Birnəfəsə oxunan "Qara su": bir udum dağ havası

 

Çoxdan idi ki, məzmunca maraqlı, üslub ifadə tərzi etibarı ilə orijinal bir kitab oxumaq fürsəti əlimə keçmirdi. Nəhayət elə bir fürsət mənə nəsib oldu. Bu yaxınlarda məşhur oftalmoloq-cərrah Paşa Qəlbinur, özünün yenicə işıq üzü görmüş "Qara su" romanını mənə verdi. Kitabı birnəfəsə oxudum.

Yaşadığımız çətin, dəyərlərin ucuzlaşdığı, mənəvi inflyasiya, insaf, hörmət qanacağın cılızlaşdığı bir dövrdə, Paşa Qəlbinurun, bu kitabı bir udum dağ havasına bənzəyir.

Romandakı obrazlar, onların həyat məişət münasibətləri, bu münasibətlərin təsvir tərənnümü, müəllifin seçdiyi ifadə tərzi, bədii təsvir ifadə vasitələri, zahirən oxucuya sadə kasıb görünür. Lakin bu, zahirən belədir. Sonda gözlərimiz önündə dərin həyati müşahidə qabiliyyətinə malik, milli dəyərlərə, adət-ənənələrə möhkəm bağlı olan, saf təmiz kənd adamının qəlbinin bütün çalarlarına nüfuz etməyi bacaran görkəmli bir psixoloqun, ustad bir yazıçının, qüdrətli bir rəssamın zəngin biliyi istedadı əsasında yaradılmış möhtəşəm portret qalereyası canlanır.

Rəssamlıq, tək fırça boya ilə işləmək texnikasına malik olmaq deyil, eyni zamanda, güclü hafizəyə, müşahidə diqqətli olmaq bacarığına malik olmaq deməkdir. Əsl sənətkar ustalığı başqalarının gördüyünü, onlar kimi yox, başqa tərzdə görmək, duymaq əks etdirməkdir.

Roman vahid bir süjet xəttinə xidmət edən qısa fəsillərdən ibarətdir. Bu, rəngarəng, incə gözəl muncuqlardan tərtib olunmuş boyunbağına bənzəyir. Özü özlüyündə hər bir fəsil bir muncuq, hər bir muncuq isə bir kaleydoskopu xatırladır. Fəsil-muncuqlar süjet sapına ehmalca, səbir məxsusi bir zərifliklə yığılaraq, incə bir boyunbağını əmələ gətirir.

Kitab, eyni zamanda həm uşaqlar, həm böyüklər üçün maraqlı olan "pazl" uşaq oyununu xatırladır. Bu oyunda, bir rəsm əsəri müəyyən fiqur şəklində xırda fraqmentlərə bölünür. Pərən-pərən səpələnmiş fraqmentləri yığaraq həmin tablonu yenidən yaratmaq oyunun məğzini təşkil edir.

Romanda da oyundakı kimi, fraqmentlər - obrazlar kitab boyu səpələnmişdir. Oxucu, hər bir fəsildə tanış olmayan, yeni, lakin gözəl, ustalıqla təsvir olunmuş dərin fəlsəfi məzmunlu bir fraqmenti tapıb, doğma füsunkar təbiətli Şəmkir mənzərəsi fonunda, obrazlarla dolu gözəl tabloya salır. Obrazlar təbiət mənzərələri uşaqlıq xatirələri ilə dolu, zəngin boyalarla, yüksək bir sənətkarlıqla təsvir olunub. Kitabı oxuyarkən qədim kəhrizin buzlu suyu, məktəb illəri, sinif imtahanları ilə bağlı o dövrün təəssüratını yaradan, məst olduğumuz qızılgül yasəmənin ətri duyulur. Heyva ağacı, heyvanın ətri isə şəxsən məni, harada olduğumdan asılı olmayaraq, fikrən uşaqlığa, xəzanlı bir payız bağına aparır. Adamın içi titrəyir, uşaq olmaq, o günləri yaşamaq istəyirsən, fəqət...

Romanı oxuyarkən, adamın gözünün önünə Azərbaycan bəzək naxışları ilə sarmaşan alman, rus, aysoru çalarları ilə bəzədilmiş bir xalça gəlir. Bu xalça, o dövrün, almanlar tərəfindən təməli qoyulmuş uzun küçələr, bu küçələrin hər tərəfində tikilmiş alman memarlığının orta dövrünə aid olan yaraşıqlı evlər, çəkilmiş kəhriz, su arxları basdırılmış meyvə ağacları, rəqs meydançalı gözəl yaşıl park, kinoteatr, albalı gilas ağaclı üzüm bağları, işin başlanmasını, fasilə işin sonunu bildirən şərab zavodunun fiti, bütövlükdə Georqsfeld-Leninkənd (indiki Çinarlı) qəsəbəsini özündə ehtiva edir. Burada yaşayan dərdli şad günlərini bölüşən müxtəlif millət nümayəndələri, onların səsli-küylü, Azərbaycan, rus, alman, aysoru dilində danışıq şən zarafatları qəribə bir konqlomerat təşkil edir.

Klassiklərdən kimsə "Uşaqlıq xatirələri, uşaqlığa səyahət - cənnətdir", deyib. Bu gün mən, sanki cənnətdə oldum. Bu cənnəti mənə "Qara su" romanı bəxş etdi.

Ağlıma bir fikir gəldi. Bəzən bədii əsərləri bədii istedadı olan həkimlər yazsalar daha yaxşı olar. Çünki həkim tərəfindən yazılmış kitabın adama müalicəvi təsiri daha tez daha yaxşı olur.

Çox sağ olun, Həkim! Bu kitabınız, yüksək səviyyədə aparılmış uğurlu bir oftalmoloji cərrahiyyə əməliyyatına bənzəyir! Adamlara skalpel ilə lazer şüası ilə yaxud bədii əsərlərinizlə bəxş etdiyiniz nur üçün çox sağ olun!

 

Qalib BABAYEV

525-ci qəzet.- 2023.- 24 may.- S.9.