Cənnətin meqapolisə
Hər kəsin qaçıb getmək istədiyi bir yer var:
sahil qəsəbəsi,
dağlar, dəniz kənarı, kimsəsiz ada, uzaq ölkələr,
yaxın şəhərlər,
ya da dünyadan
çıxıb getmək...
Baxır
kimin dərdi nədir, kimin yükü nə qədər ağırdır.
Ancaq məsələ burasındadır
ki, hara getsən, beyninə gənə kimi yapışan düşüncələr
də səninlə gəlir. Fikir vermişəm, bircə
muzeylər beyini uyuşduran düşüncələrdən
xilas edəcək iqtidardadır. Mükəmməl bir terapiyadır. Hələ əgər içərisində
yüzlərlə əsəri,
qatbaqat mərtəbələri
varsa, bu, şüuraltının bayramı
deməkdir.
Budəfəki üz tutduğum ünvan belə yerlərdən biri oldu. Dəhlizləri labirint kimidir,
düşünürsən ki, içindən çıxa bilməyəcəm,
bir də baxırsan ki, yol səni digər
bölümə aparır.
Vaxtın sürətli şəkildə
keçdiyini yalnız
saata baxanda fərq edirsən. Bura addımını atdığın anda unudursan; hardan gəldiyini, hara gedəcəyini, az
əvvəl beynini nəyin məşğul etdiyini, bəzən də özünü...
6 aylıq binanın qucaqladığı 141 illik
tarix
Kənardan modern, əsrarəngiz, gecəsi rəngli, gündüzü işıqlı,
ətrafdakı bütün
binalardan fərqlənən
bir memarlıq əsəri kimi görünür, ancaq içərisinə boylananda
görürsən ki,
altı aylıq bu bina əslində,
Türkiyənin ilk Gözəl
Sənətlər Muzeyidir,
yaranma tarixi isə nə az, nə çox,
düz 141 il əvvələ gedib çıxır. Söhbət,
içərisində onlarla
tablonun, heykəlin, fotonun olduğu, müxtəlif həcmlərdə
gotik, renessans, barok, realizm, empresionizm, postimpressionizm, modernizm, kubizm, ekspressionizm, abstraktsionizm, minimalizm üslublarında
sənət əsərləri
ilə zəng İstanbul Rəsm və Heykəl Muzeyindən gedir.
Əsası 1937-ci ildə qoyulub və 70-ci ilə qədər ölkədəki
ilk və tək sənət muzeyi olaraq qalıb. Cümhuriyyət dönəminin başlıca
əsərlərinin toplandığı
muzey Memar Sinan Gözəl Sənətlər Universitetinə
bağlıdır. Eyni zamanda,
ən önəmli rəsm kolleksiyasına sahibdir, hətta ölkənin bir çox böyük rayonundakı sənət muzeylərinin və Dövlət Sənət Qalereyasının qaynağı
statusundadır. On iki min əsərlik kolleksiya Sənayi-i Nəfisə və Memar Sinan Gözəl
Sənətlər Universitetinin
üzvlərinə aiddir.
Atatürkün açdığı muzey
Cümhuriyyətin elan edilməsi ilə ölkədə sənətin inkişafı
artır. Muzey qurulmasına ehtiyac
yaranır və yeni rejim 1937-ci ildə bir dövlət
sənət muzeyi qurmağa qərar verir. Atatürkün
əmri ilə Dolmabağça Sarayının
Vəliəhd Dairəsi,
bu iş üçün Gözəl
Sənətlər Akademiyasının
ixtiyarına verilir. Beləcə,
o dövrdə bütün
böyük Avropa şəhərlərinin maraq
göstərdiyi Luvr Muzeyi modelində, dağılan rejimin simvolu olan bir
muzey yaradılır.
Rəhbəri Xəlil Dikmən olur. "50 illik Türk Rəsm Sərgisi" adı ilə açılan sərgidə rəsm bölümü rəhbəri
Leopold Levyin görüb
bəyəndiyi əsərlər
muzeyə bağışlanır.
