Şekspir dünyası
(Əvvəli
ötən şənbə sayımızda)
Culyetta gecə
vaxtına görə səbirsizdir və Romeo gəlib
çıxır. Lakin xəbər yayılır ki, onun
əri, qızı dəhşətə gətirən bir
iş görmüşdür, onun əmisi oğlu Tibaltı
öldürmüşdür. Qız Romeonun
sürgün edilməsinə görə daha çox
narahatdır. Romeo özünün
sürgün edilməsinə ağı deyir. Dayə Culyettanın kədərini xəbər verməyə
gələndə, Romeo özünü xəncərlə
vurmağa cəhd edir. Lakin rahib onu
inandırır ki, Mantuaya qaçsın. Bu
vaxt yaşlı Kapuletti və Paris həftənin
dördüncü gününü, bu gənc nəcib
oğlanla Culyettanın toy günü kimi təyin edirlər.
Culyetta ilə gecəni bir yerdə, qızın
otağında keçirən Romeo dan yeri söküləndə
getməyə hazırlaşır. Culyetta əvvəlcə
onun getməsinə mane olur, sonra düşünür ki, istənilən
gecikmə təhlükəlidir və onu məcbur edir ki, tez
çıxıb getsin.
Ledi Kapuletti Culyettanın ruhunu yüksəltməyə
çalışır və deyir ki, Paris ona evlənmək
istəyir. Dördüncü gün yaşlı Kapuletti qəflətən
öz qızını qəmgin vəziyyətdə
görür. Culyetta Parisə ərə
getməkdən imtina etdikdə, Kapuletti hirslənir və hətta
Culyettanın sevimli dayəsi də Parisi dəstəkləyir.
Culyetta üçün yeganə
çıxış yolu özünü intihar etməkdir.
Paris Culyettanı rahibin zirzəmisində öz
"arvadı" kimi salamladıqda, qız məəttəl
qalır. Culyetta deyir ki, o, özünü öldürməyə
hazırlaşır. Lakin rahib, bir porsiya
maye içməyi təklif edir ki, bu, ona ölü
görünüşü verəcəkdir. Sonra o, Kapulettilərin sərdabəsinə
uzanıb, dincələcəkdir. Romeo məktubla
qıza xəbər verir ki, onu sərdabədən
götürüb, Mantuaya aparacaqdır.
Kapulettilər şadlanırlar ki, Culyetta Parisi qəbul
edir, toyu bayram etməyi planlaşdırırlar. Culyetta
Kapulettilər qəbrində öz yanında Tibaltın cəsədini
gördükdə, dəhşətli bir fikri ağlına gətirir.
Nəhayət, o, şüşədəki
mayeni içir və sərdabəyə uzanır.
Ledi Kapuletti isə bütün gecəni toya
hazırlaşır. Yaşlı Kapuletti qeyd edir ki, toy musiqisi
matəm musiqisi ilə əvəz oluna bilər.
Mantuyada Romeo sevdiyi Culyettanı yuxuda görür, lakin
onun dostu xəbər gətirir ki, Culyetta
ölmüşdür. Romeonu inandırır ki, zirzəmidə
ona zəhər vermişlər və qız da
özünü öldürməyi planlaşdırıbmış.
Veronada rahib Lourens əmindir ki, Culyettanın saxta
ölümünü xəbər verən məktubu Romeo
heç vaxt almayacaqdır. Culyetta tezliklə
oyanmalıdır, ona görə də rahib qübbəyə
gedir.
Paris kilsə həyətinə gəlir ki, sərdabədə
Culyetta ilə görüşsün. Lakin Romeo və dostu
ora yaxınlaşanda, gizlənirlər. Romeonu,Tibaltın qatili kimi Paris qəflətən
vuruşa çağırır. Lakin
özü öldürülür. Nəticədə
Romeo düşməninin cəsədini dartıb aparır və
Parisi Culyettanın yanında dəfn etmək qərarana gəlir.
Qəbirin içərisində Romeo
Culyettanın gözəlliyindən heyrətə gəlir.
Və Tibaltın cəsədini yoxlayanda, onu
öldürdüyünə görə
bağışlanmasını xahiş edir. Nəticədə o, zəhər içir və
yıxılır ki, ölsün.
