq üçün nədir?" sualına cavabı da bu duyğulara əsaslanır: "Taleyin Ədəbi Taleyə çevrilməsi sirri-xudadır. vaxt əlimi qələmə uzatdım, vaxt ay işığını söz kimi sinəmə cəkdim, qəti xəbərim yoxdu. Bircə onu bilirəm ki, bu dünyada gördüyüm varsa sözdü, bilmirəm - bu, ədəbiyyatdımı, bu, sənətdimi!" Bu sözlərdə kənd leksikasının şirinliyi dünyaya (indiki halda ədəbiyyata) baxışında hər şeyi bilən, amma özünü bilməzliyə vurmuş kimi göstərən diribaş bir kəndli şairin - İnqilab İsaqın obrazı görünür. İnqilabın şeirlərinə müraciət edən kimi fikrimizdə yanılmadığımızı bir daha görürük.

 

olar ad sanın uca olanda,

Adam darıxanda özündən bezər.

Ürəyin tanrının əkdiyi tumdu,

Sən əkinçi ol, o tumu becər.

 

Cığır da qaranal, o yorğa at da,

Neyləsin yol açan - daban salmasın?!

Gərək doğulanda elə susasan

Səbrində, sözündə yalan qalmasın.

 

İnqilab İsaq öz yaradıcılığı haqqında danışanda qədər "kəndçi"dirsə, qələm yoldaşlarının əsərlərindən bəhs edəndə mahir bir ədəbiyyatşünas alimdir. Qələm dostu Rübailin yaradıcılığından danışanda deyir: "Hər bir şairin yaradıcılığında ehtiva edən onun özünəməxsus poetik əhval-ruhiyyəsidir. Sənət, həyat düşüncəsində - gerçəkliklə mistika arasında görünən görünməyən fikir, düşüncə bağlılığıdır".

Şeirlərindəki yalnız ona məxsus olan fikirləri belə əsaslandırır:

 

Ütülü yoldan bezmişəm

Cəkir yaşıl cığır məni

İtdim şəhər səs küyündə

A dağ çayı, çağır məni.

 

İnqilab İsaq deyir ki, "mən o dağ cayının çağırışına həmişə oyağam". Bu sözün təbii bir əsası var. Onun şeirlərində vəsf olunan dağ, dərə təsadüfi şair  müşahidəsinin bəhrəsi deyil, o gözəlliklər təbii bir yolla şairin ruhuna hopub. Yəni hər hansı bir obyektin tərənnümü bu şair üçün adi problemlərdən bəhs etmək kimi bir şeydi. İnqilab İsaq kənddə yaşayır: Göygöl rayonunun Üçtəpə kəndində. Gəncə camaatı Üçtəpənin suyunun necə ləzzətli olduğunu gözəl bilir. İnqilab İsaq özü kənddən ayrılıb şəhərə gəlməməsinin səbəbini elə bu amillərlə bağlayır:

 

Bu yurdun satılan, atılan evi

Cərləyən kəhəri, atı, içimdə!

Oyanıb üstümə ayaq açacaq

Havalı-havalı yatır içimdə.

 

Şairin kəndlə əlaqəsi hər hansı bir bağlılıq deyil, kənd onun özüdür. O, ic dünyası ilə, eli-obası ilə çulğalaşıb.

"Yaradıcı insan əkinçi kimidir, - deyir. Kimin dəni harda sünbül tutursa, üzünə gülürsə, ora sözün Vətənidi". Bu qənaətində tam haqlıdı İnqilab İsaq! Həm qürurla deyir ki, "Üçtəpədə yaşayıram. Tikdiyim evin hər daşının xasiyyətinə bələdəm".

O, kəndin min illərlə ölçülən ənənəsini, əkin-biçin işlərini kənardan müşahidə edib poeziya məhsuluna çevirməyə çalışanlardan fərqli bir düşüncə ilə yazır:

 

Kim qoydu əlini çiynimə birdən

sağda görünür, solumda

Dərdi daşa basan dostlarım kimi

Əkdiyim ağaclar durur yolumda.

 

Hətta coşğun gənclik xatirələrindən bəhs edən sevgi şeirlərində epitetlər təbiət-kənd atributlarıdı:

 

Baxışın könlümün ümid ocağı,

Həsrətin şeirimin sətirləridi.

Yollara tökülən cinar yarpağı

Gizli sevgimizin ləpirləridir.

