Şekspir dünyası
(Əvvəli
ötən şənbə sayımızda)
Kassio məruzə edir
ki, türklər donanmalarını Kiprə
çıxarmışlar, bu isə müharibə deməkdir
və hersoq Otellonu yanına çağırır. Lakin Brabantio Otellonu Dezdemonanı sehrdən istifadə
edərək ovsunladığına görə ittiham edir.
Hersoq Otellonu salamlayır və əlbəttə ki,
Brabantionu da tanıyır, o, öz qızının məsələsinə
görə məhkəməyə şikayət etmək
üçün gəlmişdir. Otello bunu qəbul edir
ki, bəli, o, evlənmişdir, lakin ittiham edildiyi kimi, buna
görə hansısa cadugərliyə borclu deyildir.
Dezdemonanın arxasınca adam göndərilir
ki, gəlib özü haqqında danışsın. Otello deyir ki, qıza "öz həyatının əhvalatını"
danışmaqla, ona qalib gəldim. Dezdemona
gəlib, öz "bölünməz borcunu" qeyd edir.
O, atasına olan hörmətinə and içir ki, onun ən
böyük borcu öz ərinədir. Nəticədə
Brabantio məğlub olur. Otello, nəhayət,
hərbi vəzifəsini yerinə yetirmək üçün
getməyə hazırlaşır. Dezdemona
istəyir ki, onunla birlikdə səyahət etsin. Lakin ərindən ayrı Kiprə gedəndə, onu
Yaqo müşayiət edəcəkdir.
Roderiqo isə Dezdemonanı özü almaq istəyirdi, bu
məqsədi puç olduğuna görə guya intihar edir. Yaqo deyir ki, o,
daha tez "mənim insan olmağımı babuinlə dəyişəcəkdir",
nəinki məhəbbət naminə özünü intihar edəcəkdir
və söyləyir ki, Roderiqonun bədəninin vəziyyəti
ilə əlaqədar iradəsinin də təsirə məruz
qaldığı görünür. Həmin
vaxtdan onların Otellodan zəhlələri gedirdi. Yaqo təklif edir ki, onun və Roderiqonun qüvvələri
Otelloya qarşı bizim intiqamımızda birləşsin.
Təklikdə, Yaqo Otello barədə
düşünür. Onun Mavra nifrətinin ikiqat səbəbi və
qisas üçün əla motivi vardır. Yaqo Otellonu inandıracaqdır ki, Kassio Dezdemonanın
məşuqudur. Yaqo özünün şər
sxeminə görə sevinir.
Tufan türk gəmilərini məhv edir və müharibənin
qarşısı alınır, lakin Otello hələ də dənizdədir. Yaqo Dezdemona ilə
Kiprə gəlir, burada Kassio qızı öpməklə
salamlayır. Kassio Yaqodan xahiş edir ki,
yüksək tərbiyə aldığına görə onu
bağışlasın. Çünki bu cəhət
gülməli jestlərə səbəb olur. Aşağılanan Yaqo acığını öz
arvadı Emiliyanın üstünə tökəcəkdir.
Özünü onunla məmnun edir ki, Kassionun
yuxarı sinfə xas olan davranışı onu daha çox
Dezdemonanın məşuqu kimi göstərir. Otello gəlib çıxır və arvadını
burada görməsinə görə çox sevinir. Yaqo Roderiqonu tərpədir ki, Dezdemonanın Kassionu
sevdiyini desin, sonra onu ittiham etsin. Yaqo
Roderiqonu təhrik edir ki, o, daha çox göz qoysun və
Kassionu provakasiya etmək üçün daha yaxşı bir
səbəb tapsın.
Təklikdə, Yaqo belə düşünür ki, o da
Dezdemona ilə eşq macərası yaşayacaqdır, qisas
almaq üçün bu onun yanğısını daha da
qidalandırır.
