Böyük Qayıdışa doğru: Füzuli rayonunda əsaslı quruculuq vüsət alıb

 

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında geniş quruculuq işləri, Böyük Qayıdışa şərait yaradacaq tədbirlər sürətlə uğurla həyata keçirilməkdədir.

Bu günlərdə Prezident  İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın  Xocavənd Füzuli rayonlarına səfər ediblər. Səfər zamanı onlar Tuğ kəndində həyata keçiriləcək turizm layihələri ilə tanış olublar.  Prezident İlham Əliyev burada İnzibati Mərkəzin ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi həyata keçirilib.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, "Hadrut" qovşaq yarımstansiyasının Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları olub.

Cənab İlham Əliyev Mehriban xanım Əliyeva həmçinin, Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində, Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışında iştirak edib, Dədəli kəndinin təməli qoyulub. Bildirilib ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək. Kənddə çoxfunksiyalı inzibati bina, məscid mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət yaşıllıq zonaları, klub-icma mərkəzi kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.

Dədəli kəndi tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Bildirilib ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər əhəmiyyətli küçə yolların eni 24, yerli əhəmiyyətli küçə yolların eni isə 20 metr olacaq.

Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşıllıq zolaqları, sağlamlığa faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə yolların isə ikizolaqlı olacağı planlaşdırılır.

Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi kommunikasiya xətlərinin layihəsi vahid işçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səkilərinin altından keçəcək elektrik, qaz, su, rabitə, kanalizasiya yağış sularının axıdılması xətləri ilə birlikdə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət vəsaitinin qənaətinə, işlərin optimallaşdırılmasına yüksək səviyyədə əlaqələndirilməsinə imkan yaradacaq, habelə kommunikasiya şəbəkələrinin paralel çəkilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan verəcək.

Cənab İlham Əliyev Mehriban xanım Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olub, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər. Onlar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Sonra Prezident İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya yağış suları sistemləri kompleksinin təməlini qoyub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov bildirir ki, ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsi birinci texniki dərəcəyə uyğun tikilib. Yol 4 hərəkət zolağından ibarətdir: "Yolun 8,2 km-lik hissəsinin üzərində 4 avtobus dayanacağı, uzunluğu 79 metr olan bir ədəd körpü 15 ədəd müxtəlif diametrli suötürücü borular tikilib təhvil verilib. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir. Həmçinin, yolda 8 ədəd müxtəlif suötürücü boru heyvan keçidləri daxil olmaqla 7 düzbucaqlı boru inşa edilib".

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidovun sözlərinə görə, Dədəli Pirəhmədli kəndlərinin ərazisi müvafiq olaraq 314 hektar 178 hektar təşkil edəcək. Ümumilikdə Dədəli kəndində 1 050 ədəd, Pirəhmədli kəndində isə 565 ədəd fərdi yaşayış evləri tikiləcək: "Qeyd etmək istərdim ki, hər bir evin həyətyanı sahəsi 1200 kv. m olacaq. Birinci mərhələ üzrə iki kənddə birlikdə 607 ədəd ev inşa olunacaq. Kəndlərdə sosial infrastruktur layihələri - məktəb, bağça, idman klubu, tibb mərkəzi, bazar, məscid, ticarət obyektləri inşa olunacaq. Kəndlərdə tarixi ənənələri qorumaqla müasir üsluba malik olan istilik tutumlu evlər layihələndirilib. Bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq. Kəndlərdə tikinti işlərinin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır. Şəhərdaxili yolların ümumi uzunluğu - 87.34 km təşkil edir. İlkin mərhələdə 18.47 km uzunluğunda yolun inşası nəzərdə tutulub. Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları mövcud olacaq. Prospektlər 4 zolaqlı, küçə yollar isə 2 zolaqlı olacaqdır".

Eldar Seyidov vurğulayıb ki, layihə Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, həmçinin, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması digər işlərin görülməsi nəzərdə tutulur: "Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. Qalan 20 faizinə xidmət göstərən su anbarı 2-ci mərhələdə inşa ediləcək. Bu su anbarın tikintisi ilə şəhərə köçəcək sakinlərimizin daimi su təchizatı təmin olunacaq".

Füzuli şəhərinin Baş Plana əsasən, orada Qələbə parkı Memorial parkı, 6 məhəllə parkı şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko-parkın salınması planlaşdırılıb. Bununla yanaşı, yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumiorta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası nəzərdə tutulur.

Baş Planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət - idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit seçilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov qeyd edib ki, Baş Plana əsasən, rahatmüasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir: "Planda sakinlərinin və sahibkarların rifahı üçün rəqəmsal həllərdən istifadə etməklə ənənəvi şəbəkələrin və xidmətlərin daha səmərəli edilməsi məqsədilə "ağıllı şəhər" yanaşması irəli sürülüb. Bu yanaşmada elektron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kadrların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin optimal əlaqələndirilməsi və digər mühüm mövzular öz əksini tapır: "Digər yanaşma - "Blue zone" isə insanların sağlamuzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib. Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib". Qeyd edək ki, Baş Plan 2040-cı ilə qədərki inkişaf dövrü əhatə edir.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.-11 may.- S.15.