Böyük Qayıdışa doğru: Ağdam sürətlə
abadlaşdırılır
Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu günlərdə Ağdam rayonuna səfər etdilər.
Səfər zamanı Ağdam
Muğam Mərkəzinin,
Ağdamda "Azərişıq"
ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzinin,
Ağdamda inzibati binanın və Ağdamda salınacaq yeni yaşayış məhəllələrinin təməli
qoyuldu.
Təməli qoyulan Ağdam Muğam Mərkəzinin birinci mərtəbəsində
kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının
yaradılması nəzərdə
tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı,
sərgi salonu, iclas zalı, müəllimlər və
müdir otaqları yaradılacaq, ərazisində
isə min kvadratmetrlik
açıq amfiteatr inşa ediləcək.
Qədim
və zəngin mədəniyyətimizin vizit
kartı muğam, eyni zamanda, xalqımızın
malik olduğu milli mədəniyyətin
koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır.
Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın
təbliğinə son illərdə
istər ölkəmizdə,
istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək
diqqət və qayğı göstərilir.
Muğamın yaşaması, dünyada
layiqincə təbliği
və gələcək
nəsillərə ötürülməsi
baxımından son dövrlərdə
yaradılan muğam mərkəzlərinin müstəsna
əhəmiyyəti var.
Ağdam şəhərində salınacaq
2-ci yaşayış məhəlləsinini
ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin
böyük bir hissəsi yaşıllıq
zonasından ibarət
olacaq. Məhəllə Ağdamın mərkəzi
küçəsində, şəhərin
təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək
yaşayış binalarında
ümumilikdə 1268 mənzil
olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün
ikiotaqlı, 536-nın üçotaqlı,
154-nün isə dördotaqlı
olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında
modern memarlıq yanaşmalarından
və milli naxış elementlərindən
istifadə olunacaq.
Burada idman meydançalarının,
istirahət guşələrinin,
velosiped dayanacaqlarının
və digər zəruri infrastruktur obyektlərinin yaradılması,
geniş yaşıllıq
zolaqlarının salınması
nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik və
yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və
isti su təchizatı
mərkəzi qazanxana
sistemi ilə həyata keçiriləcək.
Binaların inşasında istilik
tutumlu təbii inşaat materiallarından
istifadə olunacaq.
Şəhərdə inşa olunacaq inzibati bina zirzəmi və beş mərtəbədən ibarət
olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil
dayanacağı, mülki
müdafiə sığınacağı,
texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq.
Binanın birinci mərtəbəsində rayon statistika
idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
rayon şöbəsi, Qida
Təhlükəsizliyi Agentliyinin,
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin
regional bölmələri, Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət
şöbəsi, Məşğulluq
Mərkəzi (DOST mərkəzi),
Dövlət Aqrar İnkişaf Mərkəzi,
Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.
İkinci mərtəbədə 7 iclas
otağı, 8 açıq
ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan
Respublikasının Prezidentinin
xüsusi nümayəndəliyinin
qərargahı, iki hissəyə bölünə
bilən ziyafət zalı yaradılacaq.
Dördüncü və beşinci
mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq. İnzibati binanın qarşısında tədbirlərin
keçirilməsi üçün
parad meydanının,
sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.
Ağdam şəhərində bir
neçə xüsusi
əhəmiyyətli mərkəzlərin
və yaşayış
binalarının təməlini
qoymaqla Prezident İlham Əliyev Ağdamın nəzərdə
tutulduğundan da sürətlə Böyük
Qayıdışa hazırlandığını
göstərdi. Prezident İlham Əliyevin
Ağdama mütəmadi
səfərləri, göstərdiyi
diqqət və qayğı bu bölgədə tikinti-quruculuq
işlərinin ahəngdarlığını
daha da artırır.
Xatırladaq ki, Ağdama bundan öncəki səfəri zamanı Prezident şəhər üçün
çox önəmli
olan 1 saylı məktəbin, gələcəkdə
yeni iş yerlərinin yaradılması
üçün Ağdam
Sənaye Parkının,
İmarət kompleksinin,
Ağdamda İşğal
muzeyi və Zəfər muzeyinin, şəhərin içində
125 hektarlıq böyük
bir meşə
sahəsinin təməli
qoyub. Baş Plana görə, Ağdamda süni göl yaradılacaq, kanallar, körpülər
inşa ediləcək.
