Günay Əfəndiyeva İsveçrədə
Türkiyənin 100 illiyinə
həsr olunmuş tədbirdə iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrənin Bern şəhərində Türkiyə Respublikasının İsveçrə Konfederasiyasında və
Lixtenşteyn Krallığındakı
Səfirliyi və
Sürix
şəhərindəki Baş
Konsulluğu tərəfindən təşkil edilmiş
Türkiyə
Respublikasının 100 illiyinə həsr olunmuş
tədbirdə
iştirak edib.
Tədbiri açıq elan
edən Türkiyə
Respublikasının İsveçrə
Konfederasiyasındakı fövqəladə
və səlahiyyətli
səfiri Emine Ece Özbayoğlu Acarsoy, Qazi Mustafa Kamal Atatürkün "ən
böyük əsərim"
adlandırdığı Cümhuriyyətin,
Türkiyənin demokratikləşməsinin,
inkişafının və
müasirləşməsinin təminatı olduğuna diqqət çəkərək,
ölkənin nüfuzunun
günü-gündən artmasının
qürurverici olduğunu
vurğulayıb. Öz
çıxışında o, həmçinin, qəhrəman
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində
Prezident İlham Əliyev tərəfindən
üçrəngli Azərbaycan
bayrağının Xankəndində
ucaldılmasının bütün
Türk dünyasını
duyğulandırdığını, bununla da regionda daimi sülh və sabitliyin əldə olunması yolunda mühüm maneənin aradan qaldırıldığını qeyd edib.
Səfir
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fonduna Türkiyə Respublikasının
yaranmasının 100 illiyinin
il ərzində müxtəlif layihələrlə
təntənəli şəkildə
qeyd edilməsinə görə minnətdarlığını
bildirib, təşkilata
Türk mədəni irsinin qorunması və təbliğində
uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının
yaranmasının 100 illiyi
münasibəti ilə
tədbir iştirakçılarını
təbrik edərək,
Türkiyənin qədim
tarixdən günümüzə
qədər davam edən bir qəhrəmanlıq
salnaməsi, Türk Dünyasının birliyini
və ortaq gələcəyini dəstəkləyən
böyük güc olduğunu bildirib. Fondun prezidenti 1923-cü ildə
Böyük Öndər
Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Türkiyə
Cümhuriyyətinin hazırda
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyanın qüdrətli,
böyük siyasi çəkiyə malik olan ölkələrindən
biri olduğunu vurğulayıb.
Günay
Əfəndiyeva öz
çıxışında türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği
istiqamətində təşkilatın
fəaliyyət və
məqsədlərindən söz açaraq, qonaqlara Fondun himayəsi altında yaradılmış və
yeddi Türk dövlətini - Azərbaycanı,
Qazaxıstanı, Qırğızıstanı,
Türkiyəni, Özbəkistanı,
Türkmənistanı və
Macarıstanı təmsil
edən peşəkar
qadın musiqiçilərdən
ibarət "Yeddi Gözəl" musiqi qrupunu təqdim edib.
Açılış nitqlərindən sonra Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın
"29 Oktyabr - Respublika
Günü" müraciəti
oxunub.
Tədbir Fondun himayəsində yaradılmış "Yeddi
gözəl" musiqi
qrupunun konserti ilə davam edib. Qrupun ifası iştirakçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Tədbirdə İsveçrə Xarici İşlər Nazirliyinin
rəhbərliyi, ölkədə
akreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların,
dövlət qurumlarının,
işgüzar və akademik dairələrin nümayəndələri, eləcə
də türk icmasının üzvləri
və KİV-in təmsilçiləri
iştirak ediblər.
525-ci qəzet.-1 noyabr
2023.-¹198.-S.16