Həsən Həsənovun "Parlaq, xarizmatik şəxsiyyət
haqqında xatirələr"i çapdan
çıxıb
Bu günlərdə Azərbaycan
Respublikasının keçmiş
xarici işlər naziri (1993-1998), tarixçi
alim, diplomat Həsən
Həsənovun Ümummilli
lider Heydər Əliyevə həsr olunmuş "Parlaq, xarizmatik şəxsiyyət
haqqında xatirələr"
kitabı işıq üzü görüb.
Kitab Ümummilli
lider Heydər Əliyevin çoxillik titanik fəaliyyətindən,
onun məhz hansı keyfiyyətlərinə
görə Azərbaycan
Xalqının Ümummilli
lideri mövqeyinə yüksəlməsindən bəhs
edir. Qeyd olunur ki, sovet dövründə azərbaycanlı siyasətçilərin
və ziyalıların
iki tipi formalaşmışdı.
Onlardan bəziləri Moskvanın
iradəsinə tabe olaraq xalqın ruslaşdırılması və
milli maraqların kommunist ideologiyasına tabe etdirilməsi siyasəti ilə razılaşırdı. Lakin azərbaycanlı
siyasətçilərin və
ziyalıların başqa
bir tipi də var idi. Onlar mövcud vəziyyətlə əlaqədar
sovet dövləti və kommunist partiyası strukturları ilə əməkdaşlıq
etsələr də, öz qarşılarına
xalqın maraqlarını
müdafiə etmək,
milli şüuru daha da inkişaf
etdirmək və gücləndirmək kimi ali məqsədlər
qoymuşdular. Bunu yalnız
ikinci tipə mənsub siyasətçilər
bacarırdı. Heydər Əliyev
onların ən parlaq nümayəndəsi
idi. Onilliklər boyu hakimiyyətdə
olan bu dahi
şəxsiyyət öz
həyatını milli
maraqlar uğrunda mübarizəyə həsr
edib, Sovet İttifaqının beynəlmiləlçilik
ideologiyasının sərt
tələbləri çərçivəsində
Azərbaycan xalqının
milli şüurunun güclənməsinə nail olub.
Bir neçə onillik ərzində yüksək
dövlət vəzifələrində
çalışan Heydər
Əliyev bu fəaliyyəti sayəsində
həm öz xalqı, həm də dünyanın aparıcı siyasi xadimləri arasında böyük nüfuz qazanıb.
"TEAS
Press" nəşriyyatında çap edilən və "Heydər Əliyev İli"nə
töhfə olan kitab bu günlərdə
"Libraff" kitab mağazalarında satışa
çıxarılıb.
ŞAHANƏ
525-ci qəzet.- 2023.- 9 may.- S.9.