“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda
respublika konfransı keçirilib
Mayın
15-də AMEA-nın Folklor
İnstitutunun təşkilatçılığı
ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda
respublika elmi konfransı keçirilib.
525.az xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq
“Heydər Əliyev İli” çərçivəsində
Akademiyanın elmi müəssisə və təşkilatlarında Ulu
Öndərə həsr
olunmuş 20-yə yaxın
respublika və beynəlxalq konfransın keçirildiyini, dahi liderin Azərbaycan ədəbiyyatına, folkloruna,
incəsənətinə, musiqisinə,
arxeologiyasına, Türk
dünyasına baxışını
əks etdirən tədqiqatların aparıldığını
söyləyib. Qeyd edib
ki, AMEA-da aparılan tədqiqatlar, təhlillər Ümummilli
Liderin zəngin irsinə elmi yanaşmanı fundamental sistemli
araşdırmalara keçirir,
bu tədqiqatları gələcək nəsillərə
çatdırmaqla HeydərƏliyevşünaslığı
yeni müstəviyə
qaldırır.
“Heydər Əliyev İli”nə Akademiyanın
töhfəsi olaraq
30-dan çox kitabın
çap ediləcəyini
bildirən akademik İsa Həbibbəyli, həmçinin AMEA-da “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması üzərində
işlərin davam etdirildiyini, ensiklopediyanın
sözlüyünün elmi
müəssisə və
təşkilatlarda müzakirə
mərhələsində olduğunu
deyib.
Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli Ulu Öndərin daim Azərbaycanın xalq mədəniyyətinin, yaradıcılığının
qayğısına qaldığını,
onun qorunması və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlər göstərdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan
xalqının mühüm
tarix və mədəniyyət qaynaqlarından
biri olan “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı ötən əsrdə Məmmədhüseyn
Təhmasib, Həmid Araslı, Məmməd Arif, Əbdüləzəl
Dəmirçizadə və
başqaları dastanla
bağlı tədqiqatlar
apardıqları üçün
təqiblərə məruz
qalmış, Stalinin vəfatından sonra yalnız 1957-ci ildə eposla bağlı araşdırmalara bəraət
verilmişdir. Ulu Öndərin respublikamızda
birinci hakimiyyəti illərində dastanla bağlı tədqiqatların
genişləndirildiyini vurğulayan
akademik İsa Həbibbəyli bildirib ki, müstəqillik illərində eposun 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 1997-ci ilin aprel ayında imzaladığı Fərman,
dastanın UNESCO xətti
ilə dünya miqyasında qeyd olunması, Drezden nüsxəsinin Azərbaycana
gətirilməsi Ümummilli
Liderin Azərbaycanın
xalq mədəniyyətinə
sahib çıxılması istiqamətində atdığı
tarixi addımlardandır.
AMEA rəhbəri vurğulayıb ki, Ulu Öndər “Kitabi-Dədə Qorqud” dastanını ümumtürk
konteksti inkar olunmadan Azərbaycana məxsus olduğunu bütün dünyaya bəyan etmişdir və dastandakı 100-dən
çox yer adının ölkəmizdə
olması da bunu sübut edir.
Akademik çıxışının sonunda bildirib ki, bu gün
Prezident İlham Əliyev tərəfindən
ölkəmizdə bütün
sahələrin, eləcə
də xalq mədəniyyətimizin qorunması,
inkişaf etdirilməsi,
xalq mədəniyyətimizin,
folklorumuzun, musiqimizin
UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına salınması istiqamətində
böyük addımlar
atılıb və bu siyasət uğurla davam etdirilir.
Sonra
AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxış
edərək Heydər
Əliyevin Azərbaycan
xalqının maddi və qeyri-maddi mədəniyyətinin qorunub
saxlanılması, təbliği
və inkişaf etdirilməsi istiqamətində
gördüyü işlərdən
danışıb. Ulu Öndərin
həm sovet hakimiyyəti, həm də müstəqillik illərində daim Azərbaycanın elminə,
ədəbiyyatına, mədəniyyətinə
diqqət göstərdiyini
deyən M.İmanov
1970-80-ci illərdə Ümummilli
Liderin qayğısı
nəticəsində Azərbaycanın
folklorunda və folklorşünaslığında canlanmanın baş verdiyini bildirib. Qeyd edib ki,
həmin illərdə
Kitabi-Dədə Qorqud”,
“Koroğlu” dastanları,
bir çox nağıllarımız, tapmacalar,
bayatılar və lətifələrimiz akademik
səviyyədə nəşr
olunub, Məmmədhüseyn
Təhmasibin, Mirəli
Seyidovun, İsrafil Abbaslı və başqalarının Azərbaycanın
xalq dastanları,
mifologiyası, folkloruna
dair sanballı əsərlərinin işıq
üzü gördüyünü
söyləyib.
Onun sözlərinə görə,
Heydər Əliyevin təşəbbüsü ilə
1972-ci ildə Aşıq
Ələsgərin 150 illik
yubileyinin keçirilməsi,
1981-ci ildə isə Aşıq Alının
180 illik yubileyinin qeyd olunması Azərbaycanın görkəmli
şəxsiyyətlərinə, aşıq yaradıcılığımıza
sahib çıxmaqla bərabər,
həm də Qərbi Azərbaycandakı
mədəniyyətin xalqımıza
mənsubluğu rəsmən
bəyan edilmiş oldu. O, həmçinin Novruz bayramının sovet hakimiyyəti illərində geniş qeyd olunması, müstəqillik illərində
isə milli bayram statusu alması, 1997-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300
illik yubileyinin keçirilməsinin Ulu Öndərin Azərbaycan
xalq mədəniyyətinin
qorunması istiqamətində
tarixi xidmətlərindən
olduğunu deyib.
Akademik Muxtar İmanov bildirib ki, görkəmli dövlət xadiminin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycanın xalq mədəniyyətinin, folklorunun
qorunub inkişaf etdirilməsinə daim dəstək verir, diqqətdə saxlayır.
Tədbirdə, həmçinin AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri,
fil.ü.f.d., dos. Əziz Ələkbərli “Heydər
Əliyev və Qərbi Azərbaycan folkloru”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Heydər Əliyev irsində xalq mədəniyyətinə
münasibətin fəlsəfəsi”,
AMEA Rəyasət Heyətinin
elmi katibi, f.e.d. Sərxan Xavərinin “Heydər Əliyevin dövlət quruculuğu siyasətində
milli cəmiyyətin inkişafı konsepsiyası
və humanitar məsələlər”, AMEA-nın
Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri,
f.ü.f.d., dosent Ağaverdi Xəlilin “Heydər Əliyev və mərasim mədəniyyəti” və
AMEA-nın Memarlıq
və İncəsənət
İnstitutunun böyük
elmi işçisi, sən.ü.f.d., dosent Kəmalə Atakişiyevanın
“Heydər Əliyevin mədəniyyət kursunda
xalq musiqisi məsələləri” mövzusunda
məruzələri dinlənilib.
Konfrans öz
işini bölmə iclasları ilə davam etdirib.
525-ci qəzet.- 2023.- 17 may.- S.6.