Culyetta Romeonun və Parisin ölmələri barədə
rahibin sözlərini eşitdikdə vurnuxmağa başlayır. Rahiblə
birlikdə zirzəmidən getməkdən imtina edən
Culyetta öpüşləri ilə Romeonun dodaqlarından zəhəri
udmaq istəyir.
Lakin gecə gözətçisi gələndə,
Culyetta Romeonun xəncərini əlinə götürüb,
özünə ölümcül zərbə vurur. Kapuletti
qülləsindən qırğını görən gözətçi
hökmdara və ölənlərin valideynlərinə xəbər
göndərir, həmçinin rahibə də bunu
çatdırır.
Oğlunun sürgünə göndərilməsinə
görə artıq qüssədən ölmüş Ledi
Montekkidən başqa hamı gəlir. Rahib izahat
verir ki, o, cütlüyü nikahda birləşdirmişdi,
lakin onun sxemi baş tutmadı. Dostu Romeonun
son məktubunu verir və hökmdar onu oxuyur. Romeo özünü zəhərləmişdir ki,
"Culyetta ilə bir yerdə uzansın". Hökmdar onların atalarını
çağırır ki, öz uşaqlarının məhəbbətinin
sonluğuna şahid olsunlar. Kapuletti və
Montekki qucaqlaşırlar. Hökmdar
sonralar onların bağışladı da, cəzalandırdı
da. Lakin bu vaxt qeyd etdi ki, belə kədərli
hadisələr səssiz qaydada sülhə gətirib
çıxarır.
"Romeo
və Culyetta" dramaturqun daha lirik olan pyeslərindən
biridir və özündə Şekspirin ən yaxşı
poeziyasını əks etdirir: "O danışır" -
Romeo deyir. "Ey parlaq mələk, yenə də
danış". Onlar romantik məhəbbətin
bədbəxtliyi üçün də sözlər
tapırlar. Culyetta dediyi: "Mən sənə daha
çox şey verdim/ Daha çox şeyə də malik oldum,
ona görə də hər ikimiz üçün bu, hədsiz
çox idi" sözləri nakam sevgililərin
ölümündən sonra rekviyem kimi səslənir. Romeo və
Culyettanın Kapulettilərin bağında və ya
Culyettanın otağında cərəyan edən hadisələri
göstəriləndə isə romantik əfsanəvi həzz
atmosferi yaranır. "Romeo və
Culyetta" pyesi dilinin zənginliyinə və rəngarəngliyinə
görə də başqa pyeslərdən fərqlənir.
Hər obraz öz dilində, öz səviyyəsinə
uyğun olaraq danışır. Romeo və
Culyettanın məhəbbət dili torağayın nəğməsindən
heç də geri qalmır. Dayə isə
olduqca sadə və məzəli bir dillə
danışır, onun dili əsərə başqa şirinlik
verir.
Qədim ədəbiyyatın
digər faciəvi
sevgililər barədəki əhvalatları Şekspirin pyesləri
üçün bünövrə rolunu oynayır, "Troya və
Kressida", "Antoni və Kleopatra" əsərlərində
bu, daha aydın nəzərə çarpır.
"Hamlet"
pyesi
"Hamlet" pyesi Şekspirin ilk incisidir, ingilis dilində
olan şübhəsiz ən böyük faciədir. Onun digər
pyeslərindən daha çox müzakirə olunmaqla, insan
psixikası barədəki müəmmaların həll
olunması şəklində diqqət obyektinə
qalxmasını göstərir. Əsrlər
ərzində "Hamlet" çox sayda teatrlar və
aktyorlar üçün məhək daşı rolunu
oynamışdır.
Əhvalatın mənşəyi köhnə şimal əfsanəsində
tapılmışdır, xalq qəhrəmanı Amloti tam
intiqam almaq tapşırığını qəbul etdikdə,
dəlilikdən ürəyi gedir. Saks german xronika
yazanları sonralar bu hadisələri tarixi Danimarka
hökmdarı Amleti ilə əlaqələndirirdilər.
"Hamlet"dəki əhvalat Şekspirin əlində
essentrik xalq qəhrəmanının ailəsində öz
yerini tapmaq istəyən oğulun mübarizəsinə
çevrilir.