Eyni zamanda Osman Hamdi Bəy
dönəmindən qalan
əsərlər, Osmanlı
Dönəmində Muzey-i
Humayun nəzdnində
yaradılan səksən
beş orijinal
tablodan ərsəyə
gətirilən Elvah-ı
Nəqşiyə Kollesiyası
ilə birlikdə 320 əsər toplanır. Həmin ilin sentyabrında açılış edilir.
Dolmabağça Sarayında qalan
Atatürk tədbirə
mənəvi qızı
Ülkü ilə birlikdə qatılır.
Tezliklə, bura o dövr
intellektlərinin məskəni,
akademiya tələbələrinin
isə təhsil həyatlarının bir parçasına çevrilir.
O dərəcədə ki,
muzeyin günlük ziyarətçi sayı
800-ə yaxın olurdu.
Savaş
qapıdan girəndə...
İkinci Dünya müharibəsi başlayana qədər bu dinamika beləcə
davam edir. Müharibənin başlaması ilə muzey qapadılır; savaşın qapıdan girməsi ilə mədəniyyət pəncərədən
çıxır. Həmin ərəfədə
bəzi əsərlər
Anadoluya göndərilir.
Muzeyin fəaliyyətində hətta
savaşdan sonra da müxtəlif səbəblərlə fasilələr
yaranır. Yenidən açılan
muzeydə 1952-ci ildən
1959-cu ilə qədər
ən müxtəlif sərgilər təşkil
edilir, lakin heç biri muzeyi əvvəlki canlılığına yenidən
qovuşdura bilmir.
Bundan əlavə, büdcə və idarəetmə problemlərinə görə
tez-tez qapadılma təhlükəsi yaşayır.
O dönəmin muzey müdiri olan Nurullah Bərk muzeyi əvvəlki izdihamı qaytarmaq üçün hər il iki sərgi açır. Bu sərgilərin içərisində "Yüz
İl Fransız Sənəti Sərgisi"
əks-sədaya səbəb
olur. Görkəmli
şəxsiyyətlərdən Pol Sinyak, Picasso, Xuan Qris, Matisse, Paul Gauguin kimi modern sənətin önəmli adlarının
da olduğu 50 fransız rəssamının
əsərindən ibarət
bu sərginin ziyarətçi sayı
45 minə yaxın olur.
Böyük köç
Muzeyin yerləşdiyi
Vəliəhd Dairəsi
restavrasiya üçün
2007-ci ildə qapadılır. Yenilənmə
işləri altı il sonra
tamamlanır. Ancaq bina
təkrar muzeyin istifadəsinə verilmir.
Buna görə də, əsərlər Topxanada yerləşən
bir liman deposuna daşınır.
Bu binanın layihəsi
1955-ci ildə Səddad
Haqqı Əldəm tərəfindən tərtib
edilir, zaman elə gətirir ki, yarımçıq qalan yeri 2011-ci ildə Əldəmin tələbəsi Əmrə
Arolat yenidən qurur. Təbii ki, təməli
pozulmadan və üst görüntüsünə
uyğun şəkildə
həyata keçirilir.
Bu proses də on il davam
edir.
İnşaatın davam etdiyi bu
müddətdə muzeydəki
əsərlər restavrasiya
edilir. Kolleksiyaların bir qismi Antreponun girişində müvəqqəti sərgi
salonlarında təşkil
edilən sərgi yolu ilə ziyarətçiləri
qəbul edir. Nəhayət, 10 il
sonra davam edən tikinti işlərinin ardından
ötən ilin sonu yenidən açılır.
Kolleksiyalar...
İstanbul Rəsm və Heykəl Muzeyinin kolleksiyası Türkiyənin
yüz illik tarixinin ən önəmli arxivlərindən
biridir. Əsərlər mütəmadi olaraq
sərgilənməyib, lakin
37-ci ildən bəri Akademiya tərəfindən
qüsursuz şəkildə
qorunub. Burada türk və
dünya sənətçilərinə
aid rəsm, heykəl,
antik dönəmlərindən
qalan əsərlərdən
başqa, özəl kolleksiyalar da kolleksionerlər tərəfindən
muzeyə bağışlanıb.
