"Şuşanı azad etdiyimiz vaxt sanki dünya mənim oldu"

 

Müsahibimiz Vətən müharibəsində Murov yüksəkliyi, Füzuli, Hadrut, Daşaltı nəhayət, Şuşanın azad edilməsində şücaət göstərmiş, dövlətimiz tərəfindən "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmiş qəhrəman baş çavuş, Xüsusi Təyinatlı Qüvvələrimizin mənsublarından olan Hilal Əliyevdir.

- Hilal bəy, hərb sənətini seçmək məqsədinizlə başlamaq istərdik söhbətimizə. Niyə məhz hərbi seçdiniz?

- Hərb sənətinə mənim hələ uşaq yaşlarımdan, həyatı yeni-yeni dərk etməyə başladığım zamanlardan həvəsim yaranmışdı. Bu, mənim uşaqlıq arzum idi.

- zamandan bəridir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirsiniz? Niyə XTQ kimi çətin ağır istiqamətə yönəldiniz?

- 2010-cu ilin 23 sentyabrından mən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirəm. Bu dəstəyə qoşulmaq, burada xidmət etmək mənim ən böyük arzularımdan biri idi. Çünki torpaqlarımızı uzun illər işğalda saxlamış, xalqımıza olmazın zülmlər etmiş düşmənə qəzəbim, nifrətim sonsuz idi zamanı gələndə ona ağır zərbə vura bilmək fürsətini gözləyirdim. Bunun üçün Xüsusi Təyinatlı Qüvvələrin ən güclü yol, ən güclü dəstə olduğunu bilirdim buna görə burada xidmət etmək qərarını aldım.

- Müharibənin başlamasını necə xatırlayırsınız? Həmin anlarda ilk düşündüyünüz oldu?

- Müharibənin başlaması həm sevindirici, həm kədərli bir vəziyyət idi. Sevindirici idi, ona görə ki, illərlə özünə arzu etdiyim bir həyatı yaşayırsan, içindəki qisas hissini çıxartmağa nəhayət nail olursan, torpaqlarının azad olunması üçün gedən müharibədə sən varsan addım-addım torpaqlar azad olunur. Düşünürsən ki, illərdir öz yurd-yuvalarından didərgin düşmüş, vətən həsrəti çəkən soydaşlarının həsrəti bitəcək, həmçinin, amansız düşmən tərəfindən qətlə yetirilən, qurban edilən həmvətənlərinin qanı yerdə qalmır, onların qisası alınır. Bütün bunlara görə insan fərəh, qürur hissi keçirir. Həmin an yadına düşən, qəlbinə nisbətən olsa narahatlıq, ya da həsrət toxumu səpən isə geridə qoyub gəldiyin, səni evdə sağ-salamat gözləyən övladın olur.

- Müharibə müddətində ən ağır gününüz, anınız hansı olub?

- Demək olar ki, müharibənin bütün ağır günləri bizə adi gəlirdi. Relyef, şərait olaraq bütün ağırlıqlara, çətinliklərə biz illərlə hazırlaşmışdıq. Amma mənəvi ağırlıq verən, çətinlik yaşadan anlar olurdu. O da uzun zaman birgə xidmət etdiyin, çiyin-çiyinə vuruşduğun, canını əmanət etdiyin döyüş yoldaşlarının sənin qollarında, dizlərin üstündə son anlarını yaşayıb, son sözlərini söyləməsidir.

- Bildiyim qədərilə, yaralanmağınıza baxmayaraq, döyüşə geri qayıtmısınız. idi sizi təkrar geri dönməyə vadar edən?