Ailə isə yaxın qohumluqlar hesabına
baş verən siyasi hadisələrdən dağılır.
Hərəkət
başlamamışdan əvvəl Danimarka kralı, şahzadə
Hamletin atası Hamlet Norveç kralı Fortinbras tərəfindən
vuruş çağırışına məruz qalır,
onu öldürür və Norveç ərazisinin
yarısını Danimarka üçün tutur. Bu vaxt Norveç kralının oğlu şahzadə
Fortinbras itirilmiş torpaqları geri qaytarmağa
hazırlaşır. Hamletin atası həmin
ərəfədə ölür. Danimarka
kralının titulu Hamletə keçməlidir. Lakin onun anası Gertruda, titulun oğluna keçməməsi
üçün ləngimədən ərə gedir.
Titul isə əvəzində onun yeni əri Klavdinin əlinə
keçir, o, heç də yad adam
olmayıb, Hamletin atasının doğma qardaşıdır.
Nikah Elizabetin standartları ilə böyüyərək,
Hamleti ikiqat təlaşa salır. Bu, onu təkcə kral
olmaqdan məhrum etmir, həm də onun arzusunun tam əksinə
əmisini bir surroqat ataya çevirir. Hamletin
atası kabus kimi özünün faktiki olaraq Klavdi tərəfindən
öldürüldüyünü bildirmək
üçün meydana çıxır və Hamletə əmr
edir ki, onun intiqamını alsın.
Norveçli Fortinbras Danimarkaya qarşı vuruşa
qalxır, Elsinor qəsrini xeyli dəyişdirir. Kabus tərəfindən
artıq iki dəfə xəbərdarlıq edilsə də,
Horatsio gecə yarısı qəsrin mühafizəçilərinə
qoşulur. Herold kabusun nəyə qadir
olduğundan heyrətə gəlir.
Kral Klavdi kraliça ilə nikahına razı
olduğuna görə və öz qardaşı, əvvəlki
kralın ölməsinə bəslədiyi kədərə
görə saraya da yaxşı münasibətini bildirir. Bu vaxt saray
dövlətin problemlərinin ona ünvanlamasını
gözləyirdi. Klavdi səfirləri
göndərir ki, onun qohumu Fortinbrasın qanunsuz xəbərdarlığı
barədəki sözünü ona çatdırsınlar.
Hamletin atasına matəm saxlamasını qurtarmaq barədə
kraliçanın tələbini rədd etdiyi qeyd olunur. Hamlet həm də
anasına onu ədalətsiz qaydada mühakimə etdiyinə
görə xəbərdarlıq edir. Bu
qaydada Klavdi də təkid edir ki, Hamlet onu öz atası kimi qəbul
etsin. Tək qalanda Hamlet özünü
intihar etmək istəyir, anasının və əmisinin
"qanqarışdırıcı mələfəsinə"
qarşı öz hiddətini bldirir. Lakin
Horatsio ona kabus haqqında deyəndə, Hamlet yenə də
intihar barədə düşünür, lakin bunun əvəzində,
istəyir ki, o, özü kabusu görsün.
Laert öz bacısı Ofeliyaya əlvida deyir və ondan
xahiş edir ki, Hamletin ona xüsusi diqqət verməsini qəbul
etməsin. Poloni oğlu Laertə öz məsləhətini
verir, bu məsləhət onun Parisə qayıtmağı barədədir.
Ofeliyaya Hamletin məhəbbət bəsləməsindən
agah olanda isə, Poloni qızına şahzadə ilə
danışmağı qadağan edir.
Mühafizə platformasında Hamlet Klavdinin
davranışına nifrət edir. Kabus görünür
və Hamlet ona öz suallarını verir. Kabus Hamletə göstəriş verir ki,
özünün qatilindən oğlu hökmən intiqam
alsın, deyir ki, "zibilin ovu" olacaq Gertruda asanlıqla
Hamletin əmisi tərəfindən şirnikləndirildi.
Təklikdə Hamlet qəzəbləndi, Horatsioya qoşulub
dedi ki, onlar baş verən hadisəni açmamaq barədə
and içməlidirlər. Onlar tərəddüd edəndə
kabus yerin altından dedi ki: "And için". Dəhşətlənmiş bu adamlar səssiz and
içdilər.
