Bayrama bayram qatan teatr qastrolları

 

"Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. Teatr Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır" - deyirdi Ümummilli lider Heydər Əliyev. Ulu öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə sevgisi, diqqət qayğısı hər kəsə məlumdur. Bu məhəbbəti ilə dünya liderlərinə ən gözəl nümunə olan Ulu öndərin 100 illik yubileyi Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərlə qeyd olunur.

"Heydər Əliyev İli" çərçivəsində keçirilən bu tədbirlərin bir mühümü geridə qoyduğumuz Novruz bayramı günlərində yaşandı. Bu bayram günlərində Bakıdakı səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxdı.

Proqram çərçivəsində ilk qastrola çıxan kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı oldu. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərlə "Şəbədə" tamaşası ilə görüşdü.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti 22 martda Salyan Lənkərana səfər etdi. Kuklaçılar M.F.Axundzadənin "Müsyö Jordan dərviş Məstəli şah" tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında, sonra isə Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq evində nümayiş etdirdilər.

Xatırladaq ki, Azərbaycan Dövlət Kukla Teatrı 10 mart - Milli Teatr günü münasibətilə teatrın nəzdindəki "Oyuq" teatr-studiyasının uşaq qrupu ilə birlikdə Zəngilan rayonunun Ağalı kəndində bədii proqramla çıxış etmiş, "Müsyö Jordan dərviş Məstəli şah" komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını göstərmişdi. Bayram tədbiri "Oyuq"çuların "Can Qarabağ" adlı rəngarəng konsert proqramı ilə davam etdi.

İşğaldan azad olunan yaşayışın bərpa olunduğu kənd qəsəbələrimizə səfər etməyi özünün müqəddəs vəzifəsi sayan kuklaçılar Novruz bayramında həmçinin, Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində təşkil olunan bayram şənliyinə qatılaraq Talış sakinləri ora təşrif buyuran qonaqlar qarşısında da eyni proqramla çıxış etdilər.

Martın 22-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında eyniadlı tamaşa ilə Gəncə teatrsevərlərinin qonağı oldu.

Ertəsi gün-martın 23-də Mingəçevirdəki teatr bayramının səbəbkarı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı idi. Teatr İbrahim Sadıxovun "Molla Nəsrəddinin beş arvadı" əsərinin tamaşası ilə mingəçevirlilərin bayramını təbrik etdi. Həmin gün Şuşa Dövlət Musiqili Dram Teatrı Qusar Dövlət Ləzgi Dram Teatrında "Lənkəran xanının vəziri"ni qusarlı tamaşaçılarla görüşdürdü.

Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində "Pantomim buketi"ni nümayiş etdirdi. Martın 26-da Sumqayıt teatrsevərlərinin görüşünə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə "Dəcəl keçi" getdi. Martın 27-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Məlikməmməd" nağıl-tamaşası ilə Şəkidə teatrsevərlərin qarşısına çıxdı.

Beləcə, bir həftə ərzində təkcə paytaxt Bakıda deyil, bütün Azərbaycanda bayram ab-havası, mədəniyyət təntənəsi yaşandı. İnanırıq ki, teatrı qəlbən sevən Ulu öndərin bu sevgisidahi liderin 100 illik yubileyi şərəfinə keçirilən mədəni aksiyalar davamlı olacaq və teatrın insana mənəvi hüzur bəxş edən sehrli dünyasına hər kəs böyük məmnuniyyətlə səyahət edəcək.

 

 Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 31 mart.- S.9.