Ölümcül həqiqətləri
anlatmaq
BAHƏDDİN HƏZİNİN EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR
Bu məmləkətin yazı-pozu əhli arasında az-az qələm sahibi tapılar ki, özünə, sözünə, məsləkinə, peşə
kodeksinə
və yaradıcılıq prinsiplərinə
sona kimi sadiq
qalsın, tutduğu yolu büdrəmədən getsin.
Düzü-düz, əyrini-əyri
yazmaq, qələmin müqəddəs vəzifəsinə
sadiq qalmaq həmişə çətin
olub.
Mətbuatda, qəzetdə çalışıb
kölgədə qalan,
heç nə ilə fərqlənməyən adamların
işi asandır, onlar görünmürlər
və heç kimə də lazıım deyillər. Dərd gün işığında görünən
və söz sahibi olan adamlarındır,
çünki onların
dalğa yaradan hər addımına min göz baxır. Əlinizdəki bu kitabın
- "Ölümcül həqiqətlər"in
müəllifi daim göz qabağında olan həmin parlaq qələm və məslək adamlarından biri, parlaq şəxsiyyəti və cazibədar imzası ilə cəmiyyətdə böyük
nüfuz qazanmış
yazıçı-publisist Bahəddin
Həzidir.
Adətən, filosoflar mütləq və nisbi həqiqətdən
danışırlar. Bahəddin
Həzi isə kitabında
(Bakı, Qanun, 2022) bu kateqoriya üçün
yeni bir pəncərə açaraq
öldürücü həqiqətlərdən
söhbət açır.
Onun adı və imzası ölkənin müstəqilliyi
uğrunda kükrəmiş
xalq hərəkatı
dalğasından qopub
gəlir. Bu imzanın
təqdim etdiyi ilk yazılar sovet sisteminin kifsəmiş mənəvi mühitindən
bir ulduz parıltısı ilə
seçilərək böyük
auditoriyanın diqqətini
cəlb edirdi. Azadlıq havasından, azad düşüncədən qaynaqlanan
bu analitik yazılar, sərt təhlillər doğruları
ideologiya pərdələri
altında gizlədən
sovet publisistikasından
fərqli olaraq həqiqətə köklənmişdi.
Bu yazılara zamanın
nəfəsi, dövrün
çağırış və çırpıntıları,
adi insan yaşantılarından tutmuş
milli tale ilə iç-içə olmaq hissi hakim idi. Bir də Bahəddinin
narahat qələmindən
çıxan bu yazılarda XX əsrin əvvəlində milli kimlik və oyanış harayı üzərində köklənmiş
milli publisistlərimizin
ürək döyüntüləri
duyulurdu. İndi
bu kitabda toplanmış yazıları
gözdən keçirdikcə
mən, sanki yenə
heç ritmini dəyişməmiş həmin
döyüntüləri eşidirəm.
Zamanın ağrı-acıları hopmuş
bu yazıları Bahəddin Həziyə diktə edən təkcə onun istedadı, ictimai duyumu, milli məsləki
və ürəyinin diktəsi deyildi, həm də sevdiyi qəzetçilk işinin, publisist missiyasının romantikası
idi. Düzdür, bir
az keçəndən
sonra Bahəddin bəy deyəcəkdi ki, sevdiyim iş
"bir yerdən sonra, sanki romantikasını
itirdi. "Sərt"
analitikadan bədii publisistikaya meyllənməyim
də bəlkə bundandır; o itirilmiş,
ya da, nə
bilim, bəlkə əlimizdən alınmış,
əlimizdən düşüb
sınmış yaradıcılıq
romantikasını qaytarmağa
çalışıram yəqin.
Sadəlövhcəsinə!"
Amma yox, kitabda mövzusu, aktuallığı,
müəllif yanaşması
ilə yenə də maraq doğuran
materiallar, zamanla polemika ruhunu saxlamış o yazılar
göstərir ki, müəllifin hüceyrələrinə
hopmuş həmin yaradıcılıq romantikası
yerində və enerjisini saxlamaqdadır.
Qəzet və sayt yazıları
tarixin saniyə əqrəbləri kimi günün nəbzinin necə döyündüyünü
göstərir. Bu yazılar
kitaba çevrildikdə
isə zamanın yaddaşı və hekayətçisi rolunu oynayır. Nə yaxşı ki Bahəddin bəy orda-burda səpələnmiş
yazılarını kitab
şəklinə salaraq
zamanın publisistik fotosunu çəkməkdə,
yaddaşı bərpa
etməkdə, üstündən
zaman keçmiş hadisələrin görünməyən
çalarlarını, ümumən
mahiyyəti qavramaqda bizlərə
yardımçı olur.
Kitabda
son illərdə müəllifin
publisist, jurnalist, yazıçı kimi qələmə aldığı xatirə-povest, məqalələr,
esselər, gerçək
hadisə və şəxslərin həyatı
haqqında yazılmış bədii-sənədli
hekayələr yer alıb. Xatirə-povestin xüsusən diqqətini
cəlb edəcəyinə
əminəm, çünki
əsər bir növ bioqrafik səciyyə daşıyır.
Əsərdə ölümcül-ölümsüz
həqiqətlərdən və
bir məslək və qələm adamının bu həqiqətlərə münasibətindən,
ən başlıcası,
müəllifin qarşılaşdığı
acı məhrumiyyətlərdən, hətta
ölüm təhlükələrindən
söz açılır.
