Birinci Naxçıvan Kitab Sərgisinin maraqlı proqramı var

 

 

Mayın 13-14-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB Birinci Naxçıvan Kitab Sərgisi açılacaq.

Azərbaycan Nəşriyyatları Assosiasiyasıİctimai Birliyindən (ANAİB) AZƏRTAC-a bildirilib ki, ANAİB, “NaxçıvanUniversiteti HədəfŞirkətlər Qrupunun təşkilatçılığı, eləcə Sirab” ASC-nin Hədəfkurslarının sponsorluğu ilə Naxçıvan Universitetində təşkil olunacaq sərgidə tanınmış qələm incəsənət adamları ilə görüş keçiriləcək, eyni zamanda oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.

Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlil şair Rüstəm Behrudinin imza mərasimləri olacaq. Eyni zamanda, E.Elatlı yeni romanı olanBelçika ovçarka”sını oxucularına təqdim edəcək.

Bundan başqa kitab sərgisində təlimçi Orxan ŞahbazNaxçıvanlılar oxuyur?”, təhsil texnoloqu Şəmil SadiqÇevrənin hissələrimüəllim, şagird valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz ƏzimovTəhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılovOxuyub anlamatəhsildə metabacarıq kimi”, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı professor Qulu MəhərrəmliAzərbaycan jurnalistikası dünəndən bu günəpanelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.

Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.

 

525-ci qəzet.- 2023.- 13 may.- S.13.