Mənim Alma-Materimin günləri

 

 

1958-ci ildə orta məktəbi bitirib ali məktəbə daxil olmaq ərəfəsində yol ayrıcındaydım: ədəbiyyat, yoxsa texnika, riyaziyyat?! Ədəbiyyat müəllimlərim məni filologiya sahəsinə yönəltmək istəyirdilər. O vaxtlar dövrü mətbuatda şeirlərim publisistik yazılarım çıxırdı. Fizika riyaziyyat müəllimlərim isə məni təbiət elmləri sahəsində görmək istəyirdilər. Ruhuna həmişə borclu olduğum fizika müəllimim Kamal Qaradağlı mənimlə söhbətində izah etdi ki, dünya elm texnika sahəsində yeni bir istiqamət yaranır - kibernatika. Bu sahə 50-100 ildən çox gələcəyə hesablanıb. Bu sahə üzrə qəbul yalnız Azərbaycan Sənaye İnstitutunda idi. Sənədlərimi mənim gələcək Alma-Materim olacaq bu instituta verdim. Səhv etməmişdim. Əgər bugünkü dünyagörüşümlə belə seçim qarşısında olsaydım, tərəddüdsüz bu elm texnika sahəsini - indiki Azərbaycan Dövlət Neft Sənaye Universitetini seçərdim. Elə o vaxtlarda da, indi bu universitet tək ölkəmizdə, keçmiş Sovetlər Birliyində deyil, dünya təhsil elm fəzasında xüsusi yeri olmuş olan bir universitetdir. Onun məzunları öz ölkəmizdə xarici ölkələrdə elm təhsildə, sənaye sahələrində yüksək zirvələr fəth etmişlər. Onların bir çoxu Sovet İttifaqı Qəhrəmanı, Əmək qəhrəmanı adlarına, elmdə Dövlət mükafatına layiq görülmüşlər. Fəxrlə deyə bilərəm ki, Alma-Materimi Kərim Kərimov, Murtuza Nağıyev, Sabit Orucov, Mirəli Qaşqay, Azad Mirzəcanzadə, Fərman Salmanov, Süleyman Vəzirov, Midhət Abbasov başqa onlarla dünyaca ünlü bilik adamları bitirmişlər. Bütün fəaliyyəti dövründə Azərbaycan Dövlət Neft Sənaye Universiteti tək ölkəmiz üçün deyil, xeyli sayda xarici ölkələr üçün yüksək keyfiyyətli kadr hazırlığına böyük önəm vermişdir. Alma-Materim dünyanın 106 ölkəsi üçün 10 min nəfərə yaxın mühəndis elmi kadrlar hazırlamışdır hazırlayır. Bu gün Azərbaycan Dövlət Neft Sənaye Universiteti dünyanın elm təhsil çağırışlarına inamla cavab verir.

Hər birimiz kimi Universitet canlı orqanizmdir. Onun həyatında da bizdə olduğu kimi qara zolaqlar olur. zolaqlar barədə düşünərkən yadıma düşənləri xatırlamaq çox xoşdur. 1960-1970-ci illərdə universitetimiz Sovetlər birliyində 70 top universitetlər içərisində ön cərgələrdə idi. 1983-cu ildə universitetimizin bir qrup bilim adamları elm texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görüldü. Bu ölkə universitetləri içərisində samballı ilk idi. Bunlar buna bənzər zolaqlar çox qürur vericidir. Əfsuslar olsun ki, bəzi vaxtlar universitetimizin həyatında bu zolaqlar qara zolaqlarla sıralandı.

1987-ci ildə dünyaca ünlü alim, universitetimizin məzunu olmuş, yüzlərlə elmlər namizədi elmlər doktoru yetişdirmiş akademik Azad Mirzəcanzadə guya ki, rəhbərlik etdiyi kafedranı idarə edə bilmədiyi, elm təhsildə ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən azad olundu, universitetdən xaric olundu, əmək kitabçası evinə göndərildi. Təəssüf ki, bu qara zolaqlar hələ qabaqda imiş. 2011-ci ildə, elm texnika sahəsində SSRİ Dövlət mükafatı, ABŞ-ın elmdə ömürlük nailiyyət mükafatı almış, kitabları dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə sillabuslarına dərslik kimi istifadə olunan, ABŞ, Almaniya, Kipr, İran başqa ölkələrin universitetlərinin seçilmiş fəxri professoru olan bir professoru guya işi bacarmadığı üçün öz yaratdığı kafedranın rəhbərliyindən azad etdilər.