Otello öz nikahının bayram edilməsi mərasimi
gününü və türk donanmasının
batırılmasını elan edir. Kassionun isə likyorla
problemi vardır və içməməlidir, lakin Yaqo
başqaları ilə birlikdə onu şən bayram etməyə
inandırır. Kassionun içməsinin
anturajı üçün Yaqo xüsusi şərab və oxumaq
üçün müğənniləri sifariş edir.
Roderiqo sonra Kassionu provakasiya edir, o, əvvəlcədən
nəzərdə tutduğu kimi ona hücum edir. Otello "vicdanlı Yaqoya" xahiş edir ki, nə
baş verdiyini izah etsin. Yaqo cavab verir ki,
"Mikael Kassionu incitməmək üçün" yaxşısı
budur ki, cavab verməsin. Lakin davam edir ki,
başqa kimsə Kassionu təhqir etmişdi. Otello
başqa sübuta ehtiyac duymur: "Kassio, mən səni sevirəm
/ Mənim heç vaxt səndən yaxşı zabitim
olmayıb".
Kassionun reputasiyası məhv olmuşdur, lakin Yaqo onu inandırır
ki, heç də hər şey itirilməmişdir. Yaqo Kassioya məsləhət
görür ki, bu hadisə barədə Dezdemona vasitəsi ilə
Otelloya şikayət etsin. Təklikdə,
Yaqo qəsd təşkil edir ki, Otello bunu müşahidə
etməlidir ki, Kassio və Dezdemona bir yerdədirlər.
Dezdemona Kassioya söz verir ki, onu mühafizə edəcəkdir. Otello
yaxınlaşanda Kassio inadkarlıq göstərərək
gedir, Yaqoya imkan verir ki, onu təqsirli olmaqda ittiham etsin. Dezdemona ərinə Kassio hadisəsini, ona təsir
göstərmək şəklində danışır.
Otello qısqanclıq barədə xəbərdarlıq
edir, Yaqo isə öz ağlının təxəyyülünü
alovlandırır. Onun şübhəsi
sona çatır, Otello Yaqonu kənarlaşmağa göndərir.
Lakin Yaqo qayıdır Otellodan xahiş etsin ki,
"bu məsələyə sonradan geniş şəkildə
baxmasın". Otellonun nəzərinə
çatdırır ki, Yaqo vicdanlıdır və Dezdemona xəyanətkardır.
Dezdemona gəlir və çalışır ki, Otellonun
baş ağrısını ən qiymətli dəsmalı
ilə sakitləşdirsin. Lakin Otello dəsmalı
döşəməyə atır. Emiliya
isə Yaqonun tapşırığı ilə dəsmalı
oğurlayır.
Dəsmalı ələ keçirməyə görə
sevinən Yaqo təqsiri Kassionun üstünə
qoymağı planlaşdırır. Otello Dezdemonanın səqadətsizliyi
barədə fikirlərdən qəzəblənmiş şəkildə
qayıdır. Otello inanır ki, "indi
onun adı hisə verilmiş və qara" adlanacaqdır.
Otello arzu edir ki, Dezdemonanın səhv etdiyinə
bir sübut tapsın.
Yaqo Kassionun yatan vaxtı davranışını Otelloya
danışır. Yaqonun bədənini Dezdemonınkı
hesab etməklə ona yanaşır. Otello
bunu sadəcə yuxu kimi hesab edir. Yaqo deyir
ki, Kassionu Dezdemonanın dəsmalı ilə öz
saqqalını siləndə görmüşdür.
Buna Otello açıq şəkildə inana bilər: "Mənim
bütün incə məhəbbətimi bu, göyə
sovurdu". Otello diz çökür ki, qisas
barədə and içsin və Yaqo öz xidmətini təklif
etməklə ona qoşulur.
