Şekspir dünyası
(Əvvəli
ötən şənbə sayımızda)
"Kral
Lir" pyesi
Şekspirin "Kral Lir" faciəsi insan ləyaqəti
mahiyyətinin dərindən yoxlanılmasına həsr
edilmişdir.
Şekspir "Kral Lir xronikası"nı
bilirdi. Pyes isə 1590-cı ildə səhnəyə
qoyulmuşdu və o, həmçinin, "Holmşed
xronikaları"ndan İngiltərənin erkən
hökmdarı olmuş tarixi kral haqqında olan bəzi
detalları çıxarmışdı. Şekspirin
"Kral Lir" tamaşası haqqında onun öz
yaşadığı dövr ərzində yalnız
1606-cı ildə məlumat verilmişdi, həmin vaxt
tamaşa kral sarayında göstərilmişdi.
"Kral Lir" Şekspirin daha çox insan təbiətinin
qorxusuz təhqiqatını inadkarlıqla təqdim edir. Bizim
dövrümüzdə isə pyes həmin eradakı Avropa incəsənətinin
ən böyük əsərlərindən biri kimi
tanınır.
"Kral Lir" dünyanın nağıla bənzər
bir mövzusundan başlanır, bu vaxt Lir öz tacı və
Britaniyanın xəritəsi kimi şeylərdən
döymüş kimi görünür. Onlar onun
üçün sadə əhəmiyyətə və qiymətə
malikdir, həm də bölünməyə məruz qala bilər.
Bölünənlər də onun böyük
qızlarına çatır.
Pyesin proqresi kimi, ailənin bu rahat mənzərəsi, səltənətin
və kosmik təbiətin qüvvələri tərəfindən
incidilir, dağılır, həm də vətəndaş
müharibəsini, xarici təcavüzləri və əclaf fərdləri
hazırlayır. Pyesdəki hadisələr
bütünlüklə Britaniyada gedir, əvvəlcədən
hakimiyyətin ərazisinin müxtəlif yerlərində
(Lirin və Olbaninin saraylarında, Qloster qəsrində) və
Duvr yaxınlığındakı ordu düşərgələrində
baş verir. Burada fransız ordusu
İngilis kanalını (La-Manş boğazını ingilislər
belə adlandırırlar) keçir ki, müharibəni
Britaniya ərazisinə gətirsin. Pyesin
ürəyi olan üçüncü səhnədə hadisələr
başlıca olaraq dəhşətli tufan şəraitində
və sadə bir sığınacaqda cərəyan edir.
Bu epizodda Lir və digərləri insan məxluqu
kimi böyük bir gərginliklə üz-üzə gəlirlər,
personajlar burada soyuqdan titrəyirlər və
bağışlamaq bilməyən təbiət dünyada
ağalıq edir.
Şekspir "Kral Lir"i çox diqqətlə
yazmışdır, belə ki, faciəvi nəticələr
heç də mərhəmətli xristian Allahının
müdaxiləsi ilə həll oluna bilməz, lakin daha
çox insan məxluqlarının məhz özü tərəfindən
və onların daxilində həll oluna bilər.
Şekspir pyeslərində birbaşa olmasa da,
döyüş səhnəsi kimi Armageddonun, habelə
İncildəki Apokalipsisin adı çəkilməsə də,
Xeyirlə Şərin vuruşu yada salınır, leytmotiv
rolunu oynayır. Xüsusən kralların, şahzadələrin
mübarizəsi adətən geniş mənada hökmən
bu müstəviyə keçir. Ölkədə
həmin vaxt xristian dininin pərəstişkarları
protestantlara və katoliklərə
parçalandığından, o, heç vaxt həmin
qarşıdurmanı Allahla şeytanın mübarizəsi
kimi göstərmir, çünki hər iki məzhəbin
nümayəndələri bunu özlərinin şeytan
timsalında olmalarına eyham kimi başa düşərdilər.