 

Onun şeirləri xalq ədəbiyyatının büllur bulağından su icir. İnqilab İsaq həm əsası Rəsul Rza tərəfindən qoyulan XX əsrin 60-cı illərində Əli Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Mövlüd Süleymanlı, Tofiq Abdin başqaları tərəfindən davam etdirilən - daha cox ağıla məntiqə söykənən müstəqil bir poeziya magistralının yolçusu kimi diqqəti cəlb etdi. Onun yazılarında həmin ənənələrə tükənməz bir sevgi duyulur. 60-70-ci illər poeziyamızın rəngbərəng çələngində, Tofiq Abdin, Ələkbər Salahzadə, İsa İsmayılzadə poeziyasında aydın müşahidə olunan-bədii sözün lakonizmi, təşbehlərin özünəməxsusluğu görünür. Həmin poetik dəyərləri qoruyub saxlamaq cəhdi təkcə o janra məhəbbətdən deyil, həm onu yaradanlara fərdi hörmətdən irəli gəlir. Tofiq Abdinin bir bəndini xatırlayıram:

 

Adın mənim dilimdə -

Adına od düşəcək

İçimdəki alovdan!

Üz tutacaqsan mənə

Bir gün söküləndə dan.

 

Hisslərdən daha çox məntiqi düşüncəyə əsaslanan bu tipli əsərlərin təsiri nəinki yaşlı nəslin, hətta müasir gəncliyimizin yazılarında da hiss olunur. Lakin İnqilabın şeirlərində bu ənənə sadəcə davam etdirilmir, onun şeirlərinin  poetik strukturunda obrazlı sözün ifadə formasında fərqlənmək iddiası diqqəti cəlb edir:

 

 

Burda bir analı körpəsiz beşik,

Hörümçək torunda külək yellənir.

Orda saçlarından asılmış qəmi

Arxayın -arxayın fələk yellədir.

 

 

İnqilab İsaqın 70 yaşı tamam olur. O,1953-cü ildə Daşkəsən rayonunda anadan olub. Orta ali təhsilini Gəncə şəhərində alıb. 1974-cü ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş müəllim vəzifəsində çalışıb. Respublikanın ayrı-ayrı rayon kəndlərində müəllim kimi fəaliyyət göstərib.

İnqilab İsaqın ədəbi fəaliyyətinin mühüm bir dövrü jurnalistika ilə bağlıdır. O, uzun illər rayon respublika qəzetlərinin müxbiri kimi çalışıb.

Saysız-hesabsız məqalələri, oçerkləri, ədəbi düşüncələri, poetik nümunələri qəzet-jurnal səhifələrində dərc edilib.

2015-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2022-ci ildə Türkiyədə keçirilən XXI Beynəlxalq Poeziya tədbirinin iştirakçısı olub. Ondan çox kitabı çıxıb. Əsərlərindən nümunələr türk, rus, ingilis, özbək, gürcü, ukrayna dillərinə çevrilib. Kitabları doxsanıncı ilin sonlarından nəşr olunmağa başlayıb. Həm də 1999-cu ildə 3, 2020-ci ildə yenə 3 kitabı nəşr olunub. Bu göstərir ki, o, əsərlərini yazan kimi, dərhal nəşr etdirməyib. Oxucu rəyini biləndən sonra onları kitab halına salıb. Hələ 1974-cü ildə Gəncə Dövlət Universitetində oxumağa başlayandan şeir yazıb, "Yüksəliş" tələbə qəzetində onları cap etdirib. İlk uğurlarını burada qazanıb. Füzuli rayonundakı 56 saylı məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ehtiram Səfərov tələbəlik illərini xatırlayaraq yazır ki, Gəncə Dövlət Universitetində o zaman "Yüksəliş" qəzeti nəşr olunurdu. Redaktor dəyərli yazıçımız Qərib Mehdi idi. Həmin qəzetdə İnqilabın ilk şeirləri dərc olunurdu. Şairin o illərdə yazdığı bir şerinimisal gətirir.

 

Qızım, canım-gözüm,

Köhnə çəkməni kədərə çevirmə.

Yüz belə çəkmə sönəcək

Yollar var hələ

Darıxma, canım gözüm

Bircə insan sevinci

Sönməsin ayaq altında.

 

Tələbəlik illərində yazdığı şeirlərdə kamil poeziya nümunələri çox idi. Səksəninci illərdə ilk kitablarını nəşr etdirə bilərdi. Amma o, kitab çap etdirmək yolunu tutmadı, yazmaq, kamilləşmək yolunu tutdu, ürəyinin közünü sözə büküb saxlanc etdi.

40-45 illik yaradıcılıq yolunun məhsulları 20 ildən sonra kitab şəklində ortaya çıxır. Bunun əlbəttə bircə adı var: Təvazökarlıq!

Qələm dostumun 70 yaşını ürəkdən təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

 

Zahid XƏLİL

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 30 mart.- S.13.