Dezdemona Otelloya Kassio ilə görüşməsi barədə
təzyiq göstərəndə, Otello öz dəsmalını
ona göstərməyi xahiş edir. Qız dəsmalı
tapa bilmir, ancaq Otello ona həmin əşyanın sehrli və
qeyri-adi olan tarixçsəsini məlumat verir. O,
arvadına deyir ki, nəhayət, dəsmalı gətir.
Kassio Blankadan xahiş edir ki, onun yeni dəsmalının
bəzəyinin kopiyasını çıxartsın. Blanka
qısqancdır, lakin Kassio onu əmin edir ki, "Mən onu
öz otağımda tapmışdım".
Yaqo tərəfindən irəli sürülən
gümanlar hesabına Dezdemona barədə narahat qalan Otello
transa düşür. Kassio Dezdemona ilə söhbət edəndə,
Yaqo Otelloya onlara gizli müşahidə etmək şansı təklif
edir. Kassio Blankanı ələ salaraq, onu
sakitləşdirir. Dezdemonanın Kassionu seçdiyini
düşünən Otello daha da hirslənir: "Yaqo, mən
Kassionu necə də öldürəcəyəm". Otello
öz arvadını da öldürməyə and içir:
"Mən onu tikə-tikə doğrayacağam". Yaqo isə
ona başqa yol təklif edir: "Onun yataq otağında, hətta
onun murdarladığı yataqda". Otello bu qərarı,
ədalətli olduğuna görə bəyənir.
Venetsiyadan təzə xəbər gəlir ki, nəcib
insan olan Lodoviko Otellonun ləngimədən
qayıtmasını tələb edən sənədlər təqdim
etmiş və Kassionu Otellonun yerinə təyin edilməsini təklif
etmişdir.
Lodoviko da Otellonun qeyri-adi davranışını hiss
etmişdi. Dezdemona belə qərara gəlir ki,
yəqin, atasının onun geri çağırmasında bir
alət olmasından şübhələndiyinə görə,
Otello belə əhval-ruhiyyədədir. Lakin
Dezdemona deyir ki, o, səbirli olmaq barədə
düşünür və sonra arvadını "hiyləgər
fahişə" adlandırır. Emilya qəzəblənmişdir.
Dezdemona məcbur olur ki, məsləhət
üçün Yaqoya müraciət etsin.
Roderiqo artıq Yaqoya inanmır, çünki o, vaxtilə
ona Dezdemonanı bəxşiş kimi verməyi vəd
etmişdi. Lakin Yaqo Roderiqonu saxta qaydada tərifləyir, izah edir
ki, onun xoşbəxtliyinin açarı yalnız Kassionu
uzaqlaşdırmaqdır. Roderiqo
soruşanda ki, "uzaqlaşdırmaq" nə məna verir?
Yaqo cavab verdi: "Onun beyninə zərbə
vurmaqla". Yaqo güman edir ki, o, və Roderiqo
gecə Kassio Blankanın evindən çıxanda, onu
öldürəcəklər.
Nahardan sonra Otello qorxmuş Dezdemonanı yatağına
göndərir. Dezdemona Emiliyaya öz anasının xidmətçi
qızı Barbara barədə danışır. O, dəliliyi
sübut olunan bir kişi ilə
sevişirdi. Qız "Söyüd
ağacı" adlanan mahnını oxuyaraq öldü.
Dezdemona Emiliyadan soruşdu ki, əgər o,
zinakarlıq etsə, necə olacaq? Emiliya
düşünür ki, o, bunu edə bilər və inanır
ki, digər qadınlar da bunu edə bilərlər.
Yaqo düşünür ki, əgər o, Roderiqonun və
Kassionun hər ikisindən yaxasını qurtarsa, özü
istifadəyə hökmən yararlı olacaqdır. Roderiqo Kassioya
hücum edir, lakin özü yaralanır.