- Füzulidə Daş Karxanası istiqamətində gedən vuruşmalarda düşmən tankının atışı ilə döyüş yoldaşım İlyas Niftəliyev qəhrəmancasına şəhid oldu. Həmin mərminin partlayışı nəticəsində mən ayağımdan ağır yaralandım. Bu halda iki gün döyüşə davam etsəm , döyüş yoldaşlarım zorla məni təxliyə edib Gəncə xəstəxanasına göndərdilər. Orada mənə ilkin tibbi yardım göstərib, cərrahi əməliyyata göndərmək istədilər. Çünki diz qapağım, diz bağlarım qırılmışdı. Dizimin geri qaçmaması üçün xüsusi elastik bantla bağlatdırıb, əməliyyatdan imtina etdim yenidən döyüşə qayıtmalı olduğumu dedim. Həkimlər buna heç cür icazə vermirdilər. Lakin mən israrla geri dönmək istəyirdim, buna görə də özüm ərizə yazıb geri qayıtdım. Bunu etməkdə əsas səbəbim o idi ki, döyüşlərdə dostlarım, silah yoldaşlarım şəhid olmuşdu. Həmin an da orada yoldaşlarım var idi, onlar canını ortaya qoyub vuruşurdular, döyüş əməliyyatlarında iştirak edirdilər. Mən onları tək qoya bilməzdim. Həmçinin, düşmənə qarşı içimdəki nifrət hissi məni yenidən döyüş meydanına qaytardı. Beləcə, yaralanmağıma baxmayaraq, qayıtdım və yenidən ön cəbhədəki döyüş əməliyyatlarında iştirak etməyə başladım.

- Şəhid olan döyüş yoldaşlarınız necə qalıb yaddaşınızda?

- Onlardan çoxu şəhid oldu. Hərəsinin şəhidlik anını fərqli-fərqli xatırlayıram. Vurularaq dərhal yerində canını tapşıranlar, bədənlərinin bir hissəsi qopano hissəni özləri görərək şəhid olanlar oldu. Hər birinin itkisi mənimçün çox ağır idi, bütün şəhidlərimiz əzizdir. Amma ən yaxın dostum, silahdaşım, xidmətə ilk başlayandan ən yaxın olduğum, qardaş dediyim Tural Abdullayevin şəhid olması mənim üçün ən çətin itkilərdən biri idi.

- Şuşa döyüşləri haqda danışmaq istərdik. Əliyalın halda amansız düşmən üzərinə getmək necə bir cəsarət idi?

- Tarixi şəhərimiz olan Şuşanın azad edilməsi bizi qələbəyə daha çox yaxınlaşdıracaq, düşmənin məğlubiyyətini qaçılmaz edəcəkdi. Biz Laçın istiqamətindən Şuşaya gedən yolu beş kilometr öndən bağlayaraq, iki gün öncədən düşmən qüvvəsinin qarşısını almışdıq. Növbəti gün səhər saat 5-6 radələrində Şuşaya daxil olduqorada düşmənlə amansız döyüşə girdik. Dumanlı, çiskinli, şaxtalı bir hava idi. Çox ağır döyüş idi, amma düşmənə olan nifrət və cəsarətin qarşısında kim olmağından asılı olmayaraq, heç kim dayana bilməzdi, bilmədi də. Bu, 30 ildə yığılmış bir kin, tarixən yaşadıqlarımızın bizə verdiyi cəsarət idi.

- Şuşaya daxil olarkən hansı hissləri keçirdiniz?

- Şuşanı azad etdiyimiz vaxt sanki bütün dünya mənim oldu. Özümü ən böyük arzuma çatmış kimi hiss etdim. Çünki mənim uşaq yaşlarımdan hərbçiliyi seçməyimin əsas səbəblərindən biri idi Şuşanın azad olunması. Şuşa mənim üçün ən əziz, ən müqəddəs yerlərdən biridir. Orada döyüşənlərdən, Şuşanı azad edənlərdən və oraya ilk daxil olanlardan biri olmaq mənim üçün ən qürurverici amildir.

- Qələbə xəbərini alarkən harda idiniz və necə qarşıladınız bu xəbəri?

- Səhər saat 7-8 radələri olardı, Şuşanın üst istiqamətində, 5 kilometr öndə, Laçın dəhlizi istiqamətində mövqelərdən düşmən istiqamətində müşahidə apararkən qrup komandirinin rabitəsindən qələbə xəbərini eşitdim. Rabitədən tabor komandiri yüksəkdən səslənərək bildirdi ki, artıq müharibə bitib, qələbə bizimdir. Bu xəbəri ən gözəl hisslərlə qarşıladıq. Fikrimcə, həyatda ondan ali, ondan gözəl hiss yoxdur.

- Müharibə ilə bağlı nəyi "əbədi unutmaram" deyirsiniz?

- Müharibə ilə bağlı qollarımda, dizlərimdə can verən döyüş yoldaşlarımı və o ölümün qarşısında çarəsiz qaldığımız anları əsla unutmaram.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 9 may.- S.13.