Hazırda Baş Plana əsasən
tikinti quruculuq işləri sürətlə
davam etdirilir. Bir sözlə, ən qısa zamanda ağdamlı keçmiş
məcburi köçkünlərin
əzəli-əbədi dədə-baba
yurdlarına qayıtması,
Ağdama Böyük
Qayıdış üçün
çox böyük işlərə imza atılır. Bu da illərdir vətən, yurd həsrəti çəkən
ağdamlılar tərəfindən
böyük sevinclə
qarşılanır. Bu
gün Prezidentin qətiyyəti, cəsarəti,
ordumuzun rəşadəti,
milli birliyimiz sayəsində işğaldan
azad edilən, erməni vandallarının
daşı-daş üstündə
qoymadıqları Ağdam
şəhəri yenidən
bərpa edilərək
dünyanın ən gözəl məkanlarına
çevrilir. Qarabağın mərkəzi sayılan, mənfur ermənilər tərəfindən yerlə-yeksan
olunan Ağdam yenidən qurulur. Özü də Ağdamın qədim ruhunu saxlamaqla. "Qafqazın Xirosiması"
olan Ağdamın indi çox sürətlə dirçəldiyinin
şahidi oluruq. Bu gün Ağdamda
reallaşan layihələr
Böyük Qayıdışın
tərkib hissəsidir,
tezliklə bu gözəl diyarın əzəli sakinlərinin
tarixi torpaqlarına əbədi Qayıdışının
şahidi olacaqlar.
İşğalçıların tamamilə
viran qoyduqları, bir salamat bina
belə saxlamadıqları
Ağdamın yenidən
qurulması üçün
işlərə xeyli
vaxtdır ki, start verilib. Azad edilmiş ərazilər üzrə
ilk baş plan Ağdam
rayonuna aid olub.
Qeyd edək ki, Ağdam
1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri
tərəfindən işğal
olunmuşdu. Qarabağın
mərkəzində yerləşən
Ağdamın 846,8 kv. km-i,
yəni 77,4 fazi, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi.
Rayondakı 38 kolxoz-sovxozun
26-sı, 129 səhiyyə obyektinin
105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin
199-u, 24 tikinti təşkilatı,
67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal
altında qalmışdı.
Erməni işğalı nəticəsində Ağdama
13 milyard 135 milyon
ABŞ dolları məbləğində
ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq
nümunələri, postsovet
məkanında birinci,
dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə
dağıdılıb.
Ağdam düşmənlə döyüşlərdə
6000 şəhid verib,
onlardan 16-sı Azərbaycanın
Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun
160 min nəfər əhalisindən
143 min nəfəri öz
ölkəsində məcburi
köçkünə çevrilib.
İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı
tərk etməsi Prezident İlham Əliyevin müdrik siyasi liderliyi, yüksək sərkərdəlik
qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki
uğurlu hərbi əməliyyatları nəticəsində
mümkün olub.
Belə
ki, 2020-ci il
sentyabrın 27-də Ermənistan
Silahlı Qüvvələrinin
cəbhədəki təxribatının
qarşısını alan
Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd
və qəsəbəni,
strateji yüksəkliyi
düşməndən azad
edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə
üçrəngli bayrağımızın
ucaldılması ilə
nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan
Ordusunun qələbəsi
ilə başa çatıb. İşğalçı
erməni silahlı birləşmələri ordumuzun
dəfedilməz hücumu
qarşısında tab gətirə
bilməyərək xeyli
itki ilə geri çəkiliblər.
Bununla yanaşı, düşmənin
minlərlə canlı
qüvvəsi, hərbi
texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi
Azərbaycan Ordusu qarşısında müqavimət
göstərməyin faydasız
olduğunu anlayaraq kapitulyasiya sənədinə
imza atmağa məcbur olub.
Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb və həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub, orada bayrağımız ucaldılıb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilən Ağdamda olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.
Millət vəkili Aqiyə Naxçıvanlı bildirib ki, Ağdam sürətlə yenidən qurulur və artıq çox az müddətdən sonra bir zamanlar erməni işğalı səbəbindən öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Bu gün Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir. Prezident İlham Əliyevin birbaşa göstərişləri əsasında artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir: "Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun məruz qaldığı erməni vandalizminin nəticələrinin tezliklə tamamilə aradan qaldırılmasına və bu torpaqların yenidən dirçəlməsinə misilsiz töhfələr verəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 9 may.- S.15.