Salvador Dalinin Bakı səfəri  

 

 

Bilirsiniz, olub?

Heydər Əliyev Mərkəzində Salvador Dalinin "Surrealizm Mənəm" adlı sərgisi açılıb.

Bu, arzuladığım bir hədiyyənin gözləmədiyim anda qucağıma düşməsi kimi möhtəşəm bir hadisədir. Dali "dəliləri" bunun demək olduğunu çox yaxşı anlayır.

Əslində sərgi ötən ayın sonu təmtəraqlı şəkildə açılıb. Lakin tədbirdən əvvəl bir neçə saytda verilən məlumat, tədbir günü yayılan press-reliz xarakterli yazılardan başqa bir şey görmədim. Fikrimcə, Salvador Dali sərgisi bu qədər səssiz keçməməlidir. Dalisevər olaraq bu sərgidən təsadüf nəticəsində xəbər tutdum. Yəni 25 gün sonra. Kim bilir, hələ qədər insan məlumatsızdır. Salvador Dalinin üz tutduğu şəhərlər belə sakit olmaz, olmamalıdır! "Zərərin yarısından qayıtmaq faydalıdır" deyərək muzeyə üz tutdum.

Zaha Hadidinin şah əsəri bir parça "mavi"

vaxt Heydər Əliyev Mərkəzinə getsəm, ağlıma eyni fikir gəlir, "bura Zaha Hadidin ən gözəl əsəridir, hətta yaradıcılığındakı şah əsərdir". Addımını içəri atdığın anda mərkəzin sehri insanı ağuşuna alır. Hər tərəfdən səni özünə maqnit kimi çəkən sənət əsərləri, önündə dayanıb heyranlıqla seyr etdiyin heykəllər girişdə dayanıb sol tərəfdən yuxarıya baxarkən, ən yüksəkdəki pəncərədən görünən bir parça mavi göy üzü ilə göz-gözə gəlmək insanı real həyatdan qoparıb alır. Sanki dünyada baş verənlərin sənə heç bir aidiyyəti yoxdur!

Daliyə "qovuşmaq"

Bir tərəfdən bütün bu gözəlliklərin içindən keçib Salvador Daliyə "qovuşmaq" sevinci insanı daha da həyəcanlandırır. Mərkəzin beşinci mərtəbəsində, sonsuzluğun simvolu olan mavi göy rəngli divarların arasında özünə yer edib, Dali. Özü az, çox, düz oktyabrın 8-ə qədər ziyarətçilər üçün qapıları açıq olacaq. Bu o deməkdir ki, "vaxtım olmadı, çatdıra bilmədim" bəhanələrinə yer yoxdur, hər kəs könül rahatlığı ilə gün təyin edib ziyarətə gedə bilər.

 

"Sürrealizm Mənəm"

"Sürrealizm Mənəm" Salvador Dalinin Azərbaycanda təşkil edilən ilk sərgisidir. Rəssamın rəsm əsərləri ilə yanaşı, qrafik əsərləri, bürüncdən hazırlanmış heykəltaraşlıq nümunələri yer alır. Hər biri Salvador Dalinin orijinal işlərindən ibarət olan Rusiya kolleksiyaçısı Pavel Başmakov tərəfindən təqdim olunan böyük kolleksiyalardan biridir.

Azərbaycanın "Synergy Partnership" şirkətinin Rusiyanın məşhur "PS Gallery" qalereyasının təşəbbüsü ilə təşkil olunan sərginin diqqət çəkən məqamlarından biri şüşədən hazırlanmış sürrealist obyektlərin rəssamın orijinal fotoşəkillərinin nümayişidir. Bu əsərlərin hər biri bütünlükdə bir tarixdir. Çünki Dali standartların üstündə bir rəssamdır. Dünya var olduqca sürrealizm vasitəsilə incəsənətə baxışı dəyişdirəcəyi isə gün kimi aydındır.

Dante vurğunluğu

Vaxtı ilə Salvador Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur "İlahi komediya"sına illüstrasiyalar üçün sifariş almışdı. İtaliyalı şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin 10 il ərzində davam edir bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir. Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər sürrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq tanınmış nümayəndələrindən biridir. Onun əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır. Həmin əsərlər insanları incəsənətə baxışını dəyişərək öz daxili hisslərinə köklənməyə sövq edir.

"La Fontenin Bestiariyası"

Quru iynə texnikası ilə yaxından tanışlığım bu sərgidə bölümdə baş tutdu. Fransız şairi Jan de La Fonten həsr edilən bu bölüm, 1974-cü ildə nəşr edilən "La Fontenin Bestiariyası" Salvador Dali naşir Rober Murenin birgə əməkdaşlığının nəticəsidir. Quru iynə texnikası ilə işlənmiş 12 qravürdən ibarət bu seriya parlaq sürrealist obrazlar prizmasından "keçirilmiş" klassik bir ədəbi əsərin ən gözəl, bədii vizual təcəssümüdür.

