"Ümummilli lider Heydər Əliyev və Gəncə"
mövzusunda dəyirmi masa
keçirilib
Tədbirdə "Heydər
Əliyev və Gəncə" monoqrafiyası da təqdim
edilib
Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
29 sentyabr 2022-ci il tarixli Sərəncamının
işığında Azərbaycan
Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Bölmə tərəfindən "Ümummilli lider Heydər Əliyev və Gəncə" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA Gəncə Bölməsinin
sədri, akademik Fuad Əliyev dəyirmi masa iştirakçılarını salamlayaraq, dahi şəxsiyət Heydər
Əliyevin həyat və fəaliyyətinin istənilən sahədə
çalışan hər
bir vətəndaş
üçün örnək
olduğunu, eləcə
də Ulu öndərin dövlətçiliyimizin,
iqtisadiyyatımızın və
ölkə həyatının
digər vacib sahələrinin formalaşdırılması,
Azərbaycançılıq strategiyasının əsaslarının
yaradılması istiqamətindəki
əzmkar fəaliyyətinin,
o cümlədən, onun
Gəncənin inkişafı
naminə gördüyü
işlərin neçə-neçə
elmi tədqiqatlar üçün tükənməz
qaynaq olduğunu qeyd edib. Akademik
F.Əliyev AMEA Gəncə
Bölməsi tərəfindən
ərsəyə gətirilən
"Heydər Əliyev
və Gəncə"
monoqrafiyasını təqdim
edib və vurğulayıb ki, Respublikamızın ikinci şəhərinin başlıca
elm ocağının, AMEA Gəncə
Bölməsinin əməkdaşlarının
Ulu öndərin yubileyinə daha bir ərməğan kimi hazırladıqları,
"Elm" nəşriyyatında zövqlü tərtibatda nəşr olunan bu kitabda Ulu
öndər Heydər
Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövlərdə onun Gəncəyə səfərləri
barədə müfəssəl
məlumat, bu səfərlər zamanı
Ümummilli liderin çıxışlarının və dialoqlarının tam mətnləri
ilə yanaşı, Gəncədən olan elm,
təhsil, səhiyyə
və mədəniyyət
xadimlərinin Ulu öndərlə bağlı
xatirələri də
yer alıb.
Gəncə Şəhər İcra
Hakimiyyətinin şöbə
müdiri Yadigar Bədəlov çıxışında
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin yüksək
ictimai əhəmiyyətini
vurğulayaraq, alim və ziyalılarımızın
bu yöndəki fəaliyyətinin təqdirəlayiq
olduğunu bildirib.
Dəyirmi masada AMEA Gəncə
Bölməsinin Diyarşünaslıq
İnstitutunun tarix şöbəsinin müdiri
Həsənbala Sadıqov,
Azərbaycan Yazıçılar
Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova,
güləş üzrə
Dünya, Avropa və Olimpiya çempionları yetişdirmiş Şöhrət
Ordenli Əməkdar məşqçi Elçin
Zeynalov, Əməkdar
jurnalist, Azərbaycan Televiziyasının əməkdaşı,Tərəqqi
Ordenli Əhməd Qədiroğlu, Əməkdar
müəllim İlham
Həsənov, qocaman həkim Süleyman Piriyev, qabaqcıl təhsil işçisi Nüsrət Hüseynov və tarix üzrə
fəlsəfə doktoru
İlham Əlizadə
çıxış edərək,
Ulu öndərin dövlətçiliyimizin
xilası və ölkənin varlığının
sabit dinamikasının
təmin olunmasında
müstəsna tarixi xidmətlərindən danışıblar,
eləcə də onun Azərbaycanın ümumi inkişaf strategiyasında daim Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə
yenilikçiliyin vəhdətinin
təcəssümü olan
bu şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə
qovuşduğunu qeyd ediblər.
Çıxışçılar həmçinin
AMEA Gəncə Bölməsi
tərəfindən ərsəyə
gətirilmiş "Heydər
Əliyev və Gəncə" monoqrafiyasının
nəşrini də tarixi bir hadisə
kimi dəyərləndirərək,
kitabın istər elmi-kütləvi, istər
də tədqiqat xarakterli mötəbər
mənbə olduğunu
qeyd ediblər.
Tədbirin sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik F.Əliyev maraqlı fikirlərini, eləcə də Ulu öndər Heydər Əliyevlə bağlı qiymətli xatirələrini bölüşdüklərinə görə çıxışçılara minnətdarlıq bildirib. Dəyirmi masanın iştirakçılarına "Heydər Əliyev və Gəncə" monoqrafiyası və AMEA Gəncə Bölməsi tərəfindən həmin mövzuda hazırlanan sənədli filmin diski hədiyyə olunub.
Zakir
MURADOV
Gəncə
525-ci qəzet.- 2023.- 26 may.- S. 6.