Vətən sevgisiylə
çırpınan ürək
Cənab
Prezidentin iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və
təməlqoyma mərasimlərini,
30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü,
söylədiyi fikirləri,
verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.
Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin
yükü və ağırlığından xəbər
verir. İki gündə 20-dən artıq
tədbir! Vətən sevgisi və
qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq
mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət
edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.
Mayın 10-da Ümummilli liderin doğum günündə
Şuşadan etdiyi müraciətində "...Bu Zəfər,
eyni zamanda, hər birimizin üzərinə əlavə
məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq" - deyən
Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu
hər gün, hər an hiss elətdirir.
Hələ 10 il əvvəl - 2013-cü ildə
cənab Prezidentin qarşısında çıxış
edərkən demişdim:
"Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə,
Sizin Ali Baş Komandanlığınızla Azərbaycan
torpaqları işğaldan
azad olunacaq, Azərbaycan bayrağı
Şuşada dalğalanacaq...
Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız
qüdrətli Azərbaycandır,
gördüyünüz böyük
işlərdir, reallaşdırdığınız
arzulardır, gerçəkləşdirdiyiniz
xəyallardır.
...Gördüyünüz böyük
işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə
görə Sizə dərin təşəkkürümü
bildirirəm. Allah Vətənimizi qorusun,
Allah Sizi qorusun!"
Bütün bu möcüzəvi fəaliyyətin özəyində
Vətən sevgisiylə
çırpınan ürəyin
durduğuna isə hər gün bir daha əmin
oluruq - elə bu iki gündə
əmin olduğumuz kimi.
Durmadan,
dayanmadan Qarabağın,
Şərqi Zəngəzurun
dirçəldilməsinə, abadlığına çalışan
Prezidentin fəaliyyətini,
Kəlbəcər və
Laçındakı heyrətamiz
quruculuq işlərini,
30 ildən sonra yurduna dönən laçınlıların alqış
və dualarını
həyəcansız izləmək
mümkün deyil.
Var olun, Cənab Prezident!
Sizinlə qürur duyuruq!
Tanrı
Vətənimizi, Xalqımızı,
Sizi qorusun!..
Rəşad Məcid
Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2023.- 31 may.- S.6.