Vətən ətirli poema

DOĞMA TORPAQLARA QAYIDIŞA İNAM

 

Tanınmış jurnalist Səyyad Ağbabalının çapdan çıxan növbəti kitabı -"Ağbaba" poeması Qərbi Azərbaycan Cəmiyyətində keçirilən tədbirlə oxuculura təqdim olundu. Kitabın ön səhifələrində Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan haqqında müxtəlif vaxtlarda söylədiyi fikirlər, habelə Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı etdiyi çıxışından seçmələr yer alıb.

Poetik söz həmişə canlı diridir. Onun qüdrəti elə bundadır. Bütün dövrlərdə ürəklərə işıq salır, öz təravəti odu, səsi həniri ilə hərəyə bir cürə sevinc bəxş edir, hamıya doğma məhrəm olur. Səyyad Ağbabalının "Ağbaba" poemasını oxuyanda bir zamanlar qoynunda doğulub boya-başa çatdığını doğma Ağbaba elləri, dədə-baba ocaqlarımız gözlərimin önündə yenidən canlandı. Hələlik imansız yağı tapdağında qalan əsrarəngiz yurd yerlərinin sanki ətrini duydum, qoxusunu sinəmə çəkdim. Çünki poemanın bütün bəndləri müəyyən informasiya, fikir məna tutumu ilə elə yüklənmişdir ki, istər-istəməz poetik sözün gücünə bir daha heyran qalırsan. Səyyad Ağbabalı bu əsərlə Ağbaba ellərinin tarixi-mədəni həyat tərzini özünəməxsus bir coşqunluqla təsvir etmiş, bu qədim diyarın bədii-coğrafi xəritəsini yaratmışdır - desək, mübaliğə olmaz.

Bir neçə bəndi istisna etməklə beşlik formasında qələmə alınmış poemanın bütün bəndlərinin son iki misrası "babam" rədifi ilə bitir. Olduqca yerinə düşən ürəkdən gələn poetik bir müraciətdir. Çünki türkün mifoloji təsəvvüründə dağ, daş, qaya müqəddəs sayılmış, türk övladı ona sığınmış, ondan güc qüdrət almışdır. Dağlar diyarı kimi şöhrətlənən Ağbaba mahalının adı da bu əski təsəvvürlərlə bağlı yaranıb, qanımıza, iliyimizə işləyə-işləyə ruhumuza hopmuşdur. Səyyad Ağbabalını ehtiraslı bir ilhamla coşdurub dilə gətirən budur: kökdən köməcə, qandan iliyə süzülüb gələn ulu türk ruhu! bir doğma Azərbaycanımızın tarixi-mədəni xəritəsində ipə-sapa düzülməmiş incilər kimi "dədə", "baba" ad-titullarını daşıyan qədər yer-yurd adlarımız, ziyarətgahlarımız var: Dədəpir, Diribaba, Ağbaba, Dədəgünəş, Sarıbaba, Babadağ, Həsənbaba...

"Ağbaba" poemasının bədii-emosional məzmunu bütün bunları yada salır, oxucunu öz kökünə qaytardıqca onun qan yaddaşını təzələyə-təzələyə ayıq-sayıq olmağa çağırır. Bu baxımdan ədəbi-estetik özəllikləri ilə yanaşı, əsər milli-etnik düşüncənin poetik ifadəsi kimi əhəmiyyətli səciyyə daşıyır:

 

Səndə izi vardı Qazan xanın da,

Bayandur bəy adlı oğlun yanında,

Sultan bəy yurd saldı Sultan dağında,

Arpalu elisən, ey mənim babam,

Ağhun ciləyisən, ey mənim babam!

 

Tarixi-sosial faktların, bədii-onomastik notların axarında düzümlənən misralar zəngin həyat təcrübəsi keçmiş, "ağlı-qaralı bir ömür yaşayan" müəllifin ürək döyüntülərini, duyğu düşüncələrini əks etdirir. Həm bu döyüntülər düşüncələr bütün varlığı ilə soy-kökünə, milli-mənəvi dəyərlərə bağlı bir insanın daxili ehtiyacından, doğma el-obasına tükənməz ehtiramından sevgisindən süzülüb gəlir:

 

Bu kənddən o kəndə xonça gedərdi,

Xonçanın üstündə qönçə gedərdi,

Ağbirçək nənəyə boxça gedərdi,

Pişvaza çıxardı atlılar, babam,

Ruhu təzələrdi yallılar, babam!

 

Epik təsvirlərin, lirik-emosional ovqatın poetik harmoniyasında iki obrazın sənətkarlıqla canlandırılması güclü səmimi təsir bağışlayır: bu obrazlardan biri Ağbaba onun tarixi taleyi, ikincisi isə müəllifin özüdür. Həm bu obrazlar bir-biri ilə elə qaynayıb qarışmışdır ki, onları ayrılıqda təhlil etmək, bir-birindən ayırmaq balanı anadan ayrı salmağa bənzəyir. Bunun da başlıca səbəbi S.Ağbabalının tarixi-mənəvi köklərə qırılmaz tellərlə bağlılığında, xalq ruhunu ana məhəbbəti kimi öz varlığında yaşatmasındadır.