Bahəddin Həzinin bədii
yazıları da, publisistikası da istedad və həqiqətlə yoğrulub.
Nədən yazırsa, gerçəyi
görür, həqiqətə
sadiq qalır, çünki qələmin
müqəddəs vəzifəsinin
həqiqəti yazmaq olduğunu gözəl bilir. Ona görə də
heç vaxt həqiqətə arxa çevirmir, həmişə
haqqın yanında olur. Belə adamlar üçün
hansısa gücün
cazibəsi, zalımın
süfrəsi anlayışı
yoxdur, onların yeri məzlumların və həqiqətin yanındadır. Bu isə isə istedad məsələsi deyil, vicdan və
insan xarakteri məsələsidir. Bahəddin bəy
təkcə parlaq istedad daşıyıcısı
deyil, həm də mənəviyyatlı
və vicdanlı qələm adamıdır.
Vicdana, əxlaqa, mənəviyyata söykənməyən
istedad qumdan tikilmiş ev
kimidir, iz qoymadan dağılır.
Bir tərəfdən
məşğul olduğu
sahənin gündəlik
dramatizmi, digər tərəfdən yaşadığımız
dövrün dramatik hadisələri, tez-tez dəyişən gərgin
situasiyalar Bahəddin bəyi tez müdrikləşdirib. Onun həyat
qənaətlərinin bir
hikmət halına gələrək yazılarına
hopması isə təəccüblü deyil.
Kitabdakı yazıları oxuyarkən
siz bu hikmətlərlə
rastlaşacaqsız. Bəzilərinə
diqqət edək:
"Bəşəriyyət sevməyə
daha çox vaxt ayırsaydı, ərzaq qıtlığından
və silah bolluğundan eyni vaxtda bu qədər
əziyyət çəkməzdi"
"Qürur - təkcə
sevdiyinin qarısında
əyiləndə sınmır".
"Vətəni dəlicəsinə
sevmək olar, ancaq ona ağılla
xidmət etmək mümkündür. Vətən də dövlətin
simasında adekvat qarşılıq verəsidir.
Vətən sevgisi də qarşılıqlı
olanda sevgidir, qarşılığı olmayanda
mütləq tərəflərdən
biri əzab çəkir..."
"Yaradıcılıq tənha
xoşbəxtliyin (və
tənha bədbəxtliyin)
olayıdır..."
"Əlində qələm
olana dəyər verin! Çünki o, bir dəyərdir.
Allahın da əlində
qələm var".
"Həqiqətə münasibət
yaradıcı məsləyin
özülüdür"
"İlahinin hər kəsdə bir cür şəkli var və bu
şəkillərin hamısında
Allah çox gözəl
düşüb"
"Böyük ədəbiyatın,
yüksək sənətin
hədəfində çox
hallarda heç zamanla yarışmaq yoxdur. İllərin müşahidələri, hətta bəlkə də əsrlərin hikmətləri üstündə
qurulur. Ancaq media, hətta publisistikası
ilə belə yenə də günün şəklidir;
"gündəm ədəbiyyatı"dır.
Ona görə də mediada, efirdə sərgilənən məddahlıq,
yaltaqlıq antitelləri
çox qısa zamanda milli qan-damar
sistemimizə sorulur, bu zəhər çox sürətlə
ictimai orqanizmə yayılır və ağır-ağrılı fəsadlar
verir".
Belə fikirlərə kitabı oxuduqca çox rast gələcəksiniz. Bu fikirlərin oxucularda dərin təəssüratlar
yaradacağına əminəm,
çünki özündə
dərin mənalar daşıyan həmin qiymətli fikirlər hansısa kitablardan iqtibas olunmur, müəllifin dərin həyati müşahidələrinin
və qənaətlərinin
nəticəsi kimi meydana çıxır.
Bu baxımdan kitabdakı portretlər qalereyası da ciddi maraq doğurur.
B.Həzi həm cəmiyyətdə, həm
də şəxsi və yaradıcılıq
taleyində özəl
yeri və izi olan şəxsiyyətlərin
portret cizgilərini cızmaqla təkcə kollektiv portret yaratmır, həm də kitabın "Yaşıl köynəkli
oğlan" bölməsində təqdim etdiyi maraqlı yazılarla bizləri müasirlərimizin dərin
qatdakı fikir və düşüncələri
ilə tanış edir. Kitabdakı "İtirilmiş paradiqmalar"
və "Mərhəmət
ətri" adları
altında toplanmış
publisistik və bədii yazılarda isə müəllif bizləri
bir göy qübbəsi altına toplamış zamanın fərqli mənzərəsini
verir.
İnsanın könül yarpaqlarını
tərpədə bilən
hər hansı əsər, istər şeir olsun, istər nəsr, yaxud publisistika, fərq etməz, musiqi kimi bəlli
ovqata bağlıdır;
insan ruhunun ehtiyaclarına köklənə
bilir. Belədə insan
düşdüyü situasiyanın bütün çalarlarını görüb duya bilir. B.Həzinin "Ölümcül
həqiqətlər" kitabı oxuculara
məhz həmin duyğularə yaşatmaq
üşün yazılmışdır və
həm də bu cəhətinə görə
çox qiymətlidir.
Qulu
MƏHƏRRƏMLİ
Professor
525-ci qəzet.- 2023.- 31 mart.- S.11.