Sənsiz bu bayramda gülə bilmərəm
Sənsiz
bu bayramda gülə bilmərəm,
Başıma göylərin daşı
ələnər.
Xatirən o qədər, silə
bilmərəm,
Ömrümə bəzəkdir həmin sənələr.
Sən mənim həm anam, bir dünyam
oldun,
Özümü
səninlə adam sanardım.
Gedəli
yuxumda sən röyam oldun,
Mən səni
ağzımda bir tam sanardım.
Sən getdin, ağzımın tamı da
q
açdı,
Şükürlər gəlmədi, mən onu görəm.
Bağlı qapıları yuxummu açdı?
Dolaşıq saçını əlimlə
hörəm.
Hara baxıramsa, izin var orda,
Yatdığın çarpayı iyini saxlar.
Ana, sən yatdığın
o soyuq gorda,
Ruhum hey baş
çəkər, hey səni
yoxlar.
lll
Mən bitirdim bu sevgini,
Dəfn etdim qəlbimin dərinliyində.
Mən bitirdim bu sevgini,
Bir payız gününün sərinliyində.
Bir də axtarmam,
Axı ondan nə umaram?
Bitdi, tükəndi artıq,
Sanki o, olmayıb - yaratdıq.
Nə axtarım, nə anım,
Yox artıq o,
Özümü tənha sanım...
Mən bitirdim sevgini,
Unudulmuş röya kimi.
Mən bitirdim sevgini
Qopdum ondan - dünya kimi.
Kirman
RÜSTƏMLİ
525-ci qəzet.- 2023.- 26 may.- S.14.