Əlbəttə, məqsədimiz tarixi hadisələri araşdırmaq deyildir. Bunları yada salmaqla Qərbi azərbaycanlıların, o cümlədən, ağbabalıların məruz qaldıqları tarixi faciələrin, qanlı qırğın fəlakətlərin "Ağbaba" poemasında yığcam bədii ifadələr, konkret detallar faktlar əsasında əks olunub. Əslində poemanın məzmununda müəyyən yer tutan süjet, motiv, obraz hadisələrin poetik təcəssümü Ağbabanın timsalında Qərbi Azərbaycanın düçar olduğu tarixi faciələrin təzahürüdür. Bu cəhət yalnız Səyyad Ağbabalının ədəbi-fəlsəfi zövqünü deyil, həm onun vətəndaşlıq mövqeyini, təəssübkeş övladlıq yanğısını nümayiş etdirir. "On beşdə hücuma keçən Tayqulaq", "Anastasın yazdırdığı qərar", "Vojdun imzaladığı fərman", "pusqudan çıxan şaumyanlar", "qırx səkkiz-əllini xatırla" sair kimi ifadələr qədim Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdikləri milli-etnik təmizləmələrin, hərbi cinayətlərin, deportasiya repressiyaların dəhşətli mənzərəsini əks etdirir:

 

Tayqulaq on beşdə hücuma keçdi,

Ölüm şərbətini düz on kənd içdi,

qədər övladın həyatdan köçdü,

Gördün İsmayılın gücünü, babam?

Sərdi neçəsinin leşini, babam?!

 

"Ağbaba" poeması ilk bəndindən son bəndinədək müəllifin aydın məram məqsədinin, öygü dualarının, səmimi etiraflarının, həssas duyğularının poetik ifadəsidir. Zəngin tarixi faktları, vətənpərvər şəxsiyyətlərin əməllərini əks etdirən poema bir növ bədii salnamə təsiri bağışlayır. S.Ağbabalı tarixi hadisələri çılpaq xronoloji şəkildə təsvir etmir, o, ümumiləşdirmələr aparmaqla oxucu qəlbinə yol tapır. Buna görədir ki, kövrək həzin duyğuların ifadəsi bəzən sərt ötkəm misralarla əvəzlənir, təfərrüatlı təsvirlər deyil, lakonik bədii epizodlar poemanın süjetində aparıcı xətt təşkil edir.

İlk gəncliyimdən tanıdığım Səyyad Ağbabalı yaddaşımda illər ötüb keçsə , necə var, elə qalıb: sərt kövrək, ötkəm həlim. Sərtlik ötkəmlik erməni daşnaklarının Qərbi azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər ifşa edən epizodlarda, misra bəndlərdə özünü büruzə verirsə, kövrək həlim duyğular Ağbaba ellərinin milli-mənəvi dəyərlərinin, adət-ənənəsinin, mərasimlərinin füsunkar təbiətinin tərənnümündə bədiiləşir. Çal-çağır mərasimlərinin, lilparlı bulaqların, əvəlikli, yemlikli çöllərin, başı qarlı dağların təsviri dərin bir lirizmlə ifadə edilir. Şairanə duyğular, lirik "mən"in nisgil dolu ürək çırpıntıları dədə-baba ocaqlarının həsrətini çəkən Vətən övladının dünyasından soraq verir. Ağbaba mahalına məxsus bu cür poetik mənzərələr, lirik-epik peyzajlar təbii olduğu qədər emosional effektlidir:

 

Bulağın gözündən çıxanda lilpar,

Dərməyə gedərdi incəbel qızlar,

Orda toqquşardı süzgün baxışlar,

Qoç igid yarını seçərdi, babam,

Yolunda canından keçərdi, babam!

 

Amansız yağı tərəfindən xarabazara çevrilən Ağbaba kəndlərinin ürək göynədən mənzərəsi, soyqırımına uğrayan toponimlərin səssiz-səmirsiz fəryadı qədər ağır olsa da, nikbin hisslər heç vaxt oxucunu tərk etmir. Çünki şairin özü gələcəyə inamla baxır:

 

Yurda sülh gələcək, birlik gələcək,

Doğma torpaqlara dinclik gələcək,

Qalib qazilərin dimdik gələcək,

Köksün qabaracaq fəxrindən, babam,

Düşmən qəhr olacaq dərdindən, babam!

 

Ömrünün müdrik çağlarında qələmə aldığı "Ağbaba" poeması ilə Səyyad Ağbabalı "Bir ömür yaşadım ağlı-qaralı" publisistik əsərinə sanki bir sirdaş yaratdı. Yazılma tarixləri arasında on ildən çox bir müddət olsa da, hər iki əsər bir-birini tamamlayıb dolğunlaşdırır. Müxtəlif janrlarda yazılmasına baxmayaraq, mən deyərdim ki, bu əsərlər məna və məzmununa, ideya-mündəricə xüsusiyyətlərinə görə bir dilogiya əmələ gətirir. Publisist Səyyadın ürəyində gəzdirdiyi xiffəti, ürək çırpıntılarını, vətənpərvərlik duyğularını yeni bir biçimdə şair Səyyad bu cür çatdırır. Xəlqi kolorit, milli ruh, zəngin mənəvi keyfiyyətlərin tərənnümü "Ağbaba" poemasına xüsusi bir poetik gözəllik gətirir. "İzahlar və qeydlər", "Müəllifdən" hissələri əsərin tamlığını və bütövlüyünü təmin etməklə yanaşı, doğma Ağbabanın qədim tarixi keçmişi, milli-mənəvi dəyərləri, təbiətinin bənzərsiz gözəllikləri barədə oxucuların təsəvvürünü daha da genişləndirir. Poeziyanın meydanı isə nəhayətsiz göylər qədər ucasonsuzdur. Qoy bu ucalıq əbədi olsun!

 

Avtandil AĞBABA

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist    

525-ci qəzet.- 2023.- 23 may.- S.12.