Kevedonun "Yuxular"ı

Quru iynə trafaret texnikası ilə işlənmiş altı qravürdən ibarət "Kevedonun yuxular"ı seriyası da iki dahinin bir-birini tamamladığı xoş bir təsadüfdür. İspan klassiki Fransisko de Kevedonun "Yuxular" əsərində təsvir olunan pozğunluq, cəmiyyətin aşkar gizli nöqsanları, müasirlərə yönləndirilmiş acı kinayə, günahlara görə cəzanın qaçılmaz olduğu həqiqəti - yəni parlaq vizual obrazlarla zəngin mövzular Dalinin ruhuna çox yaxındır. Eyni zamanda, "Şəkli dəyişdirilmiş şedevrlər", "50 il davam edən sürrealizmdən sonra", "İsrailin on iki qəbiləsi", "Qədim kəpənəklər" bölümləri "La Fontenin "Dəliləşdirilmiş" "Bestiariya"sı" "Kevedonun Yuxuları" bölümü qədər valehedicidir. Bilənlər bilir, Dalinin kəpənəkləri məşhurdur. Etiraf edim ki, sərgiyə getməyi planlaşdırarkən kəpənək əsərlərindən heç olmasa birini görməyi çox arzulamışdım. Altısını gördüm, ürəyimi fəth edən isə "Məhkəmə" - "Sevginin Zəfəri" diptixindən rəngli litoqrafiya oldu. Onun solunda divardan asılan "Üç gözəl" adlı bürünc patinləşdirmə görülməsi vacib olan əsərlərdəndir. "50 illik sürrealizmdən sonra" seriyasından olan "Amerikada dağıdıcı şəkildə peyda olmaq" əsəri yaddaşımda asılı qalanlardan xeyli düşündürən əsərlərdən oldu. Quru iynə ilə işləmədir. Əslində bilirəm ki, bu əsərlərin adını yazmaq digərlərinə böyük haqsızlıqdır. Çünki dəqiqələrlə səni özünə kilidləyən xeyli əsərlər var.

Miflər uydurmalar

Dalinin yarad

ıcılığı həmişə sənətsevərlərin diqqət mərkəzində olub hər kəsi bir sual maraqlandırıb: Rəssam demək istəyir?

Öyrənmək istəyənlər araşdıraraq tapıb, öyrənməyənlər öz məntiqinə uyğunlaşdırmağa çalışıblar.

Hətta bəziləri düşünür ki, Dali əsərlərində gələcəyə dair hansısa hadisələrin şifrəsi gizlənir. Guya bu əsərlərin hamısının sirrini çözən dünyanın yönünü dəyişdirməyi bacaracaq. Təbii ki, bunlar Dali haqqında yaradılan miflərdir. Ümumiyyətlə, insanlar həmişə belədir; əl çatmayan, sirrini öyrənə bilmədikləri insanlarla bağlı miflər yaradırlar, əl çatan insanlar üçün isə uydurmalar çıxardırlar...

Dalinin əsərlərində gələcəklə bağlı şifrə axtarmaq məntiqsizdir. Bu əsərlərin ya önündən keçib gedəcəksən və heç nə olmamış kimi yaşamağa davam edəcəksən, ya əsərlərin içinə atılıb "Dali dünyası"nda özünü itirəcəksən, ya da istədiyin mənanı çıxarıb özünü ona inandıracaqsan. Çünki idrakın, məntiqin, təəccübün belə önündə diz çökdüyü rəssamdır, Dali! Öz sənətinin Tanrısıdır.

Dahiliklə dəlilik arasında...

Dali, rəsm əsərləri ilə yanaşı, qeyri-adi fikirləri, gözlənilməz açıqlamaları, anormal davranışları ilə də daim diqqət mərkəzində olub. Ən kritik dönəmlərdə belə ifrat dindarlığı, ateizmi sərt şəkildə tənqid etməkdən çəkinməyib. Hər şeyə rəğmən, bir həqiqət var: sürrealizm dedikdə ağıla ilk Salvador Dali gəlir. Təbii ki, bu siyahıya Rene Magritti əlavə etməsəm, günah olar.

Lakin ikisi arasında fərq budur ki, Dalinin sənəti ilə həyatı harmoniya təşkil edir. Diqqət mərkəzində olmaq üçün hər yola əl atırdı. Hansı məqamda necə addım atacağını öncədən müəyyənləşdirmək qeyri-mümkün idi. Sərhədləri yox idi, varsa da, bu, yalnız onun müəyyən etdiyi nöqtədə bitirdi. Unudulmaq istəmir, hətta yaddaşlara həkk olmaq istəyirdi. Ona görə də,  insanlarla münasibətdə heç bir çərçivəni qorumurdu. Moskva səfərlərimdən birində tanınmış qadın jurnalistlərdən biri Dali ilə macərasını danışmışdı. Jurnalistikaya yeni başlayarkən təsadüfən İspaniyada Dali ilə bir restoranda qarşılaşdığını, dil tökərək müsahibəyə razı saldığını, müsahibə günü rəssamın qaldığı otelə gedəndə dəhlizdə onu tamamilə çılpaq vəziyyətdə qarşıladığını və orada düşdüyü şoku və aralarındakı anormal dialoqu danışanda heyrətlənmişdim. Bunun dahilik, yoxsa dəlilik olduğunu müəyyənləşdirmək çətindir.

Bütün bu ziddiyyətli davranışlar onu azaltmırdı, əksinə, çoxaldırdı. Şöhrətinə şöhrət, puluna pul qatırdı. Çox sevilirdi. Bir çox nəhəng rəssam əsl dəyərini öləndən sonra alsalar da, Dali şöhrətin zirvəsini sağlığında fəth etməyi bacarmışdı. Hələ də eyni zirvədə, eyni nöqtədədir.

 

Xoş təəssüratlarla ayrıldım sərgidən.

Və gəldiyim qənaət bu oldu: Heydər Əliyev Mərkəzi mədəniyyət və kültür kəliməsinin haqqını zərrəsinə qədər verən memarlıq aidəsidir. Salvador Dalinin həyat və yaradıcılığına həsr olunmuş böyük layihənin məhz burada açılması gəldiyim qənaətin bariz nümunəsdir.

 

Türkan TURAN

525-ci qəzet.- 2023.- 27 may.- S.21.