Allah hər
zaman sevindirsin səni
Allah hər zaman
sevindirsin səni.
Səndən ötrü axıtdığım
göz yaşlarımın
hər damlası qədər.
Arzuların çiçək açsın.
Səninlə bağlı
qəlbimdə qalan
arzularım qədər.
Mənim
qədər sevəsən,
demirəm.
Bu, duadan çox
qarğış olardı.
Seviləsən,
məni sevməyini
umduğum qədər.
Çox istədim, azdan oldum.
Gözəl olan hər nə varsa
azı deyil, elə çoxu sənin olsun.
Doyasan sevgidən
mən sənə yarıac qaldığım
qədər.
Şirin olsun ömrün.
Mən səni acıladığım
qədər,
sən məni acıladığın qədər.
Ehtiyacın olmasın,
heç kimə,
heç nəyə.
Mən sənə
ehtiyac duyduğum qədər.
Ürəyinin ağrısı mənim,
ürəyimin sağlığı
sənin olsun.
Sağlam olasan, ürəyinə qurban.
Mən sənə
xəstə olduğum
qədər.
Hər gün yaşayasan xoşbəxt,
bəxtəvər.
Mən sənsiz
hər saat öldüyüm qədər.
Ən böyük
peşmanlıq nədir,
bilirsən?
Heç bilmə, mən bildim - bildiyim qədər.
lll
Mən gəlin oldum, ana,
Toya gəlməyənlərdən
Elə incik düşmüşəm,
Elə ən başda səndən
Ən çox
səndən küsmüşəm.
Anasız gəlin olar?
Qızlar
ən çox toyunda
Anasını axtarar
Anasına sığınar,
ağ donlu ürkək quzu.
Bəs mən kimə sığınım?
Mən
- "bəxtəvərin qızı"
Qızını ər evinə
Ana yola salar da,
Əlinə xına yaxar
Başına dolanar da
Neyləyirəm xınanı,
Anamı istəyirəm.
Xınasız gəlin olar?
lll
Uşaq bağçasında bir dostum vardı - Rasim.
Qarabəniz, ucaboy, cılız.
Elə sarılırdı boynuma mənim,
Zorla ayırırdı
analarımız.
"Cücə", - deyib çağırırdı
adımı.
Mən də bapbalaca, sapsarı bir qız.
Uşaq
sevgisiylə "böyük"
adama,
Üşüyəndə sığınırdı, cücə
qız.
Rasim yıxılanda qalxıb gülürdü:
Cücə, gördün?! Yaralandım, gücləndim.
O gün, bu gün...
yıxıldıqca böyüdüm,
Böyüməyi mən, Rasimdən öyrəndim.
Sayıb
yaraları bəhsə
girirdik,
Kimdə çox idisə, ən güclü oydu.
Biz Rasimlə bir
daha görüşmədik.
Bizi ayıran
yol məktəb yoluydu.
Ah Rasim, kim
bilir, indi hardasan...
Hansımız çox yıxılmışıq,
bilmirik.
Hələ də sayırsan? Ya unutmusan?
Görəsən, sən ya mən daha güclüyük?!
lll
Sən heç
təktərəfli sevdinmi
birini?
Canını istəsə, verməyə
hazır olduğun
Yarıcan etdimi səni heç?
Adam həsrətdən darıxar
Heç
ürəyin darıxdımı
Bu dünyada o var,
deyə.
Sevgidən söhbət düşəndə
"sevgi yoxdur,
mən sevgiyə inanmıram" deyə-deyə,
Öz içində yalanını
söyə-söyə,
Yerli-yersiz girdinmi heç mübahisəyə?
Ürəyinlə savaşına yenik
düşüb
Savaşdınmı sevənlərlə
Sırf o, səni sevmir deyə.
Ən gözəl libasını geyinib,
Ən bahalı ətrini vurub
Daradınmı yolunmalı saçlarını,
Bayrama gedirmiş kimi
Getdinmi görüşünə?
Yenə də, yenə də gözəl olmayıb
Üsyan etdinmi yaradana?
Sən hamıdan gözəlsən, deyən, anana.
Ona nifrət etməyi bacarmayıb
Özünə nifrət etdinmi,
Aynalara düşmən kəsildinmi, heç?
Sən heç tək tərəfli
sevdinmi birini?
Günel
BALAKİŞİ
525-ci qəzet.- 2023.- 26 may.- S.14.