Otello Kassionu öldürmək barədəki əvvəlki
vədini yadına salıb, Yaqodan şübhələnsə
də, fikrini dəyişir. Qışqırığı
eşidib, Lodoviko da gəlib çıxır. Kassio məlumat verir ki, ona ediləcək hücumlar
yaxındadır. Roderiqo kömək
üçün qışqırır və Yaqo onun
yanına gəlib, nəhayət, onu öldürmək
üçün imkan əldə edir. Kassionun
isə ancaq ayağı yaralanmışdır.
Otello Dezdemonanı yatağında müşahidə
edib, onu öldürmək barədə düşünür. Dezdemona bu vaxt
oyanır və həyəcanlanmağa başlayır. Otello ondan xahş etdi ki, öz günahını
etiraf etsin, lakin Dezdemona özünün günahsız
olduğunu deyəndə, onu sakitləşdirir. Emiliya
öz ledisinin son sözlərini eşitdi: "Mənə əmr
et, mənim ağam. Eh, əlvida!"
Otello
öldürdüyünü etiraf etdi və özü
Emiliyaya izah etdi: "Kassio onu fırlatmışdı. / Həm də öz ərindən soruş".
Lakin Emiliya bu vaxt anladı ki, nəyə görə
Yaqo onu dəsmalı oğurlamağa təhrik etmişdi.
Lodoviko və başqaları gəldilər,
onlardan biri Dezdemonanın artıq ölmüş atasına
minnətdar idi. Çünki ata
qızının ölümünə dözməyə ehtiyac
duymamışdı. Emiliya açıb
danışdı ki, Yaqo ona göstəriş vermşdi ki, dəsmalı
götürsün. Qızı Yaqo
öldürmüşdür və o, nəhayət, dustaq
edildi.
Otello dəli olmuşdu, özünü öldürməyi
düşünürdü. O, Yaqonu öldürəcəkdir,
lakin Yaqonun məğlubedilməz şeytan olduğuna
inanırdı. Otello silahını verdi,
sonra Kassiodan Yaqonun aldadıcı sxemini eşitdi. Otello ümid edirdi ki, Yaqo hələ əzab çəkmək
üçün yaşayacaqdır. Otello
sonra özünü gizlədilmiş xəncərinin tiyəsi
ilə vurdu. Otello Dezdemonanın
üstünə yıxıldı və öldü.
Lodoviko
Yaqoya dedi ki: "Bu faciə ilə yüklənmiş
yatağa bir bax / Bu, sənin işindir". Montano
Yaqonun taleyini həll etməli idi. Və
Lodoviko hadisəni Venetsiyaya xəbər verəcəyini elan
etdi.
"Otello" pyesi müstəsna sözlərlə və tamaşanı elektrikləşdirən hadisələrlə doludur, hətta baş verəcək dəyişikliklərə görə də xəbərdarlıq edir. Oxucular bu pyesdəki nəzəri dilin böyük rəngarəngliyini tapacaqdır. Xüsusən Dezdemonanın məhəbbətinə hesablanmış hərəkəti və Otellonun ona vurulması çox təsirli verilmişdir. Otellonun qısqanclığının, adamı qorxudan qaydada artması, arvadının öz bədənini Kassioya təslim etməsinə və Yaqonun ruhun oyanışına dərindən məhkum edən monoloqlarına inanması, bu adamın əsl şər dühası olmasını auditoriyaya nümayiş etdirir. Yaqo dialoqlarda isə dili ilə manipulyasiya edir, belə aldatmalarda sadə söz onun dünyabaxışında qəflətən dəyişikliyə məruz qalır.
Pyes operaya uyğunlaşmaqda da xüsusi yararlılığını göstərmişdi. 1816-cı ildə italyan bəstəkarı Coakkino Rossini Neapol opera teatrı üçün "Otello" operasını yazır. 1887-ci ildə isə dahi Cüzeppe Verdi bu mövzudakı librettoya möhtəşəm musiqi yazır, onun nəhəng titul rolu italyan opera repertuarında daha çox tələb olunması və ehtiraslı bir tenor səslə ifa edilməsi ilə seçilir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 27 may.- S.22.