"Heydər Əliyev və Nizami Gəncəvi irsi"
mövzusunda dəyirmi masa
Azərbaycan Respublikasi Elm və
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi
və Azərbaycan Respublikasi Mədəniyyət
Nazirliyi Gəncə
Regional Mədəniyyət İdarəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Nizami Gəncəvi irsi" adlı dəyirmi masa keçiriblər. İki günlük, maarifçi
xarakterli bu tədbirə mövzuya dərin maraqları nəzərə alınaraq,
Şirvan şəhəri
16 nömrəli orta məktəbin şagirdləri
də dəvət
olunmuşdular.
Toplantıdan əvvəl alimlər və şagirdlər Ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki
abidəsini ziyarət
edərək, onun önünə gül-çiçək
dəstələri qoyublar.
Dəyirmi masanı giriş
sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev
iştirakçıları, o cümlədən, Şirvan
şəhəri 16 nömrəli
məktəbin müəllimi
Şəhla Məcidova
və onun şagirdlərini salamlayaraq,
bu tədbirin özünəməxsus maarifçi
missiya daşıdığını
vurğulayıb. O, Ümummilli
lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə daha dolğun çatdırılması
yönündə bu cür görüşlərin
çox əhəmiyyətli
olduğunu bildirib.
Dəyirmi masada çıxış
edən Gəncə Regional Mədəniyyət
İdarəsinin müdir
əvəzi Süleyman
Əliyev, Şirvan şəhəri 16 nömrəli
orta məktəbin dil-ədəbiyyat müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, Gəncə şəhəri
Heydər Əliyev Mərkəzinin nümayəndəsi
İlknur İsgəndərova,
Gəncə şəhəri
11 nömrəli məktəbin
direktor müavini Həqiqət Hacıyeva, Gəncə şəhəri
Nizami Muzeyinin direktoru Elşən Hacıyev və AMEA Gəncə
Bölməsi Nizami Gəncəvi Mərkəzinin
direktoru, filologiya üzrə fəlsəfə
doktoru Əlimuxtar Muxtarov çıxış
ediblər. Çıxışlarda Ümummilli lider
Heydər Əliyevin millətimiz və dövlətçiliyimiz naminə
əzmkar fəaliyyəti,
eləcə də onun Nizami Gəncəvinin
yaradıcılığı və fəlsəfəsinə
həssas münasibətindən
danışılıb. Məktəblilər isə vətənpərvərlik
ruhlu şeirlər söyləyərək, tədbiri
rövnəqləndiriblər.
Sonra məktəblilər
Heydər Əliyev
Mərkəzində, Nizami
Gəncəvi Məqbərəsində,
Nizami Gəncəvi Muzeyində, "İmamzadə"
dini-tarixi kompleksində,
Cavad xan Türbəsində, Məhsəti
Gəncəvi Mərkəzində,
Şah Abbas cümə məscidi və Çökək hamam tarixi memarlıq
kompleksində, Gəncə
Dövlət Filarmoniyasında,
Sərdar bağında
olublar. Uşaqlar həmçinin, 44 günlük Vətən müharibəsi günlərində
Gəncə şəhərinin
raket hücumuna məruz qalan ərazisini də ziyarət ediblər.
AMEA Gəncə Bölməsinin əməkdaşları
tərəfindən məktəblilərə
bu əlamətdar yerlər haqda ətraflı məlumatlar
verilib.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.- 2023.- 31 may.- S.6.