Və öz qarşılıqlı kəskin
mübarizələrinə Şekspiri də cəlb etmiş
olardılar. Dramaturqun ehtiyatlı tərpənməyi,
göründüyü kimi, onu ittihamlardan özünü
müdafiə etmək üsulu idi. Axı
atası Con Şekspir sədaqətli katolik idi, bu arqument də
hakimiyyətin himayə etdiyi protestantlar tərəfindən
ona qarşı istifadə oluna bilərdi.
Qraf Qloster öz bastard oğlunu əyanlara təqdim edir
və qraf onu qəşəng bir oğlan hesab edir. Qloster hətta
"burada onun düzəltdiyi yaxşı əyləncəyə"
görə təəccüblənir. Qloster
Edmundu da qanuni oğlu Edqar kimi sevir.
Kral Lir öz krallığını üç yerə
bölür ki, onun qızları və onların ərləri
özünün keçmiş "qayğılarını
və işini" üzərlərinə
götürsünlər. Lir öz
qızlarından "Sizin hansı biriniz onu daha çox sevdiyini
deyəcəkdir" kimi sual verərək soruşur. O,
onu daha çox sevən qızına daha böyük alicənablıq
göstərəcəkdir. Qoneriliya deyir ki, o,
atasını "sözün mənasını
tutmağı bacardığından" da artıq sevir və
Lir ona xəritədə ayrılan əraziləri göstərir.
Riqan iddia edir ki, "yalnız öz
atasını sevdiyinə görə həyatda sevinc
tapır" və o da krallığın üçdə
biri ilə mükafatlanır. Kordeliya
öz bacılarının qaydasında cavab verməkdən
imtina edir və o, indiyədək hələ evli olmasa da, deyir
ki, öz məhəbbətini əri və atası arasında
böləcəkdir. Onun "həqiqəti"
söylədiyinə görə Lir onu irsdən məhrum edir
və öz sevimli uşağını saraydan qovur. Sonra onun krallıqdakı payını da iki
qızı arasında bölür.
100 cəngavərin müşayiəti ilə Lir gözləyir
ki, səfərdən qayıdanda kürəkənləri Olbaninin
və Kornuellin qonağı olsun və o, öz tacını
pay kimi onlara şərik olmağa verir. Kent Liri
"iyrənc səhvin"də ittiham edəndə, kral onu
da yanından qovur.
Burqundiya hökmdarının və Fransa kralının
Kordeliya üçün gələn elçiləri öyrənirlər
ki, "onun heç nəyi yoxdur". Burqundiya
elçilikdən geri çəkilir. Fransa
kralı Kordeliyanın "özünün cehiz"
olduğunu deyir və ona evlənməyi təklif edir. Fransaya gedən Kordeliya öz bacılarından
xahiş edir ki, atalarına qayğı göstərsinlər.
Təklikdə, Riqan və Qoneriliya Liri qocalmış
hesab edirlər. "Biz necə etməliyik?"
deyən Qoneriliya xoşagəlməz bir nəticəyə gəlir.
Bastard Edmund ögey qardaşı Edqarı
inandırır ki, o, özü də onun kimi qrafın qanuni
oğludur və Edqarın süqutuna qədər xüsusi məzmunlu
saxta məktubu saxlayır. Qloster bu saxta məktubu
oxuyanda şoka düşür ki, Edqar ailə malikanəsini
tutmağı planlaşdırır və deyir ki, astroloji hadisələr
də bu "dağıdıcı qayda
pozğunluğunu" izah edir.
Təklikdə, Edmundun atası kimi zinakarlıq edənlər
və digər özü kimi əclaflar, həqiqətən,
bunu planetin və ulduzların hərəkəti ilə
hesablaya bilərlər.
Olbaninin sarayında Qoneriliya şikayətlənir ki,
atasının "cəngavərləri qiyam
qaldırırlar". O, öz nökəri Osvaldı təlimatlandırır
ki, Lirin və onun karvanının üzərində qələbə
çalsın.
Kent "yoxsul Kay" kimi maskalanmış şəkildə
gəlir ki, Lirə xidmət etsin. Osvald Liri təhqir edəndə,
"Kay" guya büdrəyib, Osvaldı itələyir.
Bir dəli gəlir ki, Lirin şəraiti barədə
daxilən düşündüyü qaydada onu əyləndirsin.