Tünd qara zolaq demə hələ qabaqda imiş. Qeyri-səlis məntiq dilində desəm etik standartları ehtiva edən bu zolağın ifrat qara çoxluğuna mənsubiyyəti təxminən 1-ə yaxın, normal (hələ yüksək demirəm) etik-standartlar çoxluğuna mənsubiyyəti 0-a yaxın idi. Bu Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tarixində ən utancverici bir dövr idi. Şükürlər olsun ki, bu zolağın son həddi 2015-ci ilə kimiymiş. Universitetdə başlanan sistemli fundamental islahatlar nəticəsində bu enli qara zolaq getdikcə ağarmağa başladı. Köklü islahatlar ilk növbədə universitetin maddi-texniki bazasının yaxşılaşdırılmasına, yeni tədris elm laboratoriyaların yaradılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldi. Dünya elm, texnika sənaye çağırışlarına cavab verən onlarla yeni ixtisaslar üzrə kadr hazırlığı başlandı. Universitetin rəqəmsallaşması üzrə, veb auditoriyalar, vertual laboratoriyalar, hərtərəfli işlər başladı önəmli nəticələr alındı. Regionda yeganə olan yüksək sürətli hesablama (HPC) sisteminin universitetdə yaradılması elmin tədrisin inkişafına güclü təkan verdi. Ölkəmizdə ilk dəfə olaraq  bu sahədə "High Permormance Computing" ixtisası üzrə kadr hazırlığına başlanıldı.

Bu gün ADNSU-nun 18 ixtisası ASIIN FIIBA kimi nüfuzlu agentliklərdə beynəlxalq akreditasiyadan keçmişdir. Qürurvericidir.

İslahatlar başlanılan ilk günlərdən əsas hədəf ADNSU-nu elmyönümlü universitetə çevirmək olmuşdur. Bu gün tək bir ildə ADNSU-nun əməkdaşlarının WoS elmimetrik bazasında dərc olunmuş elmi işlərin sayı 2015-ci ilə nisbətən 50 dəfə çoxalmışdır. Son 7 ildə ADNSU bilim adamları tərəfindən dünyanın ən məhşur nəşriyyatları olan "World Scientific", "Springer" başqa nəşriyyatlarında  "Fuzzy logic Theory and Applications, Part I and Part II" - World Scientific (2019), "Fuzzy Logic-based material selection and synthesis" - World Scientific (2019), "Uncertain computation-based decision theory" - World Scientific (2017), "The Arithmetic of Z-Numbers. Theory and Applications" - World Scientific (2015), "Esnek Hesaplama: İşletme ve ekonomide uygulamaları" - Sakarya Üniversitesi Yayınları (2017) başqa kitablar dərc olunmuşdur.

ADNSU-nun təşəbbüsü rəhbərliyi ilə Türkiyə, Avstriya, Macarıstan, Polşa, Çexiya, Monteneqro, Özbəkistanda dünyanın aparıcı alimlərinin iştirakı ilə beynəlxalq elmi konfranslar keçirilmiş, materiallar SCOPUS WoS bazalarında əhatə olunmuşdur.

Sadaladıqlarımla yanaşı bu gün ADNSU-da aparılan islahatlar içərisində ən böyük nailiyyəti etik standartların yenə qeyri-səlis termlərlə desəm, 100 faizə yaxınlaşmasıdır. Tələbə-müəllim heyəti münasibətləri tam şəffaf, tam rahatdır.

Nəhayətdə qürurla qeyd etmək istərdim ki, Alma-Materim - ADNSU qara zolaqları arxada buraxıb dümağ zolaq içindədir, günlərini yaşayır. İndi bu zolaq heç bir qara çamur götürmür, onu atanların  özlərinə qaytarır. Bu zolaq sonsuz endə olsun!

 

Rafiq ƏLİYEV

Professor

525-ci qəzet.- 2023.- 24 may.- S.10.