Poloni Reynaldonu Parisə göndərir ki, öz oğluna
qarşı casusluq etsin. Həm də Poloni qızından da daha
diqqətli olmağı tələb edir. Ofeliya
da Hamletin qeyri-stabil davranışından narahat olur. Kral Hamletin uşaqlıq dostları olan
Rozenbrantsı və Gildersterni salamlayır, onları dəvət
etmişdir ki, "Hamletin dəyişilməsini" təhqiq
etsinlər. Səfir məlumat verir ki,
Fortinbras Danimarka ilə vuruşu dayandıracaqdır, lakin
Polşa ilə müharibəni başlamaq üçün
ölkənin ərazisindən keçməyi tələb edəcəkdir.
Poloni mübahisə edir ki, Hamlet Ofeliyaya sevgisinə görə dəli olmuşdur. Klavdi və Gertruda sübut tələb edəndə, Poloni istədi ki, cütlüyün söhbətinə gizli şəkildə qulaq asılsın.
Hamlet, Poloni ondan nə olduğunu soruşduqda qəribə cavab verdi. Lakin Poloni hiss etdi ki, maraq göstərdiyinə görə o, nəsə fikirləşir. Hamlet uşaqlıq dostlarını nəzakətlə qəbul etdi, baxmayaraq ki, hətta onların nəsə bir bəd planları olduğunu hiss edirdi. Onlara dedi ki,"o, sevincini itirmişdir". Rozenbrants qorxdu ki, Hamlet sarayda baş vermiş faciədə heç də sevinc tapmayacaqdır. Lakin Hamlet etiraf etdi ki, o, özü oyunçudur, çünki təkcə o, özünü dəli olmuş kimi göstərir.
Poloni aktyorlara "xoş gəlmişsiniz" deyir. Və nəhayət, Hamlet ehtiram nitqi söyləyir, Eneyi deklamasiya edir. Aktyor Hekuba və Priamın (Troyanın kraliçası və kralı) göz yaşları axıtmağa hesablanmış əhvalatını danışır. Hamlet onlara "Qonzaqanın qətli" tamaşasını göstərir.
Təklikdə, Hamlet uydurulmuş Hekuba üçün aktyorların axıtdığı göz yaşlarını tərifləyir. Axı yunanlar Troyanı məğlub edib, məhv etmişdilər, kraliça varlı şəhər-dövlətin viran qalmasına, oğlanlarının öldürülməsinə görə yas saxlayırdı. Real əzablarına görə, real emosiyaları ifadə etməyə qadir olmadığına görə Hamlet özünü lənətləyirdi. Lakin onun ruhu oyanılmış faciəyə görə yüksəlir. "Pyes bir şeydir / Hardakı mən kralın vicdanını tutacağam".
Poloni və kral Hamletə və Ofeliyaya qarşı casusluq edirlər. Bir anlığa Hamlet öz dünyasında mövcudluğun suallarını seyr etməyə dalır. Sonra o, qıza olan öz sevgisinin qarışıq iddialarına görə Ofeliyanı utandırır. Ofeliya onun belə dəyişdiyini görüb, çox narahat olur. Hamleti və Ofeliyanı birlikdə müşahidə edən Klavdi Hamletin sevgisinə inanmır, Poloninin düşündüklərinə əhəmiyyət vermir. Klavdi heç Hamletin dəli kimi danışdığını da düşünmür.
Axşam tamaşasına hazırlaşanda Hamlet aktyorları təlimatlandırır. Onlara yol göstərir ki, inana bildikləri dost üçün özlərini təbii minnətdar olan kimi göstərməsinlər. Hamlet Horatsiodan xahiş edir ki, Klavdiyə nüfuzedici göz qoysun. Əgər Klavdi təqsir əlaməti göstərmədən tamaşaya gəlsə, onda Kabusun Hamletə ünvanladıqları real olaraq onun atasının ruhu deyilmiş. Aktyorlar və tamaşaçılar gələndə, Hamlet anasına, onun uyğun gəlməyən şən olmasından öz şikayətini bildirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 13 may.- S.22.