Qoneriliya atasından kifayət qədər boğaza yığılmışdır. Lir soruşur: "Sən
bizim qızımızsan?" Lakin sonra
ağrı hissi ilə yoxlama prosesi başlanır. "Burada kimsə məni tanıyırmı?"
Qoneriliya zarafat etmir və deyir ki, atası öz
anturajını xeyli ixtisar etməlidir. Qızının
nankorluğuna məəttəl qalmaqla, təbiətə dua
edir ki, Qoneriliya sonsuz olsun, ya da özü kimi qəddar
uşaq doğsun.
Qoneriliya Lirdən karvanını 100-dən 50 cəngavərə
endirməyi tələb edəndə, ata çıxıb gedəcəyini
elan edir. Qoneriliya Osvaldı Riqanın yanına göndərir
ki, bacısını xəbərdar etsin ki, Lir onun yanına
gedir və öz krallığını geri alacağına
ümid edir. Lir də həmçinin
öz etibarlı nökəri "Kay"ı məktubla
Qlosterin yanına göndərir.
Edmund
Edqarla hiss etmə oyununu oynayır, lakin dilinə belə bir
sözü gətirir ki, Edqar istəyir ki, ögey qardaşı
atasını öldürsün. Bunu eşidən
Qloster Edqarı sürgün edir və Edmundu özünün
"loyal və təbii oğlanı" adlandırır.
Riqan və Kornuell gəlirlər ki, Lirlə
Qoneriliya arasındakı münaqişəni Qlosterə
danışsınlar.
Qoneriliyadan xəbər gətirən Osvald
"Kay"ın yanına gəlib çıxır, o isə
sözlə və fiziki qaydada Osvalda hücum edir. Digərləri
gəlir ki, "Kay"ın Osvaldı vicdansızlıqda
ittiham etməsini eşitsinlər. Kornuell
maskalanmış Kentin "sadəlövhlüyünü"
məhkum edir və onu örtülü yerə salır.
Təklikdə Kent Kordelyadan aldığı məktubdan
təsəlli tapır. Qız atasına
onun kömək göstərmək niyyətindən halidir.
Yaxın yerdə, Edqar özünü lunatik dilənçi
olan "yoxsul Tom" kimi maskalayır.
Riqanı evdə tapa bilməyən Lir Qlosterin qəsrinə
gəlir və ona məlum olur ki, "Kay"ı xüsusi
yerdə saxlayırlar. Lir, Riqan onu görməkdən imtina edəndə,
hirslənir. Nəticədə Kent azad
edilir və Riqan hirslə danışaraq, təkcə onu təkid
edir ki, atası Qoneriliyaya qarşı səhv hərəkət
etmişdir. Lir sarkastik qaydada
günahını etiraf etmək üçün dizi üstə
düşür, qalxır ki, Qoneriliyanı lənətləsin.
Qoneriliya özü gəlib çıxanda, Lir onunla əlaqələri
kəsir. O
vaxtdan Riqan Lirin karvanında olan yalnız 25 cəngavərə
tolerant yanaşır. Qoneriliya 50 adamla gəlməyinə
icazə verdiyinə görə, Lir onun yanına getməyi qərara
alır. Ancaq Qoneriliya nəyə görə
Lirin 50 cəngavər ehtiyac duyduğunu artıq görür.
Və Riqan axırda soruşur: "Bir adama hansı ehtiyac
vardır?" Tufan güclənməyə
başlayanda Lir qisas alacağını vəd edir.
Qızları, ümumiyyətlə, Lirin bir nəfər
də olsun cəngavərini saxlamayacaqlarını elan edəndə,
Qloster xəbər verir ki, Lir ona at verilməsini istəyir. "Kral
yüksək səviyyəli qəzəbdədir", tufan isə
olduqca sərtdir və bir neçə mil məsafədə
heç bir sığınacaq yoxdur. Lakin
Riqan düşünür ki, Lir ibrət dərsi almağa
layiqdir. O, Qlosterə deyir ki, Liri qəsrdən kənarda
bağlı yerdə saxlasın. Kornuell bununla
razılaşır: "Mənim ağam, qapılarını
bağla", "Bu, gur bir gecədir".
