“31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb

 

1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımından 105 il ötür. Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə bağlı kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

 Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar.

Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

Mart soyqırımına hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da ulu öndər “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

 

525-ci qəzet.- 2023.- 30 mart.- S.10.