Kolleksiyaya 10140 rəsm, 651 heykəl
daxildir. Rəsm bölümündə
əsasən yağlı
boya olan əsərlər mövcuddur.
Bundan başqa, kolleksiyada 10 ikon, 107 seramik, 79 xəttatlıq əsəri
yer alır. Andre
Deren, Levy, Matisse, Pikasso,
Utrillo kimi sənətçilərin
əsərləri də
burada mövcuddur. Təəssüf ki, 339 əsər
məmurların tələbi
nəticəsində səfirlik
binalarına, xarici dövlət adamlarına hədiyyə olaraq, eyni zamanda, Anadoluda
açılan muzeylərə
verilərək buradan
çıxarılıb. Muzeyə ən son əsər alışı 1980-ci ildə
həyata keçirilib.
Qeyd edim ki, muzeydə
xəttatlıq kolleksiyası
Türk xəttatlıq
sənətinin son ustalarının
örnəkləri də
sərgilənməkdədir.
Osman Hamdi Bəy gerçəyi...
Muzeyin altıncı
mərtəbəsindəki bölmələrdən biri
tamamilə Osman Hamdi Bəyin əsərlərini nümayiş
etdirir. Bura ən çox
maraq görən salonlardan biridir. Yeri gəlmişkən, muzeyin
ideyası Osman Hamdi Beyə məxsusdur. Belə ki,
II Əbdülhəmid dönəmində
sultan, Osman Hamdi bəyi Sənayeyi-Nəfisə
Məktəbinə rəhbər
təyin edir və ilk Osmanlı Təsviri Sənət Məktəbi açılır.
Osman Hamdi Bəy ilk türk arxeoloqudur. Həmçinin, Sidon sarkofaqını tapıb İstanbula gətirən şəxsdir.
İstanbul arxeoloji muzeyinin
qurucusu və ilk muzey rəhbəri olub. Bundan əlavə, Gözəl
Sənətlər Akademiyasının
qurucusudur. Bütün bunları
sənətə qiymət
verilməyən, əksinə,
qarşısında maneələr
yaradılan, cəhalətin
daha kəskin olduğu bir zamanda edib. Həmişə gördüyü işlər bürokratlar tərəfindən əngəllənib
və cəmiyyətdən
heç bir dəstək görməyib.
Ancaq tarixin ədaləti danılmazdır, bu gün həmin bürokratların adı belə bəlli deyil, ancaq Osman
Hamdi Bəy xatırlanır, haqqında
yazılır, əsərləri
göz bəbəyi kimi qorunur.
Hamdi bəyin
ölümündən sonra
onun yerinə təyin edilən Xəlil Edhem Bəy, ideyanı qurmaq üçün hərəkətə keçir
və kolleksiya toplamağa görə, Məclis-I Məbusandan illik min lirəlik əlavə ödəniş
ayrılmasına müvəffəq
olur.
Memar Sinan Gözəl Sənətlər Universitetinin
140 ili münasibəti
ilə keçirilən
tədbirlər çərçivəsində
muzeyin kolleksiyasından
Osman Hamdi Bəy Sərgisi açılıb. Sərgidə 17 tablo ilə birlikdə, Hamdi Bəyə məxsus muzeyin arxivində qorunub saxlanan təltiflər, diplomlar, nişanlar da yer almaqdadır.
Ziyarət üçün 5-6 saat vaxt lazımdır. Çünki əsərlər çoxdur
və nə olursa olsun hər
kəsin bəyənəcəyi
minimum 10-15 əsər olacaq.
Yolu düşən mütləq baş çəksin: bir sahil qəsəbəsi, kimsəsiz ada, dəniz kənarı, dağlardan daha yaxşı təsir edəcək.
Türkan TURAN
525-ci qəzet.- 2023.- 20
may.- S.17.