Nə xoşbəxtdir bu dünyada sevənlər
Məhəbbətin hikmətini duyarlar,
Öz ömrünü sevgisinə
qıyarlar,
Ülvi
hissi uca zirvə sayarlar -
Nə xoşbəxtdir
bu dünyada sevənlər.
Sevmək
özü imtahandır,
sınaqdır,
Bəzən ağır məzəmmətdir,
qınaqdır,
Sevilərsə, qüssə-qəmdən uzaqdır,
Nə xoşbəxtdir
bu dünyada sevənlər.
Əsl eşqin son ünvanı vüsaldır,
Sevənlərə sevgiləri halaldır,
Hər insanı saf sevgisi ucaldır,
Nə xoşbəxtdir
bu dünyada sevənlər.
Sevənlərin könülləri xoş
olar,
Arzuları qanadlanmış quş
olar,
Sevgiləri səadətə qovuşar;
Nə xoşbəxtdir
bu dünyada sevənlər.
Dünyada sözüm qalacaq
Bu torpaqda boy atdımsa,
Bircə
şeir yaratdımsa,
Sözdən qala ucaltdımsa,
Dünyada sözüm qalacaq.
Şeir
qoşum fəsillərə,
Töhfə olsun nəsillərə,
Körpü olsun könüllərə;
Dünyada sözüm qalacaq.
Sözdür mənim şöləm-şamım,
Tükənməz şair ilhamım,
Qara torpaq son ünvanım,
Dünyada sözüm qalacaq.
Şeir
etdim neçə sətri,
Hər birində çiçək
ətri,
Gözümü yumsam əbədi,
Dünyada sözüm qalacaq.
Bəxtsiz qadın
Taleyini yazan yazıb beləmi,
Ürəyində min dərd yatır, nədəndir?
Qara bulud alıb başın üstünü,
Gözlərində Günəş batır, nədəndir?
Yollarını boran kəsir, qar kəsir,
Yolun üstə
külək əsir, yel əsir.
Həyat səni yıxmağamı
tələsir?
Sevincinə kədər qatır, nədəndir?
Özün gözəl, sanki
dünya maralı,
Görən nədən könlün olub yaralı?
Günün keçir həm
ağlı, həm qaralı,
Ahü zarın
göyə çatır,
nədəndir?
Yazdığına pozu yoxmu fələyin?
Gül-çiçəkli yazı yoxmu fələyin?
Qəmi sevincindən çoxmu fələyin?
Sevinc alıb dərdi
satır, nədəndir?
Anar
MƏCİDZADƏ
525-ci qəzet.- 2023.-12 may.- S.15.