Kent öyrənir ki, Lir kənarda daha pis tufana
düşməli olmuşdur və Fransa kralı İngiltərəyə
qarşı müharibə başlamağa
hazırlaşır.
Tufanın
göbəyində Lir onu məhv edən elementləri
çağırır və özünü "ümidini
itirmiş qoca adam" adlandırır. O,
"mənim ağlım dönməyə
başlayır" deyir. Sonra dəlicəsinə
bir mahnı oxuyur.
Qloster Lirin necə səhv etdiyi və Fransanın
müharibəyə hazırlaşdığı barədə
Edmundun təşviş doğuran məktubu ələ
keçirəcəyinə əmindir. Qloster əlavə edir
ki, məktub məxfilikdə saxlanmalıdır. Təklikdə, Edmund öz atasını və gələcəkdə
isə özünü məhv etmək üçün məktubdan
istifadə etməyi planlaşdırır.
Lir inanır ki, o "dözəcəkdir", lakin mübarizə aparır ki, "dəliliyin" müdaxiləsi ilə vuruşsun. Sığınacaq da onun səfehliyinin artmasına kömək edir. Lir belə qərara gəlir ki, dünya "yazıq, çılpaq bədbəxtlərlə" doludur və o, başa düşür ki, "buna çox az fikir verməlidir". Edqar da "yoxsul Tom" kimi maskalanmaqla sığınacaqdadır. Dəli və çılpaq "yoxsul Tom" Lirə deyir: "Sən yaxşı şeyin özüsən" və öz paltarından bir parça qoparır. Qloster kralı axtarır, Lirin belə aşağı səviyyəli kompaniyada olduğunu görəndə, bu, ona təəccüblü görünür.
Edmund Kornuellə onun evində öz atasının gizli məktubunu göstərir.
Qloster kralın qrupunu başqa yerə, ferma evinə aparır. Lir, onun səfeh və "yoxsul Tom" adlı yoldaşı Qoneriliyaya və Riqana qurulacaq təxəyyül etdikləri məhkəmə ilə əlaqəyə girirlər. Qloster deyir ki, qızlar Lirin ölümünə səbəb olacaq bir qəsd düzəltmişlər, lakin onu sağ ikən Duvrda gözləyirlər. Edqar belə bir qərara gəlir ki, bu qrup yüngül bir əzab çəkə bilər.
Kornuell Qoneriliyanı təlimatlandırır ki, evinə qayıtsın və bunu ərinə göstərsin. Olbani Qlosteri ittiham etdiyi məktubunda, onun cəzalandırılacağını bildirir. Riqanı və Kornuelli kəndirlə sarıyırlar və onları istintaq edirlər. Qloster istəyir ki, kralın qisas aldığını hökmən görsün. Lakin Kornuell onu əmin edir ki, bunu heç vaxt görməyəcəkdir. Basıb əli ilə Qlosterin gözünün birini çıxarır. Qlosterin nökəri çalışır ki, bu vəhşiliyi dayandırsın və Kornuelli ağır şəkildə yaralayır. Lakin özü də Riqan tərəfindən öldürülür. Kornuell Qlosterin o biri gözünü də çıxarır. Kor olmuş Qloster qəflətən görür ki, onu Edmund satmışdır və Edqar günahsızdır. Riqan Qlosteri öz evindən qovur, deyir ki, "Qoy o, iylənsin. / Onun yolu Duvra tərəf idi". Lakin Qlosterin dirilən nökərləri bu hadisələrə görə mənəvi cəhətdən qəzəblənmişlər, öz ağalarına kömək göstərməyi planlaşdırırlar.
Edqar öz kor atasının aşağı şəraitindən fayda tapır. O, "yoxsul Tom" kimi maskasını saxlayaraq, Qlosterin öz əvvəlki göstərişlərini necə dəyişdirdiyini öyrənir. Qloster özünü öldürmək istəyir, ancaq xahiş edir ki, onu Duvr qayasına aparsınlar.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 31 may.- S.14.