Azad edilmiş
Laçında əsaslı quruculuq: Böyük Qayıdışın
astanasında
1992-ci ilin mayından erməni işğalı
altında olan Laçın şəhəri
Prezident İlham Əliyevin, Ermənistanın
Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin
2020-ci ilin noyabrın
10-da imzaladıqları üçtərəfli
bəyanata uyğun olaraq avqustun 26-da azad edildi. Artıq Azərbaycan
addım-addım işğal
olunmuş ərazilərə
tam nəzarəti bərpa
etməkdədir. Mərhələli şəkildə Ağdam
və Kəlbəcərdən
sonra Laçın şəhəri və onun kəndləri düşməndən təmizlənib.
Bunun davamı olaraq bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi işləri
sürətlə davam
etdirilir. Aparılan quruculuq
işlərindən sonra
yerli əhalinin Laçın şəhəri
də daxil olmaqla Zabux, Sus və digər
kəndlərə köçürülməsi
prosesinə başlanılacaq.
Laçın rayonu iqtisadi cəhətdən böyük
potensiala malik bölgələrimizdən biridir. Rayonun həm
böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri
var. Təbii ehtiyatları
ilə fərqlənən
rayonda emaledici sənayenin üzrə istehsalının təşkili
mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı,
xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik,
tütünçülük, üzümçülük, taxılçılıq,
arıçılıq inkişaf
etmiş sahələrdən
hesab olunurdu. İşğaldan öncə Laçın
rayonunda fəaliyyət
göstərən sənaye
müəssisələri daha
çox xammal növlərinin emalına
əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları
var. Rayonun dağıdılan
iqtisadiyyatının bərpası
və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası
mümkün olacaq.
Qeyd edək ki, 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakini 30 il
məcburi köçkün
həyatı sürməyə
məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən,
şəhərdə yaşayanların
99.1 faizi azərbaycanlılar
idi. Hətta keçmiş SSRİ dövründə
- 1970-ci il siyahıyaalınmasında bütövlükdə
Laçın rayonunun
cəmi əhalisi
63.162 nəfər olub.
Burada azərbaycanlıların sayı
58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər təşkil edib. Ermənistan işğalı nəticəsində
Laçın rayonunda
13,8 min, o cümlədən,
Laçın şəhərində
1340, Zabux kəndində
isə 100 ev dağıdılaraq məhv
edilib. Bütövlükdə
rayonun işğalı
nəticəsində 1 şəhər,
1 qəsəbə, 125 kənd,
13745 fərdi yaşayış
evi, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 109 təhsil,
142 səhiyyə, 217 mədəni-maarif
müəssisəsi, 460 ticarət
obyekti, 30 rabitə qovşağı ermənilər
tərəfindən dağıdılaraq
yandırılıb. İşğaldan
sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard
ABŞ dollar ziyan dəyib.
Ötən gün "Azərbaycan
Respublikasında iqtisadi
rayonların yeni bölgüsü haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı
ilə müəyyən
edilən Şərqi
Zəngəzur iqtisadi
rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
də təyin edilib.
Prezidenti İlham Əliyev tərəfindən Laçın
rayonunun Güləbird
və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Prezident
bildirib ki, birinci mərhələdə Güləbird kəndində
2400, Qorçu kəndində isə 1300
insanın yerləşməsi nəzərdə tutulur. Yəni gətirdiyim bütün bu rəqəmləri
nəzərə alaraq, hər kəs
görə bilər ki, yaxın gələcəkdə
- bu il və gələn
il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə
də çox keçmiş
köçkünü yerləşdirəcəyik.
Onu da bildirməliyəm
ki, Laçın şəhərinin bütün infrastrukturu
yenidən qurulur - su xətləri,
kanalizasiya xətləri, elektrik
enerjisi xətləri, yollar,
Laçın şəhərinin bütün
daxili yolları yenidən qurulur.
Daxili yolların uzunluğu
təqribən 50 kilometrdən çoxdur.
Laçın şəhərinin memarlıq üslubu
da göz
oxşayır. Yəni bu, nəinki
Azərbaycanın dünya miqyasında ən
gözəl şəhərlərindən birinə
çevriləcək,- nəzərə alsaq
ki, Laçının çox
füsunkar təbiəti - meşələri,
dağları, çayları var, bu, bir cənnət məkan
olacaqdır. Bax, biz
bu işləri görürük
və bu, görülən işlərin,
sadəcə, bir hissəsidir. Biz azad edilmiş
bütün torpaqlarda
indi genişmiqyaslı quruculuq
işləri aparırıq və bu
işləri öz hesabımıza görürük və görəcəyik.
Laçın rayonunun Ermənistanla sərhəd
istiqamətləri üzrə bütün
mühəndis-istehkam işləri, demək olar
ki, başa çatmaq üzrədir. Laçın rayonunun
tarixçəsi, əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin
qorunması, həm oraya keçmiş
məcburi köçkünlərin tezliklə
qaytarılması bizim üçün
əsas vəzifələrdən biridir.
Laçın rayonunun Ermənistanla sərhəd
istiqamətləri üzrə bütün
mühəndis-istehkam işləri, demək olar
ki, başa çatmaq üzrədir. Heç
vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər
rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası
yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Beləliklə,
bu gün biz Azərbaycan-Ermənistan sərhədi
istiqamətində çox əlverişli
mövqelərə sahib olmuşuq
və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə
ki, Laçın rayonunun
təhlükəsizliyi ilə bağlı başqa
addımlar da atılır, tədbirlər
görülür və bu
tədbirlər imkan verir
ki, oraya qayıdacaq
soydaşlarımız rahat, təhlükəsizlik
şəraitində yaşasınlar".
Prezident İlham Əliyev qeyd edib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək: "Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir".
Prezident vurğulayıb ki, biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək: "Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir".
Millət vəkili Əhliman Əmiraslanovun sözlərinə görə, bu gün dövlətimiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Biz mövqelərimizi gücləndiririk. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar: "Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Prezident İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək. İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur".
Millət vəkili Naqif Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsinin gedişində bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycanın nəzarətinə keçdi. Laçın şəhərinə 2022-ci ilin avqust aylarının sonlarında alternativ yol çəkildi və Azərbaycan da bu gün orada abadlıq, quruculuq işlərini həyata keçirir: "İlin sonunda da laçınlıların bir qisminin öz dədə-baba yurdlarına qayıtmaqları nəzərdə tutulur. Azərbaycan da Qarabağ və Şərqi Zəngəzur üzrə fərqli idarəetmə üsulu həyata keçirir. Bu yeni idarəetmə üsuluna uyğun olaraq cənab Prezidentin xüsusi nümayəndələri təyin edilir. Laçın rayonuna da xüsusi nümayəndənin təyin olunması bu idarəetmə formasının bir tərkib hissəsidir. Düşünürəm ki, Ağdamda, Qarabağda, Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən yeni idarəetmə üsulu Laçında da öz müsbət nəticələrini verəcək. Ötən müddət ərzində biz Qarabağda və Şərqi Zəngəzurda xüsusi ilə Şuşa şəhərində sürətli inkişafın şahidiyik. Laçına da xüsusi nümayəndənin təyin edilməsi də bu qəbildən hesab olunur. Biz qısa bir zamanda Laçının çiçəklənməsinin və inkişaf etməsinin şahidi olacağıq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